AzTehsil.com


Xəbərlər
07 fevral 2017
4 646


Vətəndaşları ən çox kitab oxuyan ölkələr bunlardır-ağlınıza gəlməz



Vətəndaşları ən çox kitab oxuyan ölkələr bunlardır-ağlınıza gəlməz

 

BMT-nin xüsusi komissiyası 2016, eləcə də son bir neçə ildə vətəndaşları ən çox kitab oxuyan  ölkələrini müəyyən ediblər.
 
Aztehsil.com moderator.az-a istinadən həmin siyahının ilk onluğuna düşən ölkələri təqdim edir:
 
10-Macarıstan- Həftə ərzində hər insan orta hesabla 6, 4 saat kitab oxuyur;
 
9-Fransa- fransızlar əylənməklə yanaşı kitaba da vaxt ayırır. Hər fransız orta hesabla 6,9 saat kitab oxuyur;
 
8-İsveç- Skandinaviya ölkəsinin əsrarəngiz mənzərəsi insanları kitaba da sövq edir. Həftə ərzində bir isveçli 7 saat kitab oxuyur;
 
7-Rusiya- Şimal qonşumuz siyahının yeddinci pilləsindədir. Hər rus həftədə 7,1 saatını kitaba ayırır;
 
6-Çexiya- Çexlərin kitaba vurğunluğuna söz ola bilməz. Bir çex həftəsinin 7,4 saatını kitaba ayırır;
 
5-Misir-Bəziləri ərəb ölkəsi hara, kitab hara deyə bilər. Amma Misirdə uzun illərdən bəri formalaşan kitab oxuma ənənəsi var. Bir misirli həftəsinin 7,5 saatını kitaba ayırır. 
 
4-Filippin- Bəlkə də, təəccüblənəcəksiniz. Amma xarici mənbələrə də müraciət etsəniz hər Filippin sakininin həftədə 7,6 saat kitab oxuduğunu görə bilərsiniz;
 
3-Çin-Dünyanın hər 6 sakinindən biri bu ölkədə yaşayır. Amma orta hesabla hər çinli həftədə 8 saat kitab oxuyur;
 
2-Tailand-Şərq ölkəsinin hər vətəndaşı orta hesabla həftənin 8,5 saatını kitaba bağışlayır.
 
1-Hindistan- birinci yerin sahibi yəqin, hamınızı təəccübləndirdi. Hindistanın ucqar vilayətlərində heç oxuma-yazmaları olmayan insanların olduğunu deyəcəksiniz. Mən də  sizinlə razı. Amma Hindistanın böyük şəhərlərində kitab oxuma ənənəsi o qədər vərdiş halına çevrilib ki, hərf tanımayan insanların çoxluğu belə bu ölkəni liderlikdən məhrum etmir. Hər hindlinin payına həftə ərzində orta hesabla 10, 7 saat kitab mütaliəsi düşür.



Загрузка...