Peşə Təhsili Alanlar Rahatlıqla İş Tapa Bilir
Peşə Təhsili Alanlar Rahatlıqla İş Tapa Bilir
Peşə məktəblərində təhsil almaq istəyən tələbələrin sayı artır. Çünki ali təhsilini bitirən tələbələr iş tapmaqda çətinlik çəkirlər. Lakin peşə təhsilində vəziyyət tam əksinədir.
Gənclər 4 il universitet oxumağı vaxt itkisi kimi görməyə başlayıblar.
Təhsilin idarə olunması üzrə mütəxəssis Qoşqar Məhərrəmov vurğulayıb ki, peşə məktəblərinə tələbatın çoxalması, əslində müsbət bir haldır:
Çünki şagirdlər əmək bazarına nə qədər erkən daxil olub, vergi ödəyən bir vətəndaş olsalar, bu, ölkə üçün daha yaxşıdır.
Ali məktəblər əmək bazarı ilə daha sıx münasibətdə olub, bazarın tələb etdiyi, istədiyi kadr yetişdirməlidir. Qısaca desək, universitetlər bilməlidir ki, əmək bazarı üçün insan hazırlayır.