AzTehsil.com


Xəbərlər / Müəllim
19 dekabr 2022
3 586


Nadir İsrafilov : Nə qədər ki, tərbiyə işinə birtərəfli yanaşılacaq, bu kimi halların baş verməsi qaçılmaz olacaq...




 Artıq, son günlərini yaşadığımız 2022-ci il təhsilimiz üçün bir sıra əlamətdar hadisələrlə yadda qalan oldu. Belə ki, Təhsil nazırliyi yenidən formalaşdırılaraq, bir çox ölkələrdə olduğu kimi Elm və Təhsil Nazirliyinə çevrildi, Nazirliyin yanında Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi; Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi yaradıldı, Regional Təhsil idarələrinin yerləşəcəyi şəhər və ya rayon mərkəzləri müəyyən olunub, Təhsil  naziri  tərəfindən təsdiq edilib. 2020-ci il üçün nəzərdə tutulan, pandemiya səbəbindən baş tutmayan müəllimlərin sertifikasiyasına məhz bu il start verilib. Həmçinin, Təhsilin İnkişaf Fondu publik hüquqi şəxs yaradılıb, bir sıra beynəlxalq və Respublika səviyyəli tədbirlər keçirilib.

 Bütün bunlarla yanaşı, 2022-ci il həm də məktəblərdə baş verən bir sıra neqativ hallarla, təlim-tərbiyə işimizdəki çatışmazlıqları və boşluqları biruzə verən, müəllim-şagird münasibətlərində digər illərlə müqayisədə pik həddə çatan xoşagəlməz hadisələrlə də yadda qalacaq. 30 ilin müəllimini illərlə canını verdiyi peşəsindən kənarlaşdırılması isə ilin son ayının kulminasiya nöqtəsi oldu. Kimlərsə müəllimə bəraət qazandırmaq, kimlərsə onun bu  hərəkətinin yolverilməz olduğu mövqeyini seçdi. Həmişə olduğu kimi bu dəfə də fikirlər haçalandı, müzakirə və mübahisələr bir az da qızışdı, günahkar axtarışı bu günün özündə də davam etməkdədir. 

İstər-istəməz sual ortaya çıxır... Kim zəmanət verə bilər ki, müəllim-şagird  münasibətləri zəmnində baş verən münaqişələr hələ bundan sonra da neçə illər keçsə belə davam etməyəcək?! Tərbiyə işinin təşkilində məktəb ailəni, ailə məktəbi ittiham etməyəcək, müşahidəçi qismində çıxış edən tərəflər isə ittiham prosesində iki cəbhəyə bölünməyəcək?

Tərəflərdən biri belə bir mövqe sərgiləyəcək ki, valideyn öz övladının nazını çəkə bilmirsə, bunu müəllimdən tələb etməyə haqqı yoxdur. Bioloji varlıq olmaq etibarı ilə müəllim də insandır və onun da əsəbləri var. Heç bir müəllim, ciddi əsas olmadan, başqa sözlə əsəbi tarıma çəkilmədən, öz yetirməsinə əl qaldırmaz. Digərləri isə əsaslandırmağa çalışacaqlar ki, əsəblərini cilovlaya bilməyənlər müəllim işləyə bilməz, mövcud qanunvericilik uşağa qarşı hər hansı bir zorakılığa yol verilməsini təqdir etmir. 

Klassik pedaqoji ədəbiyyatda tərbiyə ümumiləşmiş kateqoriya,  insan şəxsiyyətinin inkişafına, onun müasir mədəni dünyagörüşünün formalaşmasına, müəyyən baxışların yaranmasına yönəlmiş məqsədyönlü peşəkar fəaliyyət kimi xarakteriza olunur. Tərbiyənin mahiyyəti, məzmunu, məqsədi, vəzifələri, tərkib hissələri, növləri, həyata keçirildiyi sahələr, iştirakçıları, mərhələləri, üsulları, qanunauyğunluqları, prinsipləri, təlimin tərbiyəvi imkanları, bu imkanların reallaşdırılması və s. məsələlər həmin kateqoriyaya daxildir. Kimlərsə tərbiyəni gənc nəslin mövcud mühitə alışdırılması, kimlərsə uşaqların təbiətinə uyğun gələn vasitələrlə onlara təsir göstərmək prosesi kimi izah edir. Bəziləri isə hesab edir ki, tərbiyə həyat əhəmiyyətli əməli təcrübənin uşaqlar tərəfindən qazanılması prosesidir.

Kimin məsələyə hansı baxımdan yanaşmasından asılı olmayaraq, belə çıxır ki, nə qədər ki, tərbiyə işinə birtərəfli yanaşılacaq, tərbiyə işinin təşkilində məsuliyyət tərəflər arasında bərabər bölüşdürülməyəcək, məktəblərimizdə sözü gedən halların baş verməsi də bir o qədər qaçılmaz olacaq. Ona görə də tərbiyə işi kompleks yanaşma tələb edən bir prosesdir.

Əbəs yerə deyil ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev  Konqres Mərkəzində Bakı Dövlət Universitetinin 100 illik yubileyi münasibətilə keçirilən mərasimdə çıxışı zamanı  “Ümumiyyətlə Azərbaycanda tərbiyə işi yeni müstəviyə qalxmalıdır, biz ideoloji işə yenidən baxmalıyıq, burada zəifliklər, boşluqlar var.” kimi proqram xarakterli mesaj vermişdi.

