AzTehsil.com


H/N sənədlər
30 may 2016
8 963


Əmək hüququnun predmeti, mənbələri və əmək müqaviləsi. İş vaxtinin anlayışı və növləri



Əmək hüququnun predmeti, mənbələri və əmək müqaviləsi. İş vaxtinin anlayışı və növləri
Əmək hüququnun predmeti, mənbələri və əmək müqaviləsi. İş vaxtinin anlayışı və növləri
Uzun illərdən bəri mövcud elmi təsəvvürlərə görə hüququn subyektləri dedikdə, adətən, hüquqla tənzimlənən ictimai münasibətlərin (hüquq münasibətlərinin) iştirakçıları başa düşülür. Hüququn subyektləri müvafiq hüquqlara, vəzifələrə malikdir, habelə qanunla müəyyən edilmiş qaydada hüquqi məsuliyyət daşıyır.
Əmək hüququnun subyekti olmaq üçün yalnız vətəndaşın deyil, həm də əmək hüququ münasibətlərinin digər iştirakçılarının (məsələn, işəgötürənin) da əmək hüquq subyektliyinə malik olması lazımdır.
Əmək münasibətləri fiziki şəxsin (vətəndaşın) işəgötürənlə bağlanmış əmək müqaviləsi əsasında işçi qismində özünün əmək qabiliyyətini realizə etməsi ilə bağlı olan işin yerinə yetirilməsi zamanı əmələ gəlir.
Əmək hüququnun bütün subyektləri əmək sahəsində müəyyən hüquqi statusa malik olan, müvafiq əmək hüquq və vəzifələrinin daşıyıcılarıdır.
Əmək hüququ subyektinin hüquqi statusu onun həmin subyekt kimi əmək qanunvericiliyi ilə təsbit olunmuş əsas hüquqi vəziyyətinə deyilir. 
Deyilənləri ümumiləşdirərək belə bir qənaətə gəlirik ki, əmək hüququnun subyekti - əmək münasibətlərinin və onlarla bilavasitə bağlı olan digər münasibətlərin hüquqi statusa (o cümlədən, əmək hüquq subyektliyinə) malik və subyektiv əmək hüquq və vəzifələrini şəxsən, yaxud qanunvericiliyin yol verdiyi hallarda nümayəndə vasitəsi ilə həyata keçirən tərəfdir.
Əmək hüququnun subyektlərinə tərif verməmişdən öncə "əmək hüququnun subyektləri” və "əmək hüquq münasibətinin subyektləri” anlayışları dəqiq surətdə fərqləndirilməlidir. Əmək hüququnun subyektləri dedikdə, adətən, əmək hüquq münasibətlərinin və onlarla bilavasitə sıx bağlı olan digər hüquq münasibətlərinin potensial iştirakçıları başa düşülür.Əmək hüquq münasibətinin subyektləri isə bu bu hüquq münasibətinin real iştirakçılarıdır. Göründüyü kimi, əmək hüququnun subyektlərinin anlayışı əmək hüquq münasibətinin subyektlərinin anlayışından daha genişdir.
Başqa sözlə desək, əmək hüququnun subyektləri həmişə əmək hüquq münasibətinin subyektləri qismində çıxış etmir, əmək hüquq münasibətinin subyektləri isə həmişə əmək hüququnun subyektləri olacaqdır.
Əmək hüququ ədəbiyyatında və nəzəriyyəsində əmək hüququnun subyektlərinin anlayışının müxtəlif tərifləri mövcuddur. Belə ki, akademik K.N.Qusov və prof. V.N.Tolkunova hesab edirlər ki, əmək hüququnun subyektləri qismində "əmək münasibətlərinin və onlarla bilavasitə bağlı olan digər münasibətlərin əmək hüquq subyektliyinə malik olan tərəfləri çıxış edirlər.  Prof. M.V.Molodtsov göstərir ki, əmək hüququnun subyekti "əmək hüququnun predmetini təşkil edən əmək münasibətlərinin və onlarla bilavasitə bağlı olan münasibətlərin əmək hüququ subyektliyinə malik iştirakçısıdır (tərəfidir).  