Kitab oxumaq sizə nələr qazandırır?
Texnologiya inkişaf etdiyi üçün artıq insanlar istədikləri əsərin elektron versiyasını çox asan şəkildə tapıb oxuya bilirlər. Beləliklə də, kağız kitablara olan maraq və tələbat itir.
Birincisi ona görə ki, elektron kitablar kağız kitablardan daha ucuz başa gəlir. Həm də elektron kitabları tapmaq uzun zaman almır. Nə də uzun bir yol qət etməyə ehtiyac qalmır. Ancaq bütün bunlara baxmayaraq indi kağız kitab oxuyanlar da az deyil. Əslində isə elektron kitablar insan sağlamlığı üçün zərərlidir, nəinki kağız kitablar. Planşet və telefon vasitəsilə oxuduğunuz elektron kitablar gözləri və zehni daha çox yorur. Bunun səbəbi də həmin texnologiya vasitələrində olan şuadır. Ancaq kağız kitablarda bu belə deyil.
Alimlər hesab edirlər ki, kitab oxumaq insanlar üçün olduqca faydaladır. Mütəxəssislərin sözlərinə görə, kitabların insanlar üçün faydaları bunlardır:
1. Sıxıntılı olduğunuz anlarda kitab oxuyun. Çünki, kitab sıxıntını aradann qaldırır.
2. Daimi olaraq kitab oxuyan insanın söz ehtiyyatı zənginləşir.
3. Hər kitab sizə başqa həyatlar, başqa insanlar, başqa xarakterlər haqqında yeni baxış bucağı qazandıracaq. Beləcə daha açıq fikirli bir insan olacaqsınız.
4. Edilən elmi araşdırmalar nizamlı kitab oxumağın beyində yeni neyron əlaqələri meydana gətirdiyini göstərir. Bu da sizin daha ağıllı bir insan olmağınız deməkdir.
5. Kitab oxumaq təklik ilə əlaqədar pis düşüncələrinizi ortadan qaldıracaq. Əksinə yalnızlığınızı sevməyə başlayacaqsınız. Çünki kitablar varkən əslində yalnız deyilsiniz.
6. Kitablar məlumat bazanızı zənginləşdirəcək.
7. Kitab oxumaqla həm də yaradıcılığınızı da inkişaf etdirmiş olacaqsınız.
8. Çox oxumaq sizə müəyyən kütlə içində sıxılmadan istənilən mövzu haqqında danışmağa yardımcı olacaq.
9. Daimi kitab oxumaqla siz fərqli mədəniyyətləri öyrənmiş olacaqsınız.
10. Daha diqqətli olacaqsınız.
11. Davamlı kitab oxumaq sizə kitab oxumaq vərdişi qazandıracaq. Bu da öz növbəsində təhsil aldığınız müddətdə dərslərinizə daha çox zaman ayırmağınıza kömək olacaq.
12. Kitab oxumaq həm də səbirli olmağı öyrədir.
13. Araşdırmalar göstərir ki, nizamlı olaraq kitab oxumaq yaddaşı gücləndirir.
14. Sıx və yorucu bir günün ardından sevdiyiniz kitabdan bir şeiri oxumaq belə stressinizi azaldacaq.
15. Davamlı kitab oxumaq sizi gözəl natiq də edə biləcək.
Ümumilikdə isə, kitab oxumaq özü gözəl məşğuliyyətdir. Kitaba ayırdığınız zaman hədər olmayacaq, əksinə sizə yeni şeylər qazandıracaq.