"Azərbaycanın təhsil mühiti kitab oxumur" - STATİSTİKA
Azərbaycan məktəblisi, tələbəsi, müəllimi elektron resurslardan demək olar ki, istifadə etmir.
Aztəhsil.com xəbər verir ki, hal-hazırda Azərbaycanın 4500 orta məktəbində 1,6 milyon şagird təhsil alır ki, onlara 151 min müəllim dərs deyir.
54 universitetdə 165 min tələbə təhsil alır ki, onlara elmin sirlərini öyrədən müəllimlərin sayı 26 mindir.
İndi isə ölkədə fəaliyyət göstərən təhsil elektron resurslardan istifadə göstəriciləri:
www.e-resurs.edu.az (81.855 dəfə giriş olub) www.e-derslik.edu.az (993.770 dəfə giriş olub), www.e-test.edu.az (148.144 dəfə giriş olub).
Bu elektron xidmətlərin göstəriciləridir. Kağız daşıyıcıları olan kitab, dərslik və vəsaitlərin alınması, istifadəsi də çox aşağı səviyyədədir.
Hələ bədii əsərlərin, kitabların oxumasını demirəm.
Qısası, Azərbaycanın təhsil mühiti kitab oxumur. Adambaşına kitab oxuma göstəricisi 20 nəfərdən biri təşkil edir.