Ədəbiyyatda digər fikirlər də mövcuddur. Fikrimizcə, əmək hüququ sahəsində "əmək münasibətlərinin və onlarla bilavasitə bağlı olan digər münasibətlərin tərəfi” və "əmək münasibətinin və onlarla bilavasitə bağlı olan digər münasibətlərin iştirakçısı” kimi hüquqi kateqoriyaları fərqləndirmək zəruridir. Müvafiq münasibətlərin tərəfi öz adından müəyyən hüquq və vəzifələr əldə edən, hüquqi təminatlara malik olan və qanunla nəzərdə tutulmuş məsuliyyəti müstəqil surətdə daşıyan şəxsdir. İştirakçı isə həmin münasibətlərdə məhz iştirak mənafeləri naminə fəaliyyət göstərir.
Şübhəsiz, əmək hüququnun predmetini təşkil edən bəzi münasibətlərdə iştirakçı və tərəf eyni bir şəxsdə üst-üstə düşür. Məsələn, işçi əmək münasibətlərinin həm tərəfi, həm də iştirakçısıdır. Əmək hüququ sahəsinin bəzi münasibətlərində iştirakçılar və tərəflər üst-üstə düşməyə bilər. Məsələn, kollektiv danışıqların aparılması və kollektiv müqavilənin bağlanması üzrə münasibətlərin tərəfləri və iştirakçıları üst-üstə düşmür. Məsələn, kollektiv müqavilənin tərəfləri işəgötürən və həmkarlar ittifaqı təşkilatı olduğu halda, kollektiv danışıqların aparılması üzrə münasibətlərin iştirakçıları isə tərəflərin nümayəndələri, məsləhətçi, barışdırıcı, vasitəçi, mütəxəssis, arbitr və tərəflərin müəyyən etdiyi digər şəxslərdir.Beləliklə, bu və ya digər təşkilatı əmək hüququnun subyekti qismində tanıyarkən, dövlət ən azı ona həmin təşkilatın əmək hüquq münasibətinin subyekti kimi çıxış edə bilməsi üçün zəruri olan hüquqlar verir.
İşəgötürən əmək hüququnun predmetini təşkil edən və əmək hüququ sahəsinə daxil olan bir sıra hüquq münasibətlərinin iştirakçısıdır.Əmək müqaviləsinin tərəfi olaraq, işəgötürən əmək hüququnun özəyini təşkil edən başlıca hüquq münasibətinin - əmək hüquq münasibətinin məcburi iştirakçısı qismində çıxış edir. Əmək münasibətlərinin yaranmasının əsaslarından biri kimi əmək müqaviləsinin tərəfləri əmək hüquq münasibətinin subyektləri olduğundan onlar müvafiq surətdə əmək hüququnun subyektləri kimi tanınır. BƏT-in 1919-cu ildə qəbul olunmuş nizamnaməsində və qüvvədə olan,həmçinin yeni qəbul edilən konvensiyalarında və tövsiyələrində işçi-sahibkar terminlərindən istifadə olunur. Əmək hüququ sahəsinə aid olan muzdlu əməyin idarə və istifadə olunmasında müstəqil mənaya malik bu termin əmək qanunvericiliyi çərçivəsində xüsusiləşmə tələb edirdi. RSFSR-in 1922-ci il ƏQM-si "müəssisələri, idarələri, təsərrüfatları”, eləcə də " haqq müqabilində özgəsinin əməyini tətbiq edən bütün şəxsləri” əhatə edən "işəgötürən” anlayışını daxil etdi. Sonralar qanunverici ümumiləşdirici "işəgötürən” adından imtina edərək, "müəssisənin, təşkilatın, idarənin müdiriyyəti”, yaxud sadəcə "müəssisələr, təşkilatlar, idarələr” anlayışını tətbiq etdi.
