AzTehsil.com


Xəbərlər / Ekspert
14 fevral 2022
927


Nadir İsrafilov: Biz sinif və qrup yoldaşlarımıza onların doğum gününündə ən qiymətli hədiyyə olaraq kitab bağışlayırdıq.




Bu, artıq əvvəlki mahiyyətini daşımayıb, daha çox kiminsə öz kitabını reklam etmək məqsədi ilə avtoqraf verməyə xidmət edir.


Sən demə, Beynəlxalq Kitab Bağışlama Günü — 14 fevral 2012-ci ildə ABŞ-da məşhur Delightful Children’s Books uşaq kitabı saytının yaradıcısı Emmi Brodmoor tərəfindən yaradılıb. Dünya əhalisi bu günü Beynəlxalq kitab bağışlama günü kimi qeyd edir. Bu, təqvimdə ən gənc bayramlardandır. Halbuki, biz hələ ötən əsrin 60-70-ci illərində orta məktəb şagirdi və ali məktəb tələbəsi olarkən, sinif və qrup yoldaşlarımıza onların doğum gününündə ən qiymətli hədiyyə olaraq kitab bağışlayırdıq. Düzdür, kitab bağışlamaq ənənəsi indi də var. Ancaq, bu artıq əvvəlki mahiyyətini daşımayıb, daha çox kiminsə öz kitabını reklam etmək məqsədi ilə avtoqraf verməyə xidmət edir.


Amerikan filosofu və yazıçısı Henri Devid Toronun “Kitablar sivilizasiyanın nümunəsidir. Kitabsız ədəbiyyat, tarix itər. Həyati incəliklər olan lirika, psixoloji və elmi biliklər mənasız olar” fikri ilə tanış olmağım isə, bir anlığa, heç vaxt yadımdan çıxmayan orta məktəb illəri ilə bağlı bəzi xatirələrimi gözümün önündə canlandırdı.


Orta məktəbdə təhsil aldığımız illərdə onlarla müəllim bizə dərs deyib,  lakin hər birindən lazimi dərsi ala bilməmişik, sadəcə onun tədis etdiyi fənni üzrə proqram materialını az-çox mənimsəməyə çalışmışıq. Elə müəllimlərimiz də olub ki, onlar bizə təkcə bilik, savad deyil, həm də həyat dərsi veriblər, yaxşını pisdən, düzü əyridən, həqiqəti yalandan ayırmağı öyrədiblər. Uzun illər keçməsinə baxmayaraq, bu gün də onların bir qismi xatirəmizdə işıq kimi, digər müəyyən qismi kölgə kimi əks olunur.


İbtidai təhsil pilləsini başa vurub, o vaxtlar əsas təhsil adlandırlan təhsilin ikinci pilləsinə – V sinfə qədəm qoymuşduq. Bizə Azərbaycan dili və ədəbiyyatı fənnindən dərs deyən orta yaşlı bir qadn müəllimə sinfə daxil olaraq, sanki salam verməyi belə unutmuş kimi, yazı lövhəsinin qarşısına keçdi. Ara-sıra fasilələr verməklə, müəyyən cizgilər çəkib, 5 qrafadan ibarət bir cədvəli nəhayət, tamamladı. Cədvəl sadə olduğu qədər də maraqlı və diqqətçəkən idi: 1.Sıra nömrəsi; 2.Əsərin adı; 3.Əsərin janrı; 4. əsərin müəllifi; 5.Əsərin qəhrəmanı. Üzünü bizə tutub, hər birimizə 44 vərəqli ümumi dəftər alıb, həmin cədvəli dəftərə köçürməyi, oxuduğumuz və bundan sonra oxuyacağımız kitabları müvafiq qayda üzrə qrafalara doldurmağı və ilin sonunda bunu qiymətləndirəcəyini tapşırdı. 


Sıradan olan bir rayon müəlliminin adi və sadə görünən bir “taktiki gedişi” bizi böyük ”strateji hədəflərə” meyl etməyə sövq etdi. Birinciliyi qazanmaq üçün “Kim ən çox kitab oxuyar” yarışına qoşulduq. Məktəb kitabxanasında oxumadığımız kitab qalmadı. Rayondakı böyük konserv zavodunun kitabxanasına üz tutduq, mərkəzi şəhər kitabxanasına üzv yazıldıq. Valideynlərimizin böyük tənəffüslərdə bulka və limonad almaq üçün verdikləri 20-30 qəpiyə qənaət edərək, bu qəpik-quruşu kitaba verdik. 

O vaxtlar ən ucuz qiymətə məhz kitablar satılırdı. Elə bir ev olmazdı ki, orda o zamanlar “etajerka” adlanan kitab rəfi olmasın. Qrim qardaşları və Andersenin nağılları ilə başlayıb, Fyodor Dostoyevski və Teodor Drayzerin klassik ədəbi irsi ilə tanışlıqla, 11-ci sinfi bitirdik. Məzun olduğumuz dövrdə Azərbaycan ədəbiyyatı öz yerində, artıq Viktor Hüqonu və Aleksandr Dümanı, hətta Onore de Balzakı, Şarlotta Bronteni, Gi de Mopassanı belə oxumuşduq. Orta məktəbdən xatirə kimi, doldurulmuş üç 44 vərəqlik ümumi dəftər bu gün də durur. Gərək bir gün araya salıb, oxuduğum kitabların dəqiq sayını hesablayım.