Kim bilməsə də, pedaqoji prosesin bilavasitə iştirakçıları olan hər bir təhsil işçisi bilməmiş deyil ki, daha doğrusu bilməyə borcludur ki, məhz pedaqoji prosesin tamlığı şəxsiyyətin ahəngdar inkişafının mühüm amilidir. Tərbiyə, təhsil və təlim prosesləri spesifik xüsusiyyətlərə malik olsa da, hər üçü bir məqsədə – şəxsiyyətin ahəngdar inkişafına xidmət edir. Həm tərbiyə, həm də təlim təhsilverici, tərbiyəedici və inkişafetdirici üç əsas funksiyanı yerinə yetirir ki, bu zaman pedaqoji prosesin bütün sahələri qarşılıqlı vəhdətdə çıxış edir.

Ümid edək ki,  üzümüzə gələn yeni ildən pedaqoji prosesin bütün sahələrinin qarşılıqlı vəhdətdə çıxış etməsinə nail olmaqla, tərbiyə işini yeni müstəviyə qaldırmaq,  məktəb-ailə, müəllim-şagird münasibətlərindəki soyuqluğu aradan qaldırmaq, məktəblərdə tərəflər arasındakı münaqişələri heç olmasa minimuma endirmək  istiqamətdə əsaslı tədbirlər həyata keçirıləcək.  Valideyn hiss etməlidir ki, müəllimin ən böyük sevinci, öz yetirməsinin uğurudur və müəllimi şagirdin ayağına vermək, böyüyü kiçiyin ayağına vermək kimi mentalitetimizə yaraşmayan hərəkətdir. Hər iki tərəfin vahid bir məqsədi var; “Vətənınə, xalqına layiq övladlar yetişdirmək...”




Загрузка...
Həmçinin oxuyun:
Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası

Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası

Paytaxt təhsili 2021-ci təqvim ilində

Paytaxt təhsili 2021-ci təqvim ilində

Bakı təhsili: təqvim ilinin təhsil mənzərəsi

Bakı təhsili: təqvim ilinin təhsil mənzərəsi

Təhsil Nazirliyinin ƏSASNAMƏSİ

Təhsil Nazirliyinin ƏSASNAMƏSİ

Təhsil müəssisələrinin tikintisinə dair vahid normalar -1.Məktəbəqədər təhsil müəssisələri

Təhsil müəssisələrinin tikintisinə dair vahid normalar -1.Məktəbəqədər təhsil müəssisələri

Təhsilin inkişaf strategiyası: nailiyyətlər və əsas hədəflər - Nazir YAZDI

Təhsilin inkişaf strategiyası: nailiyyətlər və əsas hədəflər - Nazir YAZDI

Ali məktəblər publik hüquqi şəxs statusunda...

Ali məktəblər publik hüquqi şəxs statusunda...

Görülən tədbirlərin nəticəsi həm kəmiyyətdə, həm də keyfiyyətdə özünü göstərib

Görülən tədbirlərin nəticəsi həm kəmiyyətdə, həm də keyfiyyətdə özünü göstərib

"Təhsildə yeni keyfiyyət mərhələsi başlayır"  Azərbaycan Respublikasının Təhsil Naziri Mikayıl Cabbarovun “Azərbaycan” qəzetinə müsahibəsi

"Təhsildə yeni keyfiyyət mərhələsi başlayır" Azərbaycan Respublikasının Təhsil Naziri Mikayıl Cabbarovun “Azərbaycan” qəzetinə müsahibəsi

İlham Əhmədov: "Hər bir ölkənin gələcəyi o ölkə insanlarının alacağı təhsilə bağlıdır"

İlham Əhmədov: "Hər bir ölkənin gələcəyi o ölkə insanlarının alacağı təhsilə bağlıdır"

Uğurlu təhsil islahatlarının banisi

Uğurlu təhsil islahatlarının banisi

Təhsil Nazirliyi: 2020-ci təqvim ili rəqəmlərdə

Təhsil Nazirliyi: 2020-ci təqvim ili rəqəmlərdə

Publik hüquqi şəxs nə deməkdir ?

Publik hüquqi şəxs nə deməkdir ?

“Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası”  2017

“Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası” 2017

Pedaqoji Lüğət

Pedaqoji Lüğət

Əlavə təhsilin məzmunu, təşkili və əlavə təhsilin hər hansı istiqaməti üzrə təhsil almış şəxslərə müvafiq sənədin verilməsi

Əlavə təhsilin məzmunu, təşkili və əlavə təhsilin hər hansı istiqaməti üzrə təhsil almış şəxslərə müvafiq sənədin verilməsi

Valideynləri təhsil prosesinə cəlb etmək üçün intensiv işlər görülür

Valideynləri təhsil prosesinə cəlb etmək üçün intensiv işlər görülür

Kadr hazırlığı ölkəmizin sənaye, iqtisadi inkişafına uyğun aparılacaq

Kadr hazırlığı ölkəmizin sənaye, iqtisadi inkişafına uyğun aparılacaq

Məleykə Abbaszadə DİM-in yaradılmasının 5-ci ildönümü ilə bağlı fikirlərini bölüşüb

Məleykə Abbaszadə DİM-in yaradılmasının 5-ci ildönümü ilə bağlı fikirlərini bölüşüb

Ənənəvi və interaktiv təlim metodlarının müqayisəli təhlili

Ənənəvi və interaktiv təlim metodlarının müqayisəli təhlili

Sual:Evdə təhsil necə təşkil olunur?

Sual:Evdə təhsil necə təşkil olunur?

Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil)  HAQQINDA

Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) HAQQINDA

Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

Bu il Azərbaycan təhsili nə ilə yadda qaldı...

Bu il Azərbaycan təhsili nə ilə yadda qaldı...