AzTehsil.com


Xəbərlər / Valideyn
18 sentyabr 2021
2 132


Valideynlərin diqqətinə! Məktəbli çantası seçəndə bunları nəzərə alın



 

Yeni dərs ili başlayanda valideyn və məktəbliləri ən çox maraqlandıran məsələlərdən biri də məktəbli çantası olur. Çanta uşaqların ən çox təmasda olduğu əşyalardan biridir.

Ona görə də çantanın düzgün seçilməsi heç də az əhəmiyyətli məsələ deyildir. Bəzi ailələrdə valideynlər məktəbli çantasını uşağın zövqünə və istəyinə uyğun olaraq alırlar. Lakin mütəxəssislər sağlamlığa hesablanmış belə məsələlərdə güzəştə getməməyi məsləhət görürlər. Onların fikrincə, uşağın fiziki ölçüsünə uyğun sadə və yüngül çantalar alınmalıdır, bu, onların sümük və əzələlərinin kövrək və elastik olması ilə əlaqədardır.

Bunu Bakıdakı 6 nömrəli poliklinikanın terapiya şöbəsinin müdiri Gülsarə Sadıqova  "Çantanın bədən çəkisinə uyğun olmaması uşağın onurğasını qabağa əyməsinə və çiyinlərini qaldırılmasına səbəb olur. Çanta ağır olanda və birtərəfli çiyin asqısından istifadə edəndə əzələlər, xüsusilə boyun bir tərəfə əyilir, onurğada sağa və ya sola əyilmələrə səbəb olur. Çantada asqıların geniş və yumşaq olması çiyin üzərində yükün bərabər paylanmasına kömək edir, dar və sərt asqılar ağırlığı əzələnin müəyyən nöqtələrinə yönəldir. Çantanın çiyin asqılarının incə, ensiz və uzun olması sinirlərə təsir edir və bunun nəticəsində əl və qolda ağrılar yaranır. Ağır və qeyri-standart çanta daşıyan və pilləkən qalxıb-enən uşaqlarda ayaq ağrısı daha çox olur. Nəticədə ilk növbədə uşağın duruşunda problem yaranır: çiyinlər qalxır, onurğa önə doğru əyilir və kifoz dəyişikliyi gedir”.

Qeyd edək ki, uşaqların məktəb çantalarında sağlamlıq baxımından nəzərə alınmayan bəzi detallar orqanlarda funksiyaların pozulmasına aparıb çıxarır. Həkim-terapevt standart qaydalara əməl olunmasını tövsiyə edir. "İbtidai sinifdə uşaq üç-dörd kitab götürməlidir, sonrakı siniflərdə yenə də normaya uyğunluq gözlənilməlidir. Çantanı ağırlaşdıran əsas yüklərdən biri də su və qidadır. Uşaq məktəbə özü ilə 1-1,5 litr su götürməlidir və bu, heç də kiçik yük deyil. Qidanı çantaya qoymaq lazım deyil. Ayrıca qida qabları var ki, uşaq yeməyi çantaya qoymaqdansa ayrıca qida çantası götürməsi məsləhətdir”.

Mütəxəssislər bildirirlər ki, məktəbli çantası kürəkdə və çiyində ağrıya səbəb olmayacaq çəkidə olmalıdır. Məktəbli bədən ağırlığının 10-12 faizindən artıq yük daşımamalıdır. Məktəb çantalarında bel kəmərlərinin enli olması və kürəyə rahat oturması onların dəftər-kitablarını rahat daşımasına xidmət etməlidir. "Ən yüngül çanta seçilməlidir. Çantanın yükü maksimum az olmalıdır ki, ona kitab-dəftər və digər məktəb ləvazimatları qoyanda çox ağırlıq etməsin”, - deyə həkim terapevt əlavə edib.

Məktəb çantalarının seçimində digər alternativlər də var. Bel çantaları ağır və əziyyətli olduğundan uşaqların daha rahat daşıya biləcəkləri təkərli çantalara üstünlük vermələri tövsiyə olunur. Mütəxəssislərin fikrincə, 8 yaşınadək uşaqlar iki, 8-12 yaşındakı uşaqlar ən çox dörd, 12-15 yaş arasındakı uşaqlar isə beş kiloqram ağırlığında çanta götürməlidirlər.

