AzTehsil.com


Xəbərlər / Ekspert
17 dekabr 2022
802


Bu il Azərbaycan təhsili nə ilə yadda qaldı...




Artıq 2022-ci ili geridə qoymağa hazırlaşırıq. Bu il həm Azərbaycanda, həm də dünyada bir çox hadisələrə şahidlik etdik. Uğurlar da oldu, təəssüf edəcəyimiz məqamlar da. 


 Bəs, başa vurmağa hazırlaşdığımız pələng ili təhsil sahəsində hansı hadisələrlə yadda qalacaq? Cari ili təhsilimiz üçün uğurlu hesab etmək olarmı? 

Modern.az mövzu ilə bağlı təhsil ekspertlərinin fikirlərini öyrənib.


Təhsil üzrə mütəxəssis Nadir İsrafilov bildirib ki, ilin əsas hadisələrindən biri Təhsil Nazirliyinin yenidən formalaşdırılaraq, bir çox ölkələrdə olduğu kimi Elm və Təhsil Nazirliyinə çevrilməsi olub:



“Təhsil Nazirliyi Elm və Təhsil Nazirliyi adlandırıldı, elm sahəsində dövlət siyasətinin və tənzimlənmənin həyata keçirilməsi, elmi müəssisə və təşkilatların fəaliyyətinin əlaqələndirilməsi və istiqamətləndirilməsi ilə bağlı səlahiyyətlər bu nazirliyə həvalə edildi. Nazirliyin yanında Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin yaradılması nəzərdə tutulur ki, bu da gözlənilən idi. Yadda qalan ən əsas hadisələrdən biri də zamanın tələblərindən biri olan Regional Təhsil İdarələrinin yaradılması idi".


 


Ekspert hesab edir ki, regional idarələrin yaradılması təhsil fəaliyyətini vahid formaya salmaq üçün vacib idi:


“Dövlət məktəbəqədər təhsil sistemində idarəetmənin təkmilləşdirilməsi, uşaqların məktəbəqədər təhsillə əhatə dairəsinin genişləndirilməsi və məktəbəqədər təhsilin keyfiyyətinin artırılması məqsədilə yerli icra hakimiyyəti orqanlarının tabeliyində olan dövlət məktəbəqədər təhsil müəssisələrinin Elm və Təhsil Nazirliyinin tabeliyinə verilməsi də çoxdan gözlənilən addım idi. Təhsildə varislik, fasiləsizlik, tamlıq, ardıcıllıq və s. prinsiplər var, bağçaların nazirliyin tabeliyinə verilməsi onun vahid sistem kimi fəaliyyətinə zəmin yaratmalıdır. 


Bundan əlavə, 2020-ci il üçün nəzərdə tutulan, pandemiya səbəbindən baş tutmayan müəllimlərin sertifikasiyasına da bu il start verildi. Bütün bunlarla yanaşı, 2022-ci ildə məktbələrdə neqativ halların şahidi olduq. Təlim-tərbiyə işində boşluqlar, müəllim-şagird münasibətlərində digər illərlə müqayisədə rekord həddə çatan xoşagəlməz hadisələrə şahidlik etdik”.



Təhsil eksperti Kamran Əsədov isə hesab edir ki, bu il təhsildə ciddi uğurlar əldə edilməyib:


“Düzdür, uzun illər təhsil sistemində formalaşmış müəyyən çatışmazlıqların aradan qalxmasını müşahidə etdik. Amma Azərbaycan təhsil sistemi bu il problemlər və neqativlərlə yadda qaldı. Bu il Regional Təhsil İdarələrinin yaradılmasını yaddaqalan hadisə hesab edə bilərik. Təhsilin İnkişafı Fondunun yaradılması da mühüm addımlardan oldu. Eyni zamanda Təhsil Nazirliyinin Elm və Təhsil Nazirliyi olaraq dəyişdirilməsi yaddaqalan hadisədir. Bundan əlavə, Azərbaycanın müstəqillik tarixində ilk dəfə olaraq orta ümumtəhsil məktəblərində çalışan müəllimlərin sertifikasiya imtahanına başlanılmasını müsbət hal kimi qiymətləndirə bilərik. Bununla bərabər, il ərzində məktəblərdə müəllim-şagird problemləri də diqqət çəkib. Son vaxtlar ali təhsil müəsissələrində müxtəlif xəstəlikdən vəfat edən tələbələrin sayı çox olub”.



Təhsil eksperti Elçin Süleymanovun fikrincə, bu il təhsil sahəsindəki önəmli hadisələrdən biri 10 minə yaxın müəllimin sertifikasiya imtahanı verməsi olub:


“2022-ci ildə tətbiq olunan dəyişiklik bir neçə ildən sonra müsbət mənada özünü göstərəcək. Sertifikasiya ilə bağlı ictimayətdə rəy birmənalı deyil, amma mahiyyət olaraq bir standart kimi zərurətdir. Növbəti inqilabi addım cənab Prezidentin sərəncamı ilə Təhsil Nazirliyinin adının dəyişdirilərək, Elm və Təhsil Nazirliyinə çevrilməsi oldu. Nəticədə bəzi elm müəssisələri nazirliyin tabeliyinə verildi. Təhsillə elm inteqrasiya olunduğu zaman daha effektiv olur. Direktorların maaşının təhsil alanların sayından asılı olması da mütərəqqi addımdır. Bu, direktorları daha məsuliyyətli, ciddi olmağa vadar edir. İnqilabi dəyişikliklərdən biri isə Regional Təhsil İdarələrinin yaradılmasıdır. Bu da inkişafa, mütərəqqiliyə xidmət edən addımdır. Təhsil büdcəsinin artması da əhəmiyyətli işlərdən biridir. Eyni zamanda işğaldan azad olunmuş bölgələrdə ilk məktəbin açılması da yaddaqalan hadisədir”.




