Məktəblilərin payız tətilinə sayılı günlər QALIB
Bazar ertəsi, noyabrın 17-dən 2025-2026-cı tədris ili üzrə ümumi təhsil müəssisələrində beşgünlük payız tətili başlayacaq.
AzTehsil.com xəbər verir ki, tətil 17-21 noyabr tarixlərini əhatə edəcək.
22-23 noyabr tarixləri şənbə və bazar günlərinə təsadüf etdiyi üçün dərslər 24 noyabr tarixindən başlayacaq.
Bu tətil ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarına da şamil ediləcək.
Payız tətili "Ümumi təhsil müəssisələrində tədris ilinin müddəti"nin təsdiq edilməsi haqqında" Nazirlər Kabinetinin 24 fevral 2020-ci il tarixli 66 nömrəli Qərarının tələblərinə uyğun olaraq müəyyən edilib.![]()













