AzTehsil.com


Xəbərlər
24 yanvar 2019
1 863


Təhsil Nazirliyi məktəblərin reytinq göstəricilərinin müəyyənləşdiriləsinin yeni qaydalarını açıqladı



Təhsil Nazirliyi məktəblərin reytinq göstəricilərinin müəyyənləşdiriləsinin yeni qaydalarını açıqladı

 

"Təəssüf ki, fərqli düşünən valideyn və şagirdlər də var. Onların əsas məqsədi yalnız ali məktəbə hazırlıqdır. Təhsil Nazirliyi olaraq hazırda məktəbin imkanlarından və resurslarından düzgün istifadə etməyin yollarını düşünürük”.

Aztehsil.com xəbər verir ki, bunu təhsil nazirinin müavini Məhəbbət Vəliyeva "Azərbaycan” qəzetinə müsahibəsində deyib.

Onun sözlərinə görə, 11-ci sinfi bitirib həyata atılan gənc, nəzəri biliklərə malik olmasa belə, həyatda ona lazım olan bacarıqlara yiyələnməlidir: "Amma bu bacarıqlar yalnız 45 dəqiqə dərs müddətində şagirddə formalaşdırıla bilməz. Bunun üçün dərsdən sonra müxtəlif fəaliyyətlərin mövcud olması lazımdır. Elə bu məqsədlə də nazir Ceyhun Bayramovun əmri ilə bu il məktəblərin reytinq göstəriciləri yalnız buraxılış imtahanlarının nəticəsinə əsasən deyil, o cümlədən də şagirdlərin olimpiadalarda, bilik yarışlarında, müsabiqələrdə iştirakı əsasında gətirilən uğurların ölçülməsi nəticəsində müəyyənləşdiriləcək”.

O bildirib ki, bu il ölkə üzrə müxtəlif yaş qruplarında olan şagirdlər idmanın 4 növü üzrə müsabiqələrdə iştirak edəcəklər: "Həmçinin yaradıcılıq müsabiqələrinin, sərgilər, bədii qiraət, teatr tamaşalarının göstərilməsi nəzərdə tutulur. Bunlar şagirdlərin başqa imkanlarının da üzə çıxarılmasına kömək edəcək.

Əgər müəllim dərsə yaradıcı yanaşmırsa, ona vacib, canlı bir proses kimi baxmırsa, o zaman dərs çox quru, sönük keçəcək və bu, uşaqda maraq yaratmayacaq, onda heç bir əqli proseslərin formalaşmasına kömək etməyəcək. 21-ci əsrin vacib bacarıqları arasında, şagirdlərdə başqaları ilə ünsiyyət, vaxtında və düzgün qərar vermə, yeniliklərə açıq olma, texnologiyadan istifadə, müxtəlif mənbələrdən aldığı məlumatı mənimsəyib yenidən təqdim etmə bacarığı formalaşdırılmalıdır. Şagirddə tədqiqatçılıq bacarığı olmalıdır və o, sadəcə bir kitab, nağılla kifayətlənməməlidir ki, bunun üçün müəllimdən böyük yaradıcılıq tələb olunur”.



Загрузка...
Həmçinin oxuyun:
Nazir müavini bəzi müəllimləri qınadı: “Öz ixtisaslarından 0-9 bal toplayıblar”

Nazir müavini bəzi müəllimləri qınadı: “Öz ixtisaslarından 0-9 bal toplayıblar”

Məktəblərin reytinqi yeni meyarlar əsasında hazırlanacaq

Məktəblərin reytinqi yeni