Загрузка...
Həmçinin oxuyun:
Təhsil Nazirliyinin ƏSASNAMƏSİ

Təhsil Nazirliyinin ƏSASNAMƏSİ

Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası

Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası

Pedaqoji Lüğət

Pedaqoji Lüğət

Əlavə təhsilin məzmunu, təşkili və əlavə təhsilin hər hansı istiqaməti üzrə təhsil almış şəxslərə müvafiq sənədin verilməsi

Əlavə təhsilin məzmunu, təşkili və əlavə təhsilin hər hansı istiqaməti üzrə təhsil almış şəxslərə müvafiq sənədin verilməsi

Təhsil müəssisələrinin tikintisinə dair vahid normalar -1.Məktəbəqədər təhsil müəssisələri

Təhsil müəssisələrinin tikintisinə dair vahid normalar -1.Məktəbəqədər təhsil müəssisələri

Təhsilin inkişaf strategiyası: nailiyyətlər və əsas hədəflər - Nazir YAZDI

Təhsilin inkişaf strategiyası: nailiyyətlər və əsas hədəflər - Nazir YAZDI

Uğurlu təhsil islahatlarının banisi

Uğurlu təhsil islahatlarının banisi

Ümumi təhsil pilləsində təhsil haqqında dövlət sənədlərinin  nümunələri və onların verilməsi  QAYDASI

Ümumi təhsil pilləsində təhsil haqqında dövlət sənədlərinin nümunələri və onların verilməsi QAYDASI

"Təhsildə yeni keyfiyyət mərhələsi başlayır"  Azərbaycan Respublikasının Təhsil Naziri Mikayıl Cabbarovun “Azərbaycan” qəzetinə müsahibəsi

"Təhsildə yeni keyfiyyət mərhələsi başlayır" Azərbaycan Respublikasının Təhsil Naziri Mikayıl Cabbarovun “Azərbaycan” qəzetinə müsahibəsi

Təhsil müəssisələrinin akkreditasiyası   Qaydaları

Təhsil müəssisələrinin akkreditasiyası Qaydaları

Paytaxt təhsili 2021-ci təqvim ilində

Paytaxt təhsili 2021-ci təqvim ilində

İlham Əhmədov: "Hər bir ölkənin gələcəyi o ölkə insanlarının alacağı təhsilə bağlıdır"

İlham Əhmədov: "Hər bir ölkənin gələcəyi o ölkə insanlarının alacağı təhsilə bağlıdır"

“Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası”  2017

“Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası” 2017

Bakı təhsili: təqvim ilinin təhsil mənzərəsi

Bakı təhsili: təqvim ilinin təhsil mənzərəsi

Görülən tədbirlərin nəticəsi həm kəmiyyətdə, həm də keyfiyyətdə özünü göstərib

Görülən tədbirlərin nəticəsi həm kəmiyyətdə, həm də keyfiyyətdə özünü göstərib

Ümumi təhsil pilləsində təhsil haqqında dövlət sənədlərinin nümunələri və onların verilməsi QAYDASI

Ümumi təhsil pilləsində təhsil haqqında dövlət sənədlərinin nümunələri və onların verilməsi QAYDASI

Başa vurduğumuz il təhsil ictimaiyyətinin gözü ilə

Başa vurduğumuz il təhsil ictimaiyyətinin gözü ilə

“Neçə illərdən bəri “təhsilsiz elm, elmsiz təhsil ola bilməz” deyirdik  - ŞƏRH

“Neçə illərdən bəri “təhsilsiz elm, elmsiz təhsil ola bilməz” deyirdik - ŞƏRH

Valideynləri təhsil prosesinə cəlb etmək üçün intensiv işlər görülür

Valideynləri təhsil prosesinə cəlb etmək üçün intensiv işlər görülür

Pedaqoji kadrların yerdəyişməsi və işə qəbulu  QAYDALARI

Pedaqoji kadrların yerdəyişməsi və işə qəbulu QAYDALARI

TƏHSİL HAQQINDA  AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU- I FƏSİL

TƏHSİL HAQQINDA AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU- I FƏSİL

Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında   AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

AZƏRBAYCAN RESPUBLİKASININ ÜMUMTƏHSİL SİSTEMİNDƏ QİYMƏTLƏNDİRMƏ KONSEPSİYASI

AZƏRBAYCAN RESPUBLİKASININ ÜMUMTƏHSİL SİSTEMİNDƏ QİYMƏTLƏNDİRMƏ KONSEPSİYASI

Sual:Evdə təhsil necə təşkil olunur?

Sual:Evdə təhsil necə təşkil olunur?