İbtidai sinif müəllimləri üçün seminar təşkil edilib
İbtidai sinif müəllimləri üçün seminar təşkil edilib.
AzTehsil.com xəbər ki, ötən gün Quba-Xaçmaz Regional Təhsil İdarəsinin təşəbbüsü və təşkilatçılığı, Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının tərəfdaşlığı ilə regionun ümumi təhsil müəssisələrində çalışan ibtidai sinif müəllimlərinin peşəkar inkişafına dəstək məqsədilə iki günlük seminar keçirilib. Təlimlər Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının sədri Pərvinə Qədimova tərəfindən aparılıb.