Mark Tvenin bir sözü var: “ Mənim kitablarım – su; dahilərin kitabları – şərab. Suyu hər kəs içir.” Region müəlliminin adi stimullaşdırıcı bir metodu bizi uşaqlıqdan  kitabları su kimi, sonralar isə artıq şərab kimi içməyə alışdırdı. İllər keçdikcə bir daha şahidi olursan ki, müəllim təkcə dərs deyən deyil,  həm də dərs verəndir.


Dövr dəyişib, yüksək texnologiyalar əsrində yaşayırıq. onlayn və ya offlayn rejimdə kompüter, planşet, mobil telefon diktəsinin əsiriyik. Ancaq, istəsək də, istəməsək də, müasir dünyanın böyük mütəfəkkirlərindən sayılan Umberto Eko ilə də razılaşmalıyıq: "Cəhd edib yarım saat hansısa romanı kompüterin ekranından oxuyun. Gözləriniz iki tenis şarına çevrilər. Kompüter elektrikdən asılıdır: ondan vanna otağında, yaxud divanda böyrü üstə uzanıb istifadə etmək olmaz. Kitab daha çevik alətdir".

Nadir Israfilov




Загрузка...
Həmçinin oxuyun:
Azərbaycanda Müəllim günü ilə bağlı qalmaqallı reklam

Azərbaycanda Müəllim günü ilə bağlı qalmaqallı reklam

Metroda kitab oxuyanlara hədiyyə qazanmaq şansı -Bunu etsəniz...

Metroda kitab oxuyanlara hədiyyə qazanmaq şansı -Bunu etsəniz...

Həbsxanada yazılan əsərlər - “Sadomun 120 günü”

Həbsxanada yazılan əsərlər - “Sadomun 120 günü”

"Beynəlxalq Uşaq Kitabı" günü münasibətilə tədbir keçirilib

"Beynəlxalq Uşaq Kitabı" günü münasibətilə tədbir keçirilib

İldə 200 kitab oxumaq elə də çətin deyil

İldə 200 kitab oxumaq elə də çətin deyil

Uşağınız kitab oxumağı sevmirsə, bu onun görmə qabiliyyətinin zəif olması ilə bağlı ola bilər.

Uşağınız kitab oxumağı sevmirsə, bu onun görmə qabiliyyətinin zəif olması ilə bağlı ola bilər.

Kitab oxumaq sizə nələr qazandırır?

Kitab oxumaq sizə nələr qazandırır?

Alimdən 15 sentyabr çağırışı: Pulu çölə atmayın!

Alimdən 15 sentyabr çağırışı: Pulu çölə atmayın!

"Azərbaycanın təhsil mühiti kitab oxumur" - STATİSTİKA

"Azərbaycanın təhsil mühiti kitab oxumur" - STATİSTİKA

Vətəndaşları ən çox kitab oxuyan ölkələr bunlardır-ağlınıza gəlməz

Vətəndaşları ən çox kitab oxuyan ölkələr bunlardır-ağlınıza gəlməz

Kitab üzərindən açılan dünya...

Kitab üzərindən açılan dünya...

Kitab Oxumağın Faydaları

Kitab Oxumağın Faydaları

Kitabları atmayın! - İNCƏ BAXIŞ

Kitabları atmayın! - İNCƏ BAXIŞ

Məktəb direktorları oxuyun !!! TƏDRİS – PEDAQOJİ  SƏNƏDLƏR-I hissə

Məktəb direktorları oxuyun !!! TƏDRİS – PEDAQOJİ SƏNƏDLƏR-I hissə

VII Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasının bağlanış mərasimi olub

VII Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasının bağlanış mərasimi olub

Ən sürətli kitab oxuyan dövlət xadimləri

Ən sürətli kitab oxuyan dövlət xadimləri

Müəllifdən “Qaz ilə göyərçinin əhvalatı” adlı qalmaqallı kitabla bağlı AÇIQLAMA

Müəllifdən “Qaz ilə göyərçinin əhvalatı” adlı qalmaqallı kitabla bağlı AÇIQLAMA

Elif Şafakın bu kitabını yüz ildən sonra da oxuyacaqlar

Elif Şafakın bu kitabını yüz ildən sonra da oxuyacaqlar

Uşaqlar üçün şəkilli, yoxsa şəkilsiz kitab alaq? - ARAŞDIRMA

Uşaqlar üçün şəkilli, yoxsa şəkilsiz kitab alaq? - ARAŞDIRMA

Təhsilin çətin məqamları: Məktəblilərin ağır çanta problemi

Təhsilin çətin məqamları: Məktəblilərin ağır çanta problemi

“Nobel” mükafatı qazanmağı hədəfləyən azərbaycanlı gəncin adı kitaba düşdü - FOTO

“Nobel” mükafatı qazanmağı hədəfləyən azərbaycanlı gəncin adı kitaba düşdü - FOTO

Şabranda Mübariz İbrahimovun doğum günü qeyd olunub

Şabranda Mübariz İbrahimovun doğum günü qeyd olunub

Kitab Oxumayan Qalmasın!

Kitab Oxumayan Qalmasın!

Azərbaycanın ən böyük kitab mağazası Gəncədə fəaliyyətə başladı - FOTO

Azərbaycanın ən böyük kitab mağazası Gəncədə fəaliyyətə başladı - FOTO