Mənbə: azedu.az



Загрузка...
Həmçinin oxuyun:
Şagirdlər üçün alış-verişə az qalır..VALİDEYNLƏR DİQQƏT!

Şagirdlər üçün alış-verişə az qalır..VALİDEYNLƏR DİQQƏT!

Mənəvi-psixoloji yük azmış kimi, “çanta yükü” də bir yandan - TƏHLİL...

Mənəvi-psixoloji yük azmış kimi, “çanta yükü” də bir yandan - TƏHLİL...

Çantaları özündən ağır uşaqlar - Onlar hansı xəstəliklərlə üz-üzədir?

Çantaları özündən ağır uşaqlar - Onlar hansı xəstəliklərlə üz-üzədir?

Məktəblilərin daşıya bilmədiyi dərs yükü

Məktəblilərin daşıya bilmədiyi dərs yükü

Məktəbli çantasının çəkisi nə qədər olmalıdır?

Məktəbli çantasının çəkisi nə qədər olmalıdır?

Təhsil sağlamlıq bahasına olmamalıdır

Təhsil sağlamlıq bahasına olmamalıdır

Şagirdlər hansı vaxtlarda dərs oxumalıdır? – Pediatr tövsiyəsi

Şagirdlər hansı vaxtlarda dərs oxumalıdır? – Pediatr tövsiyəsi

Məktəblərdə uşaqlarımızın hüququ kobud şəkildə pozulur

Məktəblərdə uşaqlarımızın hüququ kobud şəkildə pozulur

Dərslər başlamadan bunları edin

Dərslər başlamadan bunları edin

Məktəblilərin düzgün qidalanması haqqında

Məktəblilərin düzgün qidalanması haqqında

Bakıda məktəbli yarmarkaları fəaliyyətə başlayıb

Bakıda məktəbli yarmarkaları fəaliyyətə başlayıb

Dərsliklərdə koronavirus TƏHLÜKƏSİ

Dərsliklərdə koronavirus TƏHLÜKƏSİ

"Baletka" ayaqqabılar hansı xəstəliklərə səbəb olur?

"Baletka" ayaqqabılar hansı xəstəliklərə səbəb olur?

Kiçik məktəblilərin psixoloji xüsusiyyətləri

Kiçik məktəblilərin psixoloji xüsusiyyətləri

"Hər bir məktəblinin şəxsi gigiyenası ailəsindən və özündən asılıdır”

"Hər bir məktəblinin şəxsi gigiyenası ailəsindən və özündən asılıdır”

Məktəb çantalarının ağırlığı problemini həll etmək üçün YENİ TƏKLİF

Məktəb çantalarının ağırlığı problemini həll etmək üçün YENİ TƏKLİF

Çirkli çanta, natəmiz dərsliklər, bərbad vəziyyətdə olan sanitar qovşağı... - Məktəbliləri virusdan necə qorumalı?

Çirkli çanta, natəmiz dərsliklər, bərbad vəziyyətdə olan sanitar qovşağı... - Məktəbliləri virusdan necə qorumalı?

Valideynlər bu xəbəri mütləq oxusun. Analar özləri işlə məşğul olarkən uşaq mane olmasın deyə…

Valideynlər bu xəbəri mütləq oxusun. Analar özləri işlə məşğul olarkən uşaq mane olmasın deyə…

Uşaqlarda nitq qüsurları nədən yaranır?

Uşaqlarda nitq qüsurları nədən yaranır?

Məktəbə hazırlıq üçün PSİXOLOQ MƏSLƏHƏTİ:“Evdən ayrılabilmə bacarığını göstərməyən uşaqların məktəbə uyğunlaşması  çətinləşir"

Məktəbə hazırlıq üçün PSİXOLOQ MƏSLƏHƏTİ:“Evdən ayrılabilmə bacarığını göstərməyən uşaqların məktəbə uyğunlaşması çətinləşir"

Kəkələyən uşaqlarda hansı qüsurlar olur?

Kəkələyən uşaqlarda hansı qüsurlar olur?

Məktəblilərin psixoloji xüsusiyyətləri

Məktəblilərin psixoloji xüsusiyyətləri

Yeni dərs ilində siniflərdə sıxlıq problemi olmayacaq

Yeni dərs ilində siniflərdə sıxlıq problemi olmayacaq

Davranış pozuntusu, yoxsa qüsurlu tərbiyə?

Davranış pozuntusu, yoxsa qüsurlu tərbiyə?