AzTehsil.com


Xəbərlər / Valideyn / Müəllim
25 may 2019
13 460


Dərs oxumağa həvəsləndirən 6 qayda



 

 
Məktəbli yaşında uşaqları olan bir çox valideyn onlarda oxumağa həvəsin olmaması problemi ilə üzləşir. Bəzilərində bu həvəs birinci dərsi ilində itir, bəzilərində isə müxtəlif səbəblərdən ümumiyyətlə olmur. Bəs valideynlər nə etməli, uşaqları oxumaqa necə həvəsləndirməlidir? Dərsə marağın olmaması problemi hər zaman aktualdır. Uşaqları dərs oxumağa stimullaşdırmaq üçün bir çox fikirlər mövcuddur. Gəlin bu fikirlərin bəziləri ilə tanış olaq.
 
1. Tərif

Ailədə elə şərait yaradılmalıdır ki, uşaq özü oxumağa həvəs göstərsin. Əgər uşaq valideynlərin münasibətinə qiymət verirsə, yaxınlarının məhəbbətini və qayğısını hiss edirsə o başa düşəcək ki, dərsə ciddi yanaşma onlar üçün vacibdir. Uşaq həmçinin biləcək ki, əgər onda nə isə alınmasa hər zaman valideynlərin köməyinə arxalana bilər. Belə ailələrdə qiymətlərə görə deyil, keyfiyyətli və yaxşı oxumağa görə tərif uşaq üçün çox şeydir və dərs oxumaq üçün də əla stimul yaradır.
 
2. Adekvat özünəqiymət

Dərsə marağın artması üçün vacib amildir. Uşağa özünə inamı öyrətmək lazımdır. "Səndə hər şey alınacaq” – bu fikir uşaqlara  valideynlər tərəfindən daim təlqin olunmalıdır. Bu zaman məktəblidə dərs oxumaq prosesinə münasibət dəyişəcək.
 
3. Hədiyyələr

Yaxşı oxumağa və rüblüyü layiqincə başa vurmaq üçün uşağın çoxdan arzusunda olduğu hədiyyə və ya valideynlərin tətil günlərində təşkil edəcəyi maraqlı səyahətlər də yaxşı stimul ola bilər.
 
4. Rəqabət ruhu

Bəzən uşaqların mənliyinə toxunmaq da onların dərs oxumağa marağını artırır: "Məgər mən başqasından əskiyəm? Mən də yaxın dostum, rəfiqəm, qardaş və ya bacım kimi əla oxuya bilərəm!” Bəzən də uşaq böyüdükcə əks cinsə mənsub sinif yoldaşının diqqətini cəlb etmək istəyi də dərs oxumaq üçün stimul yarada bilir. Bu zaman valideynlər də uşaqda yaranan müsbət rəqabət hissini hər cür dəstəkləməlidirlər.
 
5. Uzunmüddətli hədəflərə can atma

Daha böyük uşaqlara gələcəkdə maraqlı peşəyə yiyələnmək, təhsilini nüfuzlu məktəblərdə davam etdirmək istəyi də stimul ola bilər.
 
6. Pulla təltif etmə

Son zamanlar valideynlər daha çox uşaqları təhsilə pulla təşviq etdiklərini deyirlər. Yəqin ki, bu vasitəni də stimul verici amil hesab etmək olar. Lakin bu zaman nə baş verir? Uşaqda stimul yaranır, amma dərs oxumağa deyil, yaxşı qiymətlər almaq üçün müxtəlif vasitələr axtarmağa. Belə vasitədən istifadə edən valideynlər başa düşməlidir ki, bu situasiyada uşaqlar öz çıxarlarına görə hərəkət edirlər. Uşaqların yeni biliklərə yiyələnməsinə həvəs yaratmaq üçün, məhz həvəs yaratmaq üçün stimul verici amillər yetəri qədərdir. Buna görə də yaxşı qiymətlərə görə təltifi pul ekvivalentinə keçirməyə və biliyə yiyələnmək prosesini biznes relsinə qoymağa ehtiyac yoxdur. Uşaqları inandırın ki, biliyə yiyələnmə bacarığı hər kəsə vacib olan qiymətli yükdür və bu bacarıq gələcək həyatında mütləq lazım olacaq.
 
