AzTehsil.com


Xəbərlər / Müəllim
01 may 2020
1 960


Repetitorlar danışdılar: “Vergi ödəməyimiz yaxşıdır, lakin…”-MÜZAKİRƏ



Repetitorlar danışdılar: “Vergi ödəməyimiz yaxşıdır, lakin…”-MÜZAKİRƏ

 

Nazirlər Kabineti yanında Operativ Qərargahın verdiyi qərara görə ,  aprelin 27-dən etibarən fəaliyyəti bərpa olunan iş və xidmət sahələrində fərdi tədris və repetitor xidmətləri də var.

Ancaq bir şərtlə ki, repetitor qrup halında məşğələlər aparmasın. Sonradan KİV vasitəsilə verilən məlumata görə isə məşğələlərdə 10 nəfər ola bilər.

Bəs bu qərarı müəllimlərimiz necə qiymətləndirir? Doğrudan da onların fəaliyyətlərini bərpa etməsinə şərait yaradılıbmı?

Müəllimlər ilə keçirdiyimiz  sorğuda  məhz bu sualımıza cavab tapmağa çalışmışıq.

Göygöl rayon Çaylı kənd orta məktəbinin dil və ədəbiyyat müəllimi Səltənət Qurbanova  bu qərarın müsbət, hətta çoxdan verilməli bir qərar olduğunu düşünür:

"Təhsil aldıqları məktəbdə yiyələndikləri biliklə kifayətlənməyib,  repetitordan dərs almaqla ali məktəblərə qəbul imtahanlarına hazırlaşanların sayı təkcə bizim ölkəmizdə deyil, dünyanın əksər ölkələrində artmaqdadır. Son illərdə repetitorluq intensiv xarakter alıb və artıq bunun qarşısını almaq üçün müəyyən addımlar atılmağa başlanılıb deyə düşünürəm. Amma bir gerçəyi də qəbul edək ki, repetitorluq təhsilin səviyyəsini yüksəldir. Sadəcə olaraq müəllimlər və valideynlər qəbul etməlidilər ki, repetitorluq dərsdənkənar həyata keçirilməlidir.

Yaxın günlərdə repetitorluq fəaliyyəti ilə bağlı verilmiş qərar, məncə, çoxdan həyata keçirilməli idi. Ona görə ki, repetitorluq məktəbdə verilən təhsilə mane olmamalı, şagirdlər yalnız dərsdən sonra qəbul edilməli, hansı fəndən ehtiyac varsa, ona əlavə kömək olunmalıdır.

Buna görə də repetitorluq fəaliyyətinin həm müsbət, həm də mənfi tərəfləri var. Müsbət tərəfi odur ki, uşaqlar daha çox bilik qazanırlar  və ya qazanmış olduqları biliyi daha da təkmilləşdirirlər. Mənfi tərəfi isə onlar orta ümumtəhsil məktəbindən yayınırlar. Yəni, məktəbə inam azalır. Ona görə də məktəb müəllimləri repetitorlar var deyə arxayınlaşmamalı, hər bir müəllim şagirdinə yüksək təhsili ilk öncə məktəbdə verməlidir.

Mənim fikrimcə, bu tək bu gün üçün deyil, gələcək üçün də düşünülərək verilmiş bir qərardır. Bəzi müəllimlər yanlış olaraq narahatdırlar. Amma bilməlidirlər ki, bu qərarın gələcək üçün faydası çoxdur. Bankdan kredit götürən zaman və ya təqaüdə çıxanda ödədiyimiz vəsaitlər bizə fayda gətirəcək. Nəzərə alsaq ki, bu gün xidmət göstərən və gəlir əldə edən hər bir şəxs vergi ödəyir, deməli, repetitorun vergi ödəməsi də qeyri-adi hal deyil”.

Lənkəran rayon Türkləncil kənd ümumi orta məktəbin  coğrafiya müəllimi Faiq Şıxəlizadənin fikrincə, qərar onlayn imkanları olmayan şagirdlər üçün müəyyən fürsətlər yaratsa da, müəllimlər üçün vaxt itkisinə səbəb olacaq:

"Düşünürəm ki müəyyən qədər onlayn imkanları olmayan şagirdlər və müəllimlər üçün xeyirli olar. Amma ümumi olaraq,  gözlənilən nəticəni və  əvvəlki ilkin vəziyyəti yarada bilmir.  Çünki müəllim bir otaqda indi təxminən 8-9 nəfər yığacaq və hazırlıq qrupu 2 hissəyə ayrılacaq. Nəticədə müəllim üçün vaxt itkisi yaranacaq. Müəllim tanıyıram ki, şagirdləri çağırmağa ehtiyat edir. Ya şagirdlərdən ona yaxud şagirddən şagirdə virus  keçsə, hətta ehtimalı olsa, yenə böyük məsuliyyətdir.

İş yerim yaşadığım kənddən uzaq olduğu üçün və orda internet olmadığı üçün şagirdlərə hazırda  hazırlıq keçmirəm. Öz  kəndimizdə və qonşu kənddə 1-2 nəfər yaxın şagirdə ödənişsiz  hazırlıq  keçirəm”.

