AzTehsil.com


Xəbərlər / Müəllim
25 oktyabr 2021
1 467


Təhsilin çətin məqamları: Məktəblilərin ağır çanta problemi



Valideynlər məktəbli çantalarının ağırlığından narazıdırlar.

Bildirilib ki, kitablar, test tapşırıqlarının çox olması çantanın ağırlığına səbəb olur ki, bu da uşaqların onurğa sütununda deformasiyaların artması ilə nəticələnir.

Təhsil eksperti Kamran Əsədov Oxu.Az-a açıqlamasında bildirib ki, valideynlər uşaqları üçün məktəb ləvazimatı alarkən diqqətli olmalıdır:

“Bəzən şagirdlərin götürdüyü çantalar ya özü ağır olur, ya da onun içərisinə o qədər dəftər-kitab yığılır ki, bu da şagirdlər arasında onurğa əyriliyinə kimi gətirib çıxarır. Ona görə də məktəbli çantası mütləq yaşa uyğun seçilməlidir”.

O qeyd edir ki, bu gün təkcə dərs oxumaq yox, həm də o dərsi oxumaq üçün kitabları qoyduğumuz çantaları daşımaq müşkül məsələyə çevrilib:

“İndi əksər hallarda aşağı sinif şagirdlərinin çantasını şagirdlərdən çox valideynlərin daşıdığını görürük. Bu isə əlbəttə ki, məktəbli çantalarının ağırlığından irəli gəlir. Ağırlığı bəzən hətta 10 kiloqramı keçən çantalar tək şagirdlər üçün yox, elə valideynlər üçün də hər gün daşımalı olduqları yükə çevrilib.

Çantaların ağırlığının səbəbi hər fənn üzrə kitab və dəftərdən başqa, əlavə dərs ləvazimatlarının da daşınmasıdır. Şagird özü ilə hər fənn üzrə bir kitab, bir dəftər, bir test kitabı, bir iş dəftəri götürməlidir. Bunların hamısını yığdıqda çanta çox ağır olur. Bundan başqa bir çox şagirdlər özləri ilə yemək və su götürür ki, bu da çantanın daha da ağırlaşmasına gətirib çıxarır”.

Qeyd edək ki, beynəlxalq təcrübədə və qəbul olunan prinsiplərdə çantanın ağırlığı uşağın çəkisinin 14-15 faizini keçməməlidir: bu hesabla 8 yaşınadək olan uşaqlar 2 kiloqram (içindəkilərlə), 8-12 yaşınadək uşaqlar ən çox 4, 12-15 yaş uşaqlar isə 5 kiloqram ağırlığında çanta götürməlidirlər. İçində heç nə olmayan çantanın çəkisi 700 qramı keçməməlidir.

K.Əsədov bildirib ki, məktəbli çantalarının ağırlığı barədə monitorinq aparıb:

“I sinif üçün 5 kitab var, onların çəkisi 2 kiloqram 145 qramdır, iş dəftərləri ilə birlikdə 4 kiloqram və ya 5 kiloqrama yaxındır. Əlavə qələm və digər ləvazimatları da daxil etdikdə bu rəqəm 7 kiloqrama çatır. Bu, 1-ci sinif şagirdi üçün çoxdur.

Çıxış yolu kimi, onu qeyd edim ki, çalışma dəftərləri sinifdə qalmalı, tədris olunan fənlərin sayı azaldılmalı, kitabların həcmində ixtisarlar edilməlidir”.

Şagirdlər üçün çanta necə seçilməlidir?

Çiyin asqıları enli və ortopedik olan çantalar seçilməlidir. Onu alan zaman boş vəziyyətdəki ağırlığına diqqət edilməlidir. Ağır çanta uzun müddət daşındığı vaxt, uşaqlarda onurğa probleminə səbəb olur. Düzgün seçilən məktəbli çantası nəinki şagirdin yükünü azaldır, həm də onun sağlamlığını qorumağa kömək edir.




Загрузка...
Həmçinin oxuyun:
Valideynlərin diqqətinə! Məktəbli çantası seçəndə bunları nəzərə alın

Valideynlərin diqqətinə! Məktəbli çantası seçəndə bunları nəzərə alın

Məktəblilərin daşıya bilmədiyi dərs yükü

Məktəblilərin daşıya bilmədiyi dərs yükü

Şagirdlər üçün alış-verişə az qalır..VALİDEYNLƏR DİQQƏT!