 




Загрузка...
Həmçinin oxuyun:
Uşaq dərs oxumaq istəmirsə, belə edin - VALİDEYNLƏRƏ TÖVSİYƏ

Uşaq dərs oxumaq istəmirsə, belə edin - VALİDEYNLƏRƏ TÖVSİYƏ

Uşaqlarda isterik hallar - Valideynlər nə etməli?

Uşaqlarda isterik hallar - Valideynlər nə etməli?

Şagirdləri tətildən sonra dərsə necə alışdırmaq olar?

Şagirdləri tətildən sonra dərsə necə alışdırmaq olar?

Uşaqlar məktəbdən niyə qorxur?- Psixoloqdan valideynlərə məsləhət

Uşaqlar məktəbdən niyə qorxur?- Psixoloqdan valideynlərə məsləhət

Dərs yoxsa valideyn-övlad münasibətləri: Necə davranmalı?

Dərs yoxsa valideyn-övlad münasibətləri: Necə davranmalı?

Şagirdlərimiz nə fikirləşir?! - Pedaqoji təcrübə

Şagirdlərimiz nə fikirləşir?! - Pedaqoji təcrübə

Uşağınızı məktəbə belə hazırlayın – PSİXOLOQ YOLLARI GÖSTƏRİR

Uşağınızı məktəbə belə hazırlayın – PSİXOLOQ YOLLARI GÖSTƏRİR

Dərslərə necə hazırlaşmalı?

Dərslərə necə hazırlaşmalı?

Şagird dərsə nə qədər vaxt ayırsın?

Şagird dərsə nə qədər vaxt ayırsın?

Psixoloq diqqət yetirilməyən dəhşətləri sadaladı

Psixoloq diqqət yetirilməyən dəhşətləri sadaladı

Uşaqları kitaba həvəsləndirmək, amma hansı?

Uşaqları kitaba həvəsləndirmək, amma hansı?

Uşağa oxumağı öyrətmək barədə əməli tövsiyələr

Uşağa oxumağı öyrətmək barədə əməli tövsiyələr

Ev tapşırıqları ibtidai sinif şagirdlərini məhv edir.

Ev tapşırıqları ibtidai sinif şagirdlərini məhv edir.

Məktəblərə muxtariyyət verilir - Təhsildə niyə işıq görünmür?

Məktəblərə muxtariyyət verilir - Təhsildə niyə işıq görünmür?

Uşağın yalan danışması nəyə işarədir? -VALİDEYNLƏR, DİQQƏTLİ OLUN!

Uşağın yalan danışması nəyə işarədir? -VALİDEYNLƏR, DİQQƏTLİ OLUN!

“Ev tapşırıqlarını etmək istəmirəm!”

“Ev tapşırıqlarını etmək istəmirəm!”

Uşaqlarda kitaba maraq necə yaradaq?

Uşaqlarda kitaba maraq necə yaradaq?

Psixoloqdan müəllim və valideynlər üçün qızıl qaydalar

Psixoloqdan müəllim və valideynlər üçün qızıl qaydalar

Valideynlərin üçdə ikisi uşaqları üçün kitab oxuyur

Valideynlərin üçdə ikisi uşaqları üçün kitab oxuyur

Neçənci sinif şagirdi dərsə nə qədər vaxt ayırsın - MÜTƏXƏSSİS MƏSLƏHƏTİ

Neçənci sinif şagirdi dərsə nə qədər vaxt ayırsın - MÜTƏXƏSSİS MƏSLƏHƏTİ

Valideynlər özləri də bilmədən şagirdləri bu cür məhv edirlər

Valideynlər özləri də bilmədən şagirdləri bu cür məhv edirlər

Valideynlərin məktəb həyatına cəlb edilməsinin əhəmiyyəti

Valideynlərin məktəb həyatına cəlb edilməsinin əhəmiyyəti

Uşağa dərs oxutmağın effektli üsulları

Uşağa dərs oxutmağın effektli üsulları

Xarici ölkələrdə şagirdlərin zəif qiymət alması uşağın savadsız olması anlamına gəlmir.

Xarici ölkələrdə şagirdlərin zəif qiymət alması uşağın savadsız olması anlamına gəlmir.