"İşəgötürən” termini AR ƏQM-in 15-ci "Əmək müqaviləsinin tərəfləri və məzmunu” maddəsində dəyişikliklərin edildiyi 8 aprel 1998-ci il tarixli Qanunda normativ təsbitini tapdı. Bu dəyişikliklərin edilməsi və "işəgötürən” analyışının leqallaşdırılması onun rəsmən qəbul edilməsindən xeyli əvvəl bir çox alimlər tərəfindən tətbiq olunurdu. Belə ki, əmək müqaviləsinin tərəflərinin adının dəyişdirilməsinin ("işçi”, "işəgötürən”) zəruriliyi haqqında təkliflər professor K.N.Qusovun elmi əsərlərində əksini tapmışdır. O, əmək münasibətinə  işçi ilə işəgötürənin işçinin əmək qabiliyyətindən, yəni onun iş qüvvəsindən konkret əməyin təşkili üzrə ümumi prosesdə istifadə olunması ilə bağlı münasibəti kimi tərif vermişdir.  
Bu terminə müxtəlif izahlarla bəzi qanunvericilik aktlarında da rast gəlinmişdir. 1996-cı ildə "Fərdi əmək müqavilələri (kontraktları) haqqında” Azərbaycan Respublikasının Qanununda "işverən” anlayışı əmək münasibəti çərçivəsində iş təqdim edən şəxsin barəsində tətbiq olundu. Sonralar "işverən” anlayışı "işəgötürən” anlayışı ilə əvəz edildi.
Lakin ƏQM-də dəyişiklik edilmədiyindən hüquq normalarının kolliziyası meydana çıxmışdı. Yəni "işəgötürən” anlayışından, onun hərfi mənası əsas götürülərək, o cümlədən mülki-hüquqi müqavilələr üzrə başqa şəxsə iş təqdim edən şəxslərin barəsində istifadə olunmuşdu.
Professor Y.B.Xoxlov da bu anlayışdan istifadənin və onun geniş şərhinin mümkünlüyünü göstərərək, hesab edirdi ki, "işəgötürən” anlayışı əmək münasibətinin təbiətini daha dəqiq əks etdirir.  Digər tərəfdən, göstərilən müəllif əsaslı surətdə etiraf edir ki, "müqavilə üzrə işəgötürmə” termininin tətbiqi əmlakın icarəyə götürülməsi müqaviləsi ilə əsassız paralellər aparılmasına gətirib çıxara və müvafiq surətdə hüquqi tənzimləmənin sırf mülki-hüquqi vasitələrinin qüvvəsini əmək münasibətlərinə şamil edə bilər.  Başqa təkliflər də mövcuddur.
L.A.Sırovatskaya "əmək icarəsi” kateqoriyasını tətbiq etməyi təklif edir. 
Bizim fikrimizcə, K.N.Qusovun belə bir fikri ilə razılaşmamaq olmaz ki, "yeni əmək icarəsi müqaviləsi anlayışının tətbiqi üçün heç bir hüquqi əsas mövcud deyildir”, "əmək müqaviləsi işçinin ictimai əməkdə iştiraka cəlb edilməsinin təcrübədə yoxlanılmış və özünü tam doğrultmuş vasitəsidir. 
Qanunvericilik qaydasında yalnız əmək müqaviləsi tərəfinin adı təsbit olunmayıb, həm də əmək münasibətinin ikinci tərəfi kimi işçinin qarşılaşdığı subyektin hüquqi şəxsiyyəti müəyyən olunmuşdur. Bəzi alimlər həm hüquqi, həm də fiziki şəxslərin hüququn subyekti qismində mövcudluğunu inkar etmişlər. Onların fikrincə, bu, yalnız sırf hüquqi abstraksiya, hüquq qaydasının məhsuludur.  
Hüquqi şəxsin üzvi nəzəriyyəsinin yaradıcısı O.Girke göstərirdi ki, hüquqi şəxs xüsusi cismani-mənəvi orqanizmdir, birgə şəxsiyyətdir. Bu, hüquq qaydasının məhsulu olmayıb, dövlətin təsir göstərdiyi, lakin dövlətin yaratmadığı, real surətdə mövcud olan orqanizmdir.Qüvvədə olan qanunvericiliyə görə hüquqi şəxs aşağıdakı hallarda ləğv edilə bilər:
1) onun təsisçilərinin (iştirakçılarının) və ya hüquqi şəxsin nizamnamə ilə vəkil edilmiş orqanının qərarı ilə, o cümlədən hüquqi şəxsin mövcudluğu üçün nəzərdə tutulan müddətin qurtarması və ya yaradılması zamanı qarşıya qoyulan məqsədin əldə edilməsi ilə əlaqədar olaraq;
2) hüquqi şəxsin yaradılması zamanı yol verilmiş qanunvericilik pozuntuları ilə əlaqədar onun qeydiyyatının məhkəmə tərəfindən etibarsız sayıldığı halda;
3) lazımi xüsusi icazə (lisenziya) olmadan fəaliyyət və ya qanunla qadağan edilmiş fəaliyyət həyata keçirildikdə və ya qanunvericilik digər şəkildə dəfələrlə və ya kobudcasına pozulduqda və ya ictimai birlik və ya fond onun nizamnamə məqsədlərinə zidd fəaliyyətlə müntəzəm məşğul olduqda, habelə Mülki Məcəllədə nəzərdə tutulan başqa hallarda məhkəmənin qərarı ilə.
Hüquqi şəxs müflis olma nəticəsində də ləğv edilir. Hüquqi şəxs qeydiyyatdan çıxarıldığı andan əmək hüquq subyektliyini itirir.
Beləliklə, bizim fikrimizcə, hal-hazırda hüquqi şəxs – işəgötürənlərin əmək hüquq subyektliliyi onların dövlət qeydiyyatı anından etibarən yaranır və dövlət reyestrindən xaric edilməklə xitam olunur. Fiziki şəxs – işəgötürənlər-fərdi sahibkarlar üçün əmək hüquq subyektliliyinin yaranması fərdi sahibkar qismində qeydiyyatla bağlıdır.
Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsi əməyin azadlığını bəyan edir. Əməyin azadlığı prinsipindən çıxış edərək əmək bazarında işçi işəgötürəni, işəgötürən isə işçini seçməkdə tam azaddır. Bu prinsip işçilərlə əmək müqaviləsinin bağlanmasını, onların şərtlərinin dəyişdirilməsini və xitam edilməsini tənzimləyən çoxlu sayda normaların mahiyyətini ifadə edir.
Həmin maddənin VI hissəsində qeyd edilir ki, hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək, heç bir ayrı-seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır. Vətəndaşların Konstitusiya ilə nəzərdə tutulmuş əmək hüquqlarını reallaşdırmaq məqsədilə işəgötürən əməyin təhlükəsizliyi və gigiyenası tələblərinə cavab verən iş şəraiti yaratmalıdır. Əməyin mühafizəsi sahəsində AR ƏM işəgötürənin aşağıdakı vəzifələrini nəzərdə tutur: əməyin təhlükəsizliyini və əməyin mühafizəsi, gigiyenası tələblərinə cavab verən şərait təmin etmək; dövlət nəzarət orqanlarının göstərişlərini vaxtında yerinə yetirmək; qanunun, digər normativ hüquqi-aktların pozulmasına görəqoyulmuş cərimələri ödəmək; müvafiq həmkarlar ittifaqları orqanlarının, işçilərin digər seçilmiş nümayəndələrinin əmək sahəsində normativ-hüquqi aktların, əməyin mühafizəsi tələblərinin pozulması barədə aşkarladıqları nöqsanların aradan qaldırılmasını təmin etmək və görülmüş tədbirlər barədə onlara məlumat vermək.
Lakin əmək hüququ elmində qanunvericiliyin düzgün yolla gedib-getmədiyi barədə şübhələr qalmaqdadır. Bu şübhələr qanunvericiliyin qeyri-təkmilliyi və hüquq normalarının kolliziyası ilə əlaqədar mövcudluq hüququna malikdir.
İsmayılov Asif






