AzTehsil.com

İlk peşə təhsili / Qabaqcıl təcrübə / Pedaqoji nəşrlər
26 mart 2025
313

Peşə təhsili ali məktəbləri kölgədə qoyacaq?



Sənət öyrənənlər artır! - Peşə təhsili ali məktəbləri kölgədə qoyacaq?

Müşahidələrə əsasən hər il peşə məktəblərində təhsil almaq istəyən tələbələrin sayı artır. Bir çoxları düşünür ki, peşə təhsilinə marağın bu qədər yüksəlməsi ali təhsil müəssisələrini bir qədər narahat etməlidir.Çünki ali təhsilini bitirən tələbələr iş tapmaqda çətinlik çəkirlər. Lakin peşə təhsilində vəziyyət tam əksinədir. Hansısa sahə üzrə peşəkarlaşan tələbələr rahat şəkildə əmək fəaliyyəti ilə məşğul ola bilirlər. Bu səbəbdən, gənclər 4 il universitet oxumağı vaxt itkisi kimi görməyə başlayıblar.

Peşə təhsilinin önə çıxdığı bir dönəmdə ali təhsil müəssisələri öz prestij və cazibədarlıqlarını artırmaq üçün hansı addımlar atmalıdırlar?

AzTehsil.com xəbər verir ki, mövzu ilə bağlı açıqlama verən təhsilin idarə olunması üzrə mütəxəssis Qoşqar Məhərrəmov vurğulayıb ki, peşə məktəblərinə tələbatın çoxalması, əslində müsbət bir haldır:

“Çünki şagirdlər əmək bazarına nə qədər erkən daxil olub, vergi ödəyən bir vətəndaş olsalar, bu, ölkə üçün daha yaxşıdır. Sənayənin inkişaf etdiyi ölkələrdə peşə təhsili çox rəğbət qazanan sahədir. Nəzər yetirsək, görərik ki, Amerika və Almaniyada ali təhsilə yönəlim , Azərbaycana nisbətən daha azdır. Ölkəmizdə kütləvi olaraq hamı ali məktəblərə qəbul olmaq istəyir. Amma məzun olduqdan sonra iş tapmaqda xeyli çətinlik çəkirlər. Ona görə də ixtisas qazandıran peşə məktəblərinin seçilməsi daha rasional qərardır. Bu qərarı fərdi olaraq çox dəstəkləyirəm”.


Mütəxəssis mövcud vəziyyəti yaxşılaşdırmaq üçün ali məktəblərin görməli olduğu islahatlardan söz açıb:


 “Ali təhsilə gəldikdə isə, əlbəttə, onlar peşə məktəblərinə uduzmamaq üçün bir sıra işlər görməlidir. Burada əsas istiqamət peşə yönümlülüyü artırmaq olmalıdır. Ali məktəblər əmək bazarı ilə daha sıx münasibətdə olub, bazarın tələb etdiyi, istədiyi kadr yetişdirməlidir. Qısaca desək, universitetlər bilməlidir ki, əmək bazarı üçün insan hazırlayır. Ümumiyyətlə, ali təhsil müəssisələrində təcrübə dövrünün uzun olması daha məqsədəuyğundur. Kadrları sənayedən seçməlidirlər. Beləcə, əmək bazarının ehtiyacını qarşılaya biləcək insanlar yetişəcək. Tələbələr də görəcək ki, ali məktəblər peşə məktəblərindən daha yuxarı səviyyəli texniki işçi ərsəyə gətirir”.

Q. Məhərrəmov qeyd edib ki, ali təhsil müəssisələri tələbələrə yalnız peşə qazandırmaqla kifayətlənməməlidir:

“Eyni zamanda, onlara təşəbbüskarlıq, “start-up” düşüncəsi və s. kimi məsələləri də izah etməlidirlər. Çünki artıq məzunların bir çoxu iş axtarmır, iş qurur. Ona görə də iş qurma mədəniyyəti, təfəkkürü, biznes və s. bu kimi məsələlər mütləq şəkildə tələbələrimizə aşılanmalıdır ki, onlar peşə məktəblərinin məzunlarından bir səviyyə üstə olsunlar. Yoxsa, heç kim 4 il ali məktəbdə təhsil almaq istəməyəcək".



