AzTehsil.com


Xəbərlər / Maraqlı
14 fevral 2018
3 940


Kitab Oxumayan Qalmasın!



 

Bir insanın kəlmə xəzinəsi nə qədər genişdirsə, anlayışı o qədər yüksəkdir. Bir tələbə tarixlə əlaqəli bir neçə roman oxumuşsa, tarixi mövzularda söhbətlər olduğunda mövzu ilə əlaqəli terminləri o dəqiqə qavrayacaqdır. Bu da əsla unudulmamalıdır ki, insan hansı orqanını çalışdırırsa, o orqanı inkişaf edir, qüvvətlənir. Güləşlə məşğul olanın boynu qalınlaşır, basketbol oynayanın boyu uzanır, ağır atletika ilə məşğul olanların əzələləri inkişaf edir. Kitab oxuyanın da beyni inkişaf edir.

İnkişaf edən beyin hər şeyi daha tez qavrayır. Bir Yapon pedoqoqu belə bir təcrübə edir: "Otuz tələbəyə bir ay boyunca riyaziyyat dərsi keçir. Sonda imtahan edir, tələbələrin səviyyəsi bərabər olur. Tələbələri ikiyə ayırır. Bir qrupa kitab oxudur, digər qrupa idman etdirir. Bir ay sonra bunları eyni sinifdə toplayaraq kimyadan ilk dəfə gördükləri bir mövzunu anladır. Dərs sonunda imtahan edir, kitab oxuyanların uğuru idman edənlərə nisbətən daha çox olur.

Bu təcrübənin sonunda kitab oxumağın vacibliyini bir daha başa düşürük. Hər kitab insanın dağarcığında onlarca kəlmə qoyur. Deməli, çox kitab oxuyanın müvəffəqiyyət qazanma şansı daha yüksəkdir. İdeal olan həftədə bir kitab bitirməkdir. Amma heç olmasa ayda bir kitab mütləq oxunmalıdır.

İlk başda kitab oxuyarkən darıxa bilərsiniz, özünüzü oxumaq üçün məcbur edin. Eynilə həkimin verdiyi zəhər kimi dərmanları sağlamlığımız üçün zorla içdiyimiz kimi.

Dostoyevskinin "Cinayət və Cəza” romanını oxuyan bir insanın, insan öldürdüyünü düşünə bilərsiniz? Kitablar insanı yaxşılığa, gözəlliyə doğru aparır.

Kiçik yaşdan etibarən kitab oxuyan biri: "Mən kiçik bir qəsəbədə anadan olmuşam. Qardaşımla eyni sinifdə oxuyurduq. Məktəbin ən tənbəl və yaramaz şagirdləri ikimiz idik. Anamız vəziyyətimizi öyrənmək üçün məktəbə gedir və müəllim ona bir yol göstərir. Axşam evə gələndə görürük ki, anamız televizoru anbara qoyub və bizə:

- Bundan sonra televizora ayıracağınız zamanı kitab oxuyacaqsınız. Sabah qəsəbənin kitabxanasına gedib hərəniz bir dənə kitab alıb oxuyacaqsınız. Onları mən də oxuyacağam. Həftə sonu kitabı mənə danışacaqsınız. Yoxsa samanlıqda yatarsınız.

Biz anamızın qəti qərarını görüncə, o həftədən etibarən kitabxanaya gedib hər həftə bir kitab oxuyub anamıza məzmununu danışdıq. Bəli! Tam bir il sonra məktəb birincisi qardaşım oldu, ikincisi mən oldum. Hal-hazırda da ikimiz də, Universitetdə beyin cərrahı mütəxəssisi olaraq işləyirik.

Kitab oxumaq demək, beyində passiv olan altmış milyon hüceyrəni hərəkətə keçirmək deməkdir. Nə qədər kitab oxunursa, o qədər hüceyrə çalışır. Çalışan, açılan beyin hər şeyi daha tez qavrayır. İnsan beyni, ən çox inkişaf etmiş kompüterdən daha üstündür. Əsas olan beyin kompüterindən istifadə etməkdir. Bundan istifadə etməyin birinci yolu da kitab oxumaqdır.

Edisona dahi deyirik. O, gündə 16 saat elmlə məşğul olurdu. Vəfatından sonra otağında üç milyon qaralama kağızı tapılmışdır. Hansı insan bu qədər çalışasa dahi olmaz?

Məlumatlı olmaq üçün oxumaq lazımdır. Gündə yarım saat kitab oxumağın, səni gözləmədiyin qədər irəli aparır. Unutma! Bəzi kitablar dadına baxmaq, bəziləri ağızda çeynənmək, bəzilari də udmaq üçündür. Sən udulacaq kitablar oxu. Oxuyarsansa, zəngin bilik təcrübələrinin əmrində olduğunu görəcəksən. Qarşılaşa biləcəyin hər problemin həlli kitablarda var.

Sonda yazımı Peyğəmbərimizin (s.ə.s) elmə aid olan gözəl sözləri ilə tamamlayıram "Elm Çində də olsa gedib oxuyun”. "Alimin mürəkkəbi, şəhidin qanından üstündür”. "Alimin yuxusu, cahilin ibadətindən üstündür”. "Elm yolunda ölən şəhiddir”.



Загрузка...
Həmçinin oxuyun:
Kitab oxumaq sizə nələr qazandırır?

Kitab oxumaq sizə nələr qazandırır?

İldə 200 kitab oxumaq elə də çətin deyil

İldə 200 kitab oxumaq elə də çətin deyil

Kitab oxumağın bilinməyən faydası - alzheimerdən qoruyur

Kitab oxumağın bilinməyən faydası - alzheimerdən qoruyur

Uşaqlar üçün şəkilli, yoxsa şəkilsiz kitab alaq? - ARAŞDIRMA

Uşaqlar üçün şəkilli, yoxsa şəkilsiz kitab alaq? - ARAŞDIRMA

KİTAB oxumaq mədəniyyətdir ! Sizdə KİTAB OXUYUN !

KİTAB oxumaq mədəniyyətdir ! Sizdə KİTAB OXUYUN !

Vətəndaşları ən çox kitab oxuyan ölkələr bunlardır-ağlınıza gəlməz

Vətəndaşları ən çox kitab oxuyan ölkələr bunlardır-ağlınıza gəlməz

Ən sürətli kitab oxuyan dövlət xadimləri

Ən sürətli kitab oxuyan dövlət xadimləri

Kitab üzərindən açılan dünya...

Kitab üzərindən açılan dünya...

Metroda kitab oxuyanlara hədiyyə qazanmaq şansı -Bunu etsəniz...

Metroda kitab oxuyanlara hədiyyə qazanmaq şansı -Bunu etsəniz...

"Azərbaycanın təhsil mühiti kitab oxumur" - STATİSTİKA

"Azərbaycanın təhsil mühiti kitab oxumur" - STATİSTİKA

Uşağın tərbiyəsi haqqında kitab oxumağ lazımdır.

Uşağın tərbiyəsi haqqında kitab oxumağ lazımdır.

Cəmi 6 yaşında 10 aya min kitab oxuyan uşaq - VİDEO

Cəmi 6 yaşında 10 aya min kitab oxuyan uşaq - VİDEO

BİLİRSİNİZMİ ? Kitab oxumaq üzü gözəlləşdirir.

BİLİRSİNİZMİ ? Kitab oxumaq üzü gözəlləşdirir.

Riyaziyyat həvəskarları üçün “Natural və tam ədədlər” adlı  kitab  çap olundu

Riyaziyyat həvəskarları üçün “Natural və tam ədədlər” adlı kitab çap olundu

Qərb Universitetinin tələbələri “Açıq kitab” üsulu ilə imtahan veriblər +FOTOLAR

Qərb Universitetinin tələbələri “Açıq kitab” üsulu ilə imtahan veriblər +FOTOLAR

ADU-da kitab sərgisi açılıb

ADU-da kitab sərgisi açılıb

Məktəblərdə kitab təbliğatı keçirilib -FOTO

Məktəblərdə kitab təbliğatı keçirilib -FOTO

Bakı şəhəri  84 №-li nömrəli tam orta məktəbdə mütaliə vərdişlərinin inkişafı ilə bağlı sistemli iş aparılır

Bakı şəhəri 84 №-li nömrəli tam orta məktəbdə mütaliə vərdişlərinin inkişafı ilə bağlı sistemli iş aparılır

Cinlər tərəfindən yazılan kitab- Dünyada cəmi bir nüsxəsi var

Cinlər tərəfindən yazılan kitab- Dünyada cəmi bir nüsxəsi var

Beynəlxalq kitab sərgisində Azərbaycana qarşı təxribat - FOTO

Beynəlxalq kitab sərgisində Azərbaycana qarşı təxribat - FOTO

Kitabsızlar qorxuludur...

Kitabsızlar qorxuludur...

Məktəblilər üçün audio kitab və yeni jurnalın təqdimatı keçirilib

Məktəblilər üçün audio kitab və yeni jurnalın təqdimatı keçirilib

Bu universitetdə unikal imtahan modelləri tətbiq olunur

Bu universitetdə unikal imtahan modelləri tətbiq olunur

İxtisas seçimi edənlər üçün: Bu universitetdə imtahan formasını tələbələr müəyyən edir

İxtisas seçimi edənlər üçün: Bu universitetdə imtahan formasını tələbələr müəyyən edir