Kolleclərə qəbul olanlar üçün qeydiyyat davam EDİR
Kolleclərə qəbul olanlar üçün qeydiyyat davam EDİR.
AzTehsil.com xəbər verir ki, 14 avqust saat 11:00-dan etibarən ümumi orta təhsil bazasından orta ixtisas təhsili müəssisələrinə qəbul olan abituriyentlərin elektron qeydiyyatına start verilib.
Qeydiyyat üçün portal.edu.az saytında “Ali və orta ixtisas təhsili pilləsinə təhsilalan qeydiyyatı” xidmətini seçmək kifayətdir. Açılan səhifədə şəxsi və qəbul məlumatlarını təsdiqləmək, tələb olunan sənədləri əlavə etmək mümkündür.
Müraciət zamanı sosial baxımdan həssas əhali qrupuna aid ailələrin üzvləri təhsil haqqından azad olunmaq və ya güzəşt əldə etmək üçün zəruri məlumatları da təqdim edə bilərlər.
Elektron qeydiyyat 22 avqust saat 18:00-da yekunlaşacaq. Bu tarixədək qeydiyyatdan keçməyən şəxslər qəbul olunanların siyahısından çıxarılacaq.