Tovuz rayon Göyəbaxan kənd orta məktəbinin dil və ədəbiyyat müəllimi Orxan Əhmədov isə bu qərarın sadəcə repetitorları vergiyə cəlb etməyin bir yolu olduğunu qeyd edib:

"Nazirlər Kabinetinin yanında yaradılan Operativ Qərargahın qəbul etdiyi qərara əsasən, 27 aprel 2020-ci il tarixindən fərdi tədris və repetitor xidmətləri ( qrup halında məşğələlər istisna olunur) bərpa olunub. Burda diqqəti çəkən bir məqam var. Səhiyyə Nazirinin müavini Vitali Qasımov bildirib ki, "10 nəfərə qədər ola bilər" . Yəni 10 nəfər qrup sayılmırmı? Kiçik və böyük qruplar var. Onları isə Elçin Əfəndi  doğru şəkildə öz müsahibəsində qeyd edib. Verilən qərar repetitorluqla məşğul olan müəllimləri vergi ödəməyə çağırış xarakteri daşıyır. Çünki dövrümüzdə müddətli və müddətsiz müqavilə ilə işləyən müəllimlər, taksi sürücüləri, gözəllik və kişi salonları və s. vergi ödəyir. Amma fərdi və ya repetitorluqla məşğul olan müəllimlər (çox hissəsi) vergi ödəmir. Müəllim repetitor kimi fəaliyyət göstərirsə vergi ödəməlidir-deyə düşüncəsindən irəli gələn qərardır.

Qısası, əgər hansısa müəllim repetitor kimi fəaliyyət göstərmək istəyirsə, "icaze.e-gov.az" portalından qeydiyyatdan keçməlidir. Əgər qeydiyyatı yoxdursa, karantin dövründə fəaliyyət göstərə bilməz. Düşünürəm ki, repetitorluq fəaliyyətinə real davam edə bilən müəllim onlayn olaraq da hazırlıqlarına davam edə bilər. Bu zaman isə vergi ödəməz və cərimə edilməz.

Əsas sağlamlıqdır. Sağlamlığımızın qədrini bilək.  Fikrimcə, rəsmi icazə verilsə də vəziyyət tam düzələnə qədər onlayn dərslərlə davam edilməlidir”.

Gədəbəy rayon Qızılqaya kənd ümumiorta məktəbin coğrafiya müəllimi Tural Topçuyev isə məktəblərin açılmadığı təqdirdə, fərdi repetitorların fəaliyyətinə icazə verilməsini düzgün hesab etmir.

"Ümumiyyətlə, ölkədə kurs, hazırlıq sistemi təhsilimizə bir "travma”dır. Mən özüm də repetitorluqla məşğul oluram. Yəni repetitor-müəllim kimi bunu qeyd edirəm ki, insan həyatının əsas yaddaqalan məqamı məktəb illəridir.  Son illər şagirdlərin yetkinlik dövründə, dolayısıyla 9, 10, 11-ci siniflərdə məktəb sistemi tamamilə çökür.  Biz nə qədər qadağalar tətbiq etsək də, şagirdlər məktəbdən yayınmağa çalışırlar. 

Repetitorluqla bağlı ümumi bir qərara gəlinsə, mən bu fəaliyyətin olmamasının tərafdarıyam.

Həm də diqqət etsək, 90 faiz repetitor dövlətə və sosial müdafiə fonduna vergi ödəmir. Bunla bağlı dövlət nəzarəti də yoxdur. 

Birmənalı olaraq, kurs sistemi elə təşkil olunmalıdır ki, dövlətin icazəsi ilə rəsmi sənədi də onlar versin, yəni şagird məktəbdə yox, orda oxusun, yekun qiymətləndirmə sənədini alsın. İndiki vəziyyətdə şagirdin sadəcə məktəbdə "adı gedir”. Məktəb sadəcə attestat vermək üçün bazadır.   Şagird  attestatı məktəbdən alacaq, kursda hazırlaşacaq və gedib universitetlərə qəbul olacaq.  Belə bir gedişat, psixologiya formalaşıb. 

Son qərarla da, ümumiyyətlə, razı deyiləm. Məktəblər açılmayıbsa, heç bir müəllimə dərs keçmək üçün icazə də verilməməli idi.   Artıq çaşqınlıq yaradır. Kurslar ,  təhsil məkrəzləri məktəblər açılmır, amma fərdi repetitorluqla məşğul olan müəllimlərin yanına 10 nəfər şagird gedə bilir. Bu nə dərəcədə düzgündür?.