Həmçinin oxuyun:
Əlavə təhsilin məzmunu, təşkili və əlavə təhsilin hər hansı istiqaməti üzrə təhsil almış şəxslərə müvafiq sənədin verilməsi

Əlavə təhsilin məzmunu, təşkili və əlavə təhsilin hər hansı istiqaməti üzrə təhsil almış şəxslərə müvafiq sənədin verilməsi

Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası

Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası

Təhsilin inkişaf strategiyası: nailiyyətlər və əsas hədəflər - Nazir YAZDI

Təhsilin inkişaf strategiyası: nailiyyətlər və əsas hədəflər - Nazir YAZDI

"Təhsildə yeni keyfiyyət mərhələsi başlayır"  Azərbaycan Respublikasının Təhsil Naziri Mikayıl Cabbarovun “Azərbaycan” qəzetinə müsahibəsi

"Təhsildə yeni keyfiyyət mərhələsi başlayır" Azərbaycan Respublikasının Təhsil Naziri Mikayıl Cabbarovun “Azərbaycan” qəzetinə müsahibəsi

Görülən tədbirlərin nəticəsi həm kəmiyyətdə, həm də keyfiyyətdə özünü göstərib

Görülən tədbirlərin nəticəsi həm kəmiyyətdə, həm də keyfiyyətdə özünü göstərib

Ümumtəhsil internat məktəblərinin nümunəvi Əsasnaməsi NK-nin 5 may 1994-cü il tarixli, 176 №-li qərarı

Ümumtəhsil internat məktəblərinin nümunəvi Əsasnaməsi NK-nin 5 may 1994-cü il tarixli, 176 №-li qərarı

"Məcburi köçkün məktəblərinə yerdəyişmə avqustun 26-dan etibarən mümkün olacaq"

"Məcburi köçkün məktəblərinə yerdəyişmə avqustun 26-dan etibarən mümkün olacaq"

Pedaqoji Lüğət

Pedaqoji Lüğət

“Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası”  2017

“Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası” 2017

Peşə məktəbindən universitetə açılan qapı

Peşə məktəbindən universitetə açılan qapı

İlham Əhmədov: "Hər bir ölkənin gələcəyi o ölkə insanlarının alacağı təhsilə bağlıdır"

İlham Əhmədov: "Hər bir ölkənin gələcəyi o ölkə insanlarının alacağı təhsilə bağlıdır"

ÜMUMİ TƏHSİL MÜƏSSİSƏLƏRİNİN MÜƏLLİMLƏRİ ÜÇÜN İXTİSASARTIRMA TƏHSİLİNİN KURİKULUM ÇƏRÇİVƏSİ

ÜMUMİ TƏHSİL MÜƏSSİSƏLƏRİNİN MÜƏLLİMLƏRİ ÜÇÜN İXTİSASARTIRMA TƏHSİLİNİN KURİKULUM ÇƏRÇİVƏSİ

Çox maraqlı və zəngin təhsil yolu.

Çox maraqlı və zəngin təhsil yolu.

Ən çox soruşulan 34 SUALA CAVABLAR....

Ən çox soruşulan 34 SUALA CAVABLAR....

Bakı təhsili: təqvim ilinin təhsil mənzərəsi

Bakı təhsili: təqvim ilinin təhsil mənzərəsi

Uğurlu təhsil islahatlarının banisi

Uğurlu təhsil islahatlarının banisi

Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

Ümumtəhsil  müəssisələrində  işəgötürənlə  pedaqoji işçilər arasında əmək  müqaviləsinin bağlanmasına dair  T Ö V S İ Y Ə L Ə R

Ümumtəhsil müəssisələrində işəgötürənlə pedaqoji işçilər arasında əmək müqaviləsinin bağlanmasına dair T Ö V S İ Y Ə L Ə R

Məktəb direktorları üçün müsahibə sualları

Məktəb direktorları üçün müsahibə sualları

Distant təhsilə doğru ilk addımlar

Distant təhsilə doğru ilk addımlar

Paytaxt təhsili 2021-ci təqvim ilində

Paytaxt təhsili 2021-ci təqvim ilində

Ənənəvi və interaktiv təlim metodlarının müqayisəli təhlili

Ənənəvi və interaktiv təlim metodlarının müqayisəli təhlili

Valideynləri təhsil prosesinə cəlb etmək üçün intensiv işlər görülür

Valideynləri təhsil prosesinə cəlb etmək üçün intensiv işlər görülür

Səriştələrin tanınması peşə təhsilinə yanaşmanı dəyişəcək

Səriştələrin tanınması peşə təhsilinə yanaşmanı dəyişəcək