Məktəbəqədər təhsil müəssisələrində monitorinqlər aparılır
Məktəbəqədər təhsil müəssisələrində monitorinqlər aparılır
AzTehsil.com xəbər verir ki, Dağlıq Şirvan Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən məktəbəqədər təhsil müəssisələrində Regional İdarənin və Rayon Təhsil Sektorlarının əməkdaşları tərəfindən monitorinqlər aparılır. Monitorinq zamanı bağçalarda təlim-tərbiyə prosesinin qaydalara uyğun təşkilinə, məşğələlərin keçirilməsinə, davamiyyət, ərzaq təminatı və saxlanması, qidalanma, sənədləşmənin düzgün aparılması və digər məsələlərə baxılır.
Qeyd edək ki, bu tipli monitorinqlər mütəmadi olaraq davam etdiriləcək.