Şagirdlər üçün alış-verişə az qalır..VALİDEYNLƏR DİQQƏT!

Çantaları özündən ağır uşaqlar - Onlar hansı xəstəliklərlə üz-üzədir?

Çantaları özündən ağır uşaqlar - Onlar hansı xəstəliklərlə üz-üzədir?

Məktəbli çantasının çəkisi nə qədər olmalıdır?

Məktəbli çantasının çəkisi nə qədər olmalıdır?

Məktəb çantalarının ağırlığı problemini həll etmək üçün YENİ TƏKLİF

Məktəb çantalarının ağırlığı problemini həll etmək üçün YENİ TƏKLİF

Təhsil sağlamlıq bahasına olmamalıdır

Təhsil sağlamlıq bahasına olmamalıdır

Mənəvi-psixoloji yük azmış kimi, “çanta yükü” də bir yandan - TƏHLİL...

Mənəvi-psixoloji yük azmış kimi, “çanta yükü” də bir yandan - TƏHLİL...

Məktəblərdə uşaqlarımızın hüququ kobud şəkildə pozulur

Məktəblərdə uşaqlarımızın hüququ kobud şəkildə pozulur

Bölgələrdə məktəbli forması problemi

Bölgələrdə məktəbli forması problemi

Şagirdlər hansı vaxtlarda dərs oxumalıdır? – Pediatr tövsiyəsi

Şagirdlər hansı vaxtlarda dərs oxumalıdır? – Pediatr tövsiyəsi

Uşaqlarımızın məktəbdən soyumağının səbəbi - Məktəb nəyə lazımdır?

Uşaqlarımızın məktəbdən soyumağının səbəbi - Məktəb nəyə lazımdır?

Valideynlərə məsləhət

Valideynlərə məsləhət

Uşaqları dərs oxumağa həvəsləndirən qayda

Uşaqları dərs oxumağa həvəsləndirən qayda

İbtidai sinif dərsliklərində hər kitabın yanında 2-3 "balası" olmasa olmaz...İŞ DƏFTƏRLƏRİ lazımdırmı?

İbtidai sinif dərsliklərində hər kitabın yanında 2-3 "balası" olmasa olmaz...İŞ DƏFTƏRLƏRİ lazımdırmı?

DİQQƏT !:SU ÇİÇƏYİ XƏSTƏLİYİ GENİŞ YAYILIB - AĞIR FƏSADLAR

DİQQƏT !:SU ÇİÇƏYİ XƏSTƏLİYİ GENİŞ YAYILIB - AĞIR FƏSADLAR

Uşaqları dərs oxumağa həvəsləndirən 6 qayda

Uşaqları dərs oxumağa həvəsləndirən 6 qayda

Nazir: “Valideynlər bəzi hallarda uşaqları lazımsız yükləyirlər, repetitor yanına göndərirlər”

Nazir: “Valideynlər bəzi hallarda uşaqları lazımsız yükləyirlər, repetitor yanına göndərirlər”

Dərs oxumağa həvəsləndirən 6 qayda

Dərs oxumağa həvəsləndirən 6 qayda

Psixoloqlar məktəb direktorlarına çay daşımaqla məşğuldur... - Məktəbli intiharları ilə bağlı ÇAĞIRIŞ

Psixoloqlar məktəb direktorlarına çay daşımaqla məşğuldur... - Məktəbli intiharları ilə bağlı ÇAĞIRIŞ

Şagirdlərin vahid geyimi ilə bağlı RƏSMİ AÇIQLAMA

Şagirdlərin vahid geyimi ilə bağlı RƏSMİ AÇIQLAMA

Kitab oxumaq sizə nələr qazandırır?

Kitab oxumaq sizə nələr qazandırır?

Məktəblərdə Müəllimlər Günü ilə əlaqədar pul yığılır? - AÇIQLAMA

Məktəblərdə Müəllimlər Günü ilə əlaqədar pul yığılır? - AÇIQLAMA

Çirkli çanta, natəmiz dərsliklər, bərbad vəziyyətdə olan sanitar qovşağı... - Məktəbliləri virusdan necə qorumalı?

Çirkli çanta, natəmiz dərsliklər, bərbad vəziyyətdə olan sanitar qovşağı... - Məktəbliləri virusdan necə qorumalı?