Загрузка...
Həmçinin oxuyun:
Əmək hüququnun subyektlərinin ümumi xarakteristikası

Əmək hüququnun subyektlərinin ümumi xarakteristikası

Əmək hüquq münasibətlərinin anlayışı, meydana gəlməsi və subyektləri

Əmək hüquq münasibətlərinin anlayışı, meydana gəlməsi və subyektləri

Əmək müqaviləsi əmək hüquq münasibətlərinin yaranma əsası kimi

Əmək müqaviləsi əmək hüquq münasibətlərinin yaranma əsası kimi

Əmək mübahisələri, yaranma səbəbləri və həlli qaydası

Əmək mübahisələri, yaranma səbəbləri və həlli qaydası

Əmək münasibətlərini tənzimləyən normativ – hüquqi aktlar.

Əmək münasibətlərini tənzimləyən normativ – hüquqi aktlar.

İş vaxtının anlayışı və növləri

İş vaxtının anlayışı və növləri

Əmək mübahisələrinin anlayışı, növləri və səbəbləri

Əmək mübahisələrinin anlayışı, növləri və səbəbləri

Əmək münasibətləri - Əmək mübahisələri

Əmək münasibətləri - Əmək mübahisələri

Müddətli əmək müqaviləsinə xitam verilməsi qaydası

Müddətli əmək müqaviləsinə xitam verilməsi qaydası

Fərdi əmək mübahisələri

Fərdi əmək mübahisələri

Sual - Əmək məzuniyyəti kimlərə və hansı müddətlərə verilir?

Sual - Əmək məzuniyyəti kimlərə və hansı müddətlərə verilir?

İşçiyə olunan xəbərdarlıq intizam tənbehi sayıla bilərmi ?

İşçiyə olunan xəbərdarlıq intizam tənbehi sayıla bilərmi ?

Əmək məzuniyyəti - Əmək Məcəlləsindən...

Əmək məzuniyyəti - Əmək Məcəlləsindən...

Müsabiqə yolu ilə işə qəbul zamanı əmək müqaviləsinin bağlanması.

Müsabiqə yolu ilə işə qəbul zamanı əmək müqaviləsinin bağlanması.

DİREKTOR OLMAQ İSTƏYƏNLƏR ÜÇÜN TESTLƏR CAVABLARI İLƏ

DİREKTOR OLMAQ İSTƏYƏNLƏR ÜÇÜN TESTLƏR CAVABLARI İLƏ

Sual  - Ödənişsiz Məzuniyyətin Maksimum Müddəti Nə Qədər Olmalıdır?

Sual - Ödənişsiz Məzuniyyətin Maksimum Müddəti Nə Qədər Olmalıdır?

SUAL - İŞƏGÖTÜRƏN KİMLƏRin ƏMƏK MÜQAVİLƏSİNƏ XİTAM VERƏ BİLMƏZ ?

SUAL - İŞƏGÖTÜRƏN KİMLƏRin ƏMƏK MÜQAVİLƏSİNƏ XİTAM VERƏ BİLMƏZ ?

SUAL ? - İşəgötürən kimlərin əmək müqaviləsinə xitam verə bilməz?

SUAL ? - İşəgötürən kimlərin əmək müqaviləsinə xitam verə bilməz?

Əmək tərbiyəsi

Əmək tərbiyəsi

TƏSƏRRÜFAT İŞLƏRİ ÜZRƏ DİREKTOR MÜAVİNİ

TƏSƏRRÜFAT İŞLƏRİ ÜZRƏ DİREKTOR MÜAVİNİ

Texniki Təhlükəsizlik Haqqında Azərbaycan Respublikasının Qanunu

Texniki Təhlükəsizlik Haqqında Azərbaycan Respublikasının Qanunu

Məktəb direktorunun əmək funsiyaları...

Məktəb direktorunun əmək funsiyaları...

Ümumtəhsil məktəbində tədris işləri üzrə direktor müavini

Ümumtəhsil məktəbində tədris işləri üzrə direktor müavini

Müəssisələrdə müəllimlərə tələbatın müəyyənləşdirilməsi

Müəssisələrdə müəllimlərə tələbatın müəyyənləşdirilməsi