Ümumiyyətlə, sonda onu qeyd edim ki, istər televiziya, istər sosial şəbəkələr vasitəsilə kurslar, təhsil mərkəzləri barədə müzakirələr aparılmalı, yekun qərar verilməlidir, yoxsa Azərbaycanda təhsil sistemini düzəltmək mümkün olmayacaq.  Son illər qəbul olan yüksək ballı tələbələr də "sovet təhsil sisteminin qalıqları” idi. Statistikalara bundan sonra nəzarət etsək, qəbulun, dolayısıyla təhsilin səviyyəsinin  aşağı düşməsini görərik. Çünki repetitorlar, təhsil mərkəzləri birmənalı olaraq orta məktəbə zərbə vururlar”.  azedu.az 



Загрузка...
Həmçinin oxuyun:
Repetitorlar Azərbaycanda təhsilinin bəlasına çevrilib - Günün problemi

Repetitorlar Azərbaycanda təhsilinin bəlasına çevrilib - Günün problemi

Müəllimlər hər ay bu qədər pul ödəməli olacaqlar - Sadə dildə izah

Müəllimlər hər ay bu qədər pul ödəməli olacaqlar - Sadə dildə izah

Elçin Əfəndi: Repetitorlar bu sayt  vasitəsilə qeydiyyatdan keçməlidir

Elçin Əfəndi: Repetitorlar bu sayt vasitəsilə qeydiyyatdan keçməlidir

Bu gündən repetitorlar fəaliyyəti davam etdirə biləcəklər-NECƏ ?

Bu gündən repetitorlar fəaliyyəti davam etdirə biləcəklər-NECƏ ?

Repetitorlar VÖEN-i belə almalıdır - Qaydalar açıqlandı

Repetitorlar VÖEN-i belə almalıdır - Qaydalar açıqlandı

Müəllimlərin əlavə qazanc yeri - Ali məktəbə hazırlıq neçəyə başa gəlir?

Müəllimlərin əlavə qazanc yeri - Ali məktəbə hazırlıq neçəyə başa gəlir?

“Müəllim, şagird məktəbə qaytarılmalı və…”

“Müəllim, şagird məktəbə qaytarılmalı və…”

“Müəllimlər bəzən, şagirdlərdən pul yığmaqda bəlkə də  haqlıdırlar” - SORĞU

“Müəllimlər bəzən, şagirdlərdən pul yığmaqda bəlkə də haqlıdırlar” - SORĞU

Uğursuz nəticə niyə repetitor tənqidinə çevrilmir? – Birmənalı olmayan münasibət

Uğursuz nəticə niyə repetitor tənqidinə çevrilmir? – Birmənalı olmayan münasibət

Repetitor müəllimlər aylıq dərs ödənişlərini niyə endirmədilər?! - PROBLEM

Repetitor müəllimlər aylıq dərs ödənişlərini niyə endirmədilər?! - PROBLEM

Repititorluqla məşğul olmaq üçün vergi ödəyəcəksiniz...repititorlara bəd xəbər

Repititorluqla məşğul olmaq üçün vergi ödəyəcəksiniz...repititorlara bəd xəbər

“Müəllimlərin maaşı qaldırılmalıdır!” - TƏKLİF

“Müəllimlərin maaşı qaldırılmalıdır!” - TƏKLİF

Orta məktəblər hansı yolla  alternativ pul qazana bilərlər? – “Əgər bunlara əməl etsələr...”

Orta məktəblər hansı yolla alternativ pul qazana bilərlər? – “Əgər bunlara əməl etsələr...”

Evlərdə repetitorluq xidmətləri qadağan olundu

Evlərdə repetitorluq xidmətləri qadağan olundu

"Abituriyentin tədrisi mənimsəmə bacarığı yoxdursa, repetitor nə edə bilər ki!”

"Abituriyentin tədrisi mənimsəmə bacarığı yoxdursa, repetitor nə edə bilər ki!”

Həm əylənib, həm də 700 bal toplamaq mümkündürmü?

Həm əylənib, həm də 700 bal toplamaq mümkündürmü?

Əvvəlki illərin məzunları ali məktəblərə necə imtahan verəcəklər?- Hamı niyə narahatdır?

Əvvəlki illərin məzunları ali məktəblərə necə imtahan verəcəklər?- Hamı niyə narahatdır?

Evdə təhsil sistemi- Azərbaycanda da mümkünmü?

Evdə təhsil sistemi- Azərbaycanda da mümkünmü?

"Şounun əməkdar artistini tanıyırıq, amma əməkdar müəllimi tanımırıq"

"Şounun əməkdar artistini tanıyırıq, amma əməkdar müəllimi tanımırıq"

Repetitorlar bu məsələyə diqqət etməlidir – VİDEO

Repetitorlar bu məsələyə diqqət etməlidir – VİDEO

Abituriyentlərə şad xəbər - müəllim yanına getməyə icazə verildi

Abituriyentlərə şad xəbər - müəllim yanına getməyə icazə verildi

"Repetitorluq təhsili içərisindən yeyir və xeyli fəsadların səbəbidir..." - Ekspert

"Repetitorluq təhsili içərisindən yeyir və xeyli fəsadların səbəbidir..." - Ekspert

Bu gündən bəzi xidmət sahələrində iş bərpa olunur - SİYAHI

Bu gündən bəzi xidmət sahələrində iş bərpa olunur - SİYAHI

Repetitor biznesi: 2000 manat xərc və məktəblərin adlarına yazılan "uğurlar"

Repetitor biznesi: 2000 manat xərc və məktəblərin adlarına yazılan "uğurlar"