Məktəb direktorları təlim-tərbiyə prosesinə rəhbərlik edərkən 5 asas amilə diqqət etməsi çox vacibdir :
1.Məqsəd və ya hədəf ;
2.Planlaşdırma ;
3.Təşkilatlanma və hesabatlılıq ;
4.Fəaliyyətin idarə olunması ( və ya həyata keçirilməsi ) ;
5. Nəticənin təhlili ;
1.Məqsəd- istənilən fəaliyyətin həyata keçirilməsi üçünqarşəya qoyulmuş hədəfin və ya məqsədin olmaması ,bu fəaliyyətin niyə həyata keçirildiyini ortaya qoya bilmirsə bu zaman o məktəbdə istənilən fəaliyyət ( görülən işlər ) kor-koranə xarakter daşıyacaq ,onsuz da Nizamnaməsi olmayan mətəblərimizin idarə olunmasında və ya məktəbin nəticələrinin yaxşılaşdırılmasında ciddi çətinliklər yaradacaq.
2.Planlaşdırma- Bildiyiniz kimi planlaşdırmanın 3 növü var : strateji,perespektiv və cari . Strateji planlaşdırma əsasən tezis xarakterli olub yaxın 3,5 və ya daha artıq müddət üçün məktəbi hal-hazırda olduğu vəziyyətdən ,hansı səviyyəyə ( vəziyyətə) aparmaq ( qaldırmaq) məqsədi ilə hazırlanır.Çox təəsüflər ki ,bizdə məktəb direktorlarının rəhbərlik etdiyi məktəbin strateji planlaşdırması ilə bağlı təsəvvürləri çox azdır və ya yoxdur.( Bu məsənin obyektiv və subyektiv səbəbləri vardır ) .Perespektiv planlaşdırma bir iş ili ( bizdə tədris ili ) üçün hazırlanan planlaşdırmadır ki, biz buna illik planlaşdırma da deyirik və mövcud tədris ili üçün qarşıda ( perespektivdə ) duran vəzifələri özündə əks etdirir və strateji planlaşdırmanın bir hissəsidir. Perespektiv planlaşdırmanın strateji planlaşdırmadan fərqi odur ki ,biz perespektiv ( illik Fəaliyyət Planı dediyimiz ) planlaşdırmada biz həmdə Tədbirlər Planı da hazırlayırıq. Yəni bu planlaşdırmada qarşıya qoyduğumuz vəzifələri həyata keçirdərkən hansı tədbirləri ( fəaliyyətləri ) həyata keçirdəcəyik deyə planlaşdırırq.Perespektiv planlaşdırmanı məktəb direktoru müavinlərlə birlikdə hazırlayır ( R(Ş)TŞ-lərin həmin tədris ilinə görə Fəaliyyət ( Perespektiv və ya illik ) Planı nəzərə alınır. Plan Pedaqoji Şurada qəbul olunur və məktəb direktorunun əmri ilə təsdiq olunduqdan sonra qüvvəyə minir. Maraqlıdır ki, əksər hallarda sosial şəbəkə üzərindən müavinlər və digər məktəb işçiləri Fəaliyyət( illik ) Planı istəyirlər və hər dəfə izah etməyimizə baxmayaraq ki , buradan bir də qeyr etməyi lazım bildim :
1.Ümumi təhsil məktəbində məktəb direktorunun fərdi Fəaliyyət Planı olmur. Məktəbin Perespektiv Planı həm də elə direktorun planıdır və həmin planın həyata keçirilməsinə məktəb direktoru məsuliyyət daşıyır.
2. Məktəbdə istərsə müavinlərin , istərsədə digər rəhbər işçilərin fərdi illik planları məhz məktəbin İllik Planınında onlarla bağlı olan məsələlərin çıxarışıdır. Əgər məktəbin İllik Planı yoxdursa demək ki , o məktəbdə heç kimin planı yoxdur.
3. Əgər bir müavin və ya UBTR ( digərləri ) düşünürlərsə ki , mənim hansısa bir sənədim formal da olsa kağız kimi stolumun üstündə olsun , məktəbin olmasa da olar , elə isə məktəblərimizin kimlər tərəfindən idarə olunmasını təsəvvür etmək çətin deyil.
3. Təşkilatlanma və hesabatlılıq - Perepektiv Planda nzərdə tutulan fəaliyyətlərin həyata keçirilməsi üçün işçi qruplar , komissiyalar yaradılmalıdır. Bu komissiyalar məktəb direktorunun əmri ilə rəsmiləşdirilməli ,həmin komissiyaların və ya işçi qrupun dövrü olaraq Direktoryanı Müşavrələrdə və Pedaqoji Şuranın iclaslarında hesabatlılıq təşkil olunlalıdır. Əgər təşkilatlanma hesabatlılıqla davam etmirsə orada fəaliyyətin sona qədər həyata keçirtmək və ya məqsəd və hədəfə çatmaq mümkün olmayacaq.Təkrarən qeyd edim ki,məktəbdə fəaliyyətin həyata keçirilməsi zamanı təşkilatlanma hesabatlılıqla paralel təşkil olunmalıdır.
4.Fəaliyyətin idarə olunması ( və ya həyata keçirilməsi ) - bu mərələdə nəzərdə tutduğumuz məqsəd və ya hədəfə çatmaq üçün , planlaşdırdığımız işləri həyata keçirtmək üçün Tədbirlər Planınımızın olması şərtdir. Tədbirlər Planı məktəbin Perespektiv ( Fəaliyyət və ya illik ) Planına uyğun olarq məktəb direktoru tərəfindən , direktor müavinləri , metodbirləşmə rəhbərləri və məktəbin qabaqcıl müəllimləri ilə birlikdə hazırlanır , FP Pedaqoji Şuranın ilk iclasında qəbul edilir və məktəb direktorunun əmri ilə təsdiq olunur.İl boyu həayat keçirilən bu tədbirlər məktəbin sossial şəbəkə hesabı və ya saytı üzərindən işiqlandırılır,həmçinin müvafiq qaydada pratakollaşdırılır. Çox təəsüf olsun ki, bizdə hamı formal olaraq Fəaliyyət Planını axtarır , amma heç kim ,Tədbirlər Planı ,onun həyata keçirilməsi barədə düşünmürük.
5. Nəticənin təhlili -bütün hallarda Məktəbdaxili Nəzarət vasitəsi ilə əldə olunmuş nəticələr təhlil olunmalıdır. Belə təhlillər istənilən halda Direktoryanı Müşavirələr və Pedaqoji Şuranın iclasları vasitəsi ilə kollektivlə tanış edilməlidir.
Ümumi təhsil məktəblərinin idarə edilməsində səmərəliliyi artırmaq , qarşıya qoyduğumuz hədəflərə çatmaq üçün bəhs etdiyimiz istiqamətlərdə işi qura bilsək ( əslində bu elə də çətin deyil ) , hər birimiz məktəb direktoru olaraq öz məktəb modelimizə doğru istiqamət almış olarıq .