Xəbərlər, Karyera
21 oktyabr 2017
801

İldə 200 kitab oxumaq elə də çətin deyil


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi bəyən və paylaş

 İldə 200 kitab oxumaq elə də çətin deyil
İnsan kitab oxumağın həyat tərzinə, düşüncəsinə və fərdi inkişafına olan təsirini bilsə də bunu həmişə istənilən səviyyədə edə bilmir. Ancaq vaxtınızı düzgün planlayaraq daha çox kitab oxumaq mümkündür. Charles Chu düzgün plan quraraq iki il ərzində 400 kitab oxuyub. Blogger nələrə diqqət etdiyini qısa şəkildə belə izah edir.

Ona ən çox təsir edən məşhur milyarder Warren Buffet’in bu sözləri olub. O öz uğurlarının sirrini belə açıqlayır.

Hər gün 500 səhifə oxuyun. Bilik bu şəkildə inkişaf edir. Yavaş-yavaş yığılır, eynən mürəkkəb faiz kimi. Bunu hamı edə bilər ancaq əminəm ki, hər kəs etməyə cəhd etməyəcək.
Hər gün 500 səhifə oxuya bilməsə də, Charles Chu iki il ərzində 400 kitab oxuyur. Charles Chu bu qədər kitab oxumağın həyatında ən vacib qərarlarından biri olduğunu deyir. O, həm də kitab oxuduqça daha çox səyahət etmək istədiyini deyir.

1. Çox kitab oxumağı gözünüzdə böyütməyin

"Mən çox məşğulam”, "Kitablar mənə görə deyil”, "Mən bu qədər ağıllı deyiləm” deməyin. Warren Buffet’in də dediyi kimi daha çox kitabı sadəcə istəmədiyiniz üçün oxuya bilmirsiniz.

2. Kiçik riyazi hesablama ilə bunun mümkün olduğunu başa düşəcəksiniz

İldə 200 kitab oxumaq nə qədər vaxtınızı alacaq? – Bu iki statistikanı bilmək işinizi biraz da asanlaşdıracaq.

Yaxşı bildiyimiz bir dildə ortalama olaraq, dəqiqədə 200-400 söz oxuyuruq. Qeyri-bədii kitab isə təxminən 50.000 sözdən ibarət olur. Bu hesabla, ildə 200 kitab oxumaq üçün 417 saata ehtiyac var.

3. Vaxtınızı düzgün planlaşdırın

İldə 417 saat çox görünə bilər. Ancaq digər məşğuliyyətlərə ayırdığınız vaxtla müqayisə etsəniz əslində elə də böyük rəqəm olmadığını görəcəksiniz. Məsələn, sosial şəbəkələrdən aktiv istifadə edən bir insan il ərzində 608 saat xərcləyir. Orta statistik bir insanın televiziya qarşısında keçirdiyi vaxt isə təxminən 1642 saatdır.

4. Kitabı həyatınızın mərkəzinə yerləşdirin

Kitablar nə qədər çox qarşınıza çıxsa, kitab oxumağa olan həvəsiniz o qədər artacaq. Çalışın kitablar evdə, işdə, səyahətdə hətta telefonda belə gözünüzün qarşısında olsun. Beləliklə, kitabı həyatınızın mərkəzinə yerləşdirmiş olacaqsınız.

5. Hər mövzuya açıq olun

Oxuduğunuz hər kitab sizə yeni şeylər öyrədəcək. Oxuduğunuz hər roman sizə görmədiyiniz yerlərə aparır, yeni qəhrəmanları kəşf etməyinizə kömək edir. Orhan Pamuk’un da dediyi kimi:

Bir kitab oxudum və bütün həyatım dəyişdi.
6. Kitab oxumaq üçün xüsusi vaxt seçməyin

Yatmaqdan əvvəl yataqda, tualetdə, avtobusda, kitab oxumaq mümkündür. Boş vaxtlarınızı kitab oxumaqla dolduraraq həm daha səmərəli vaxt keçirəcəksiniz həm də hədəflədiyiniz kitab sayına çatmaq mümkün olacaq. (pahoo.az)





Whatsapp'ta Paylaş



Загрузка...
loading...

Həmçinin oxuyun:
“Türk Milli Kültürü” kitabı Azərbaycan dilində

“Türk Milli Kültürü” kitabı Azərbaycan dilində

Su keçirməyən və 4G-yə qoşulan elektron kitab

Su keçirməyən və 4G-yə qoşulan elektron kitab

Bakıda saxta dərsliklər satışa çıxarıldı – FOTO

Bakıda saxta dərsliklər satışa çıxarıldı – FOTO

Şagirdlər hansı vaxtlarda dərs oxumalıdır? – Pediatr tövsiyəsi

Şagirdlər hansı vaxtlarda dərs oxumalıdır? – Pediatr tövsiyəsi

Beynəlxalq kitab sərgisində Azərbaycana qarşı təxribat - FOTO

Beynəlxalq kitab sərgisində Azərbaycana qarşı təxribat - FOTO

Kitabsızlar qorxuludur...

Kitabsızlar qorxuludur...

Sumqayıtda məktəb direktorları üçün vacib stolüstü kitab

Sumqayıtda məktəb direktorları üçün vacib stolüstü kitab

İxtisas seçimi edənlər üçün: Bu universitetdə imtahan formasını tələbələr müəyyən edir

İxtisas seçimi edənlər üçün: Bu universitetdə imtahan formasını tələbələr müəyyən edir

Gənclərin bilməli olduğu 20 məlumat - VACİBDİR

Gənclərin bilməli olduğu 20 məlumat - VACİBDİR

HƏYATI QAYDAYA SALAN 12 FAYDALI VƏRDİŞ

HƏYATI QAYDAYA SALAN 12 FAYDALI VƏRDİŞ

Qərb Universitetinin tələbələri “Açıq kitab” üsulu ilə imtahan veriblər +FOTOLAR

Qərb Universitetinin tələbələri “Açıq kitab” üsulu ilə imtahan veriblər +FOTOLAR

Məktəblilər üçün audio kitab və yeni jurnalın təqdimatı keçirilib

Məktəblilər üçün audio kitab və yeni jurnalın təqdimatı keçirilib

Məktəb idarəediciləri üçün yeni kitab nəşr olundu

Məktəb idarəediciləri üçün yeni kitab nəşr olundu

ADU-da kitab sərgisi açılıb

ADU-da kitab sərgisi açılıb

Vətəndaşları ən çox kitab oxuyan ölkələr bunlardır-ağlınıza gəlməz

Vətəndaşları ən çox kitab oxuyan ölkələr bunlardır-ağlınıza gəlməz

Məktəb direktorları oxuyun !!! TƏDRİS – PEDAQOJİ  SƏNƏDLƏR-I hissə

Məktəb direktorları oxuyun !!! TƏDRİS – PEDAQOJİ SƏNƏDLƏR-I hissə

Bakı şəhəri  84 №-li nömrəli tam orta məktəbdə mütaliə vərdişlərinin inkişafı ilə bağlı sistemli iş aparılır

Bakı şəhəri 84 №-li nömrəli tam orta məktəbdə mütaliə vərdişlərinin inkişafı ilə bağlı sistemli iş aparılır

KİTAB oxumaq mədəniyyətdir ! Sizdə KİTAB OXUYUN !

KİTAB oxumaq mədəniyyətdir ! Sizdə KİTAB OXUYUN !

BİLİRSİNİZMİ ? Kitab oxumaq üzü gözəlləşdirir.

BİLİRSİNİZMİ ? Kitab oxumaq üzü gözəlləşdirir.

Azərbaycanın ən böyük kitab mağazası Gəncədə fəaliyyətə başladı - FOTO

Azərbaycanın ən böyük kitab mağazası Gəncədə fəaliyyətə başladı - FOTO

Uşağın tərbiyəsi haqqında kitab oxumağ lazımdır.

Uşağın tərbiyəsi haqqında kitab oxumağ lazımdır.

Riyaziyyat həvəskarları üçün “Natural və tam ədədlər” adlı  kitab  çap olundu

Riyaziyyat həvəskarları üçün “Natural və tam ədədlər” adlı kitab çap olundu

“Edə bilmərəm!” cümləsini ətrafınızda çox eşidirsiniz?

“Edə bilmərəm!” cümləsini ətrafınızda çox eşidirsiniz?

Qurani-Kərimə, Peyğəmbərimizin(s) və İmamların(ə) hədislərinə əsasən yaxşı müəllim aşağıdakı xislətlərə malik olmalıdır:

Qurani-Kərimə, Peyğəmbərimizin(s) və İmamların(ə) hədislərinə əsasən yaxşı müəllim aşağıdakı xislətlərə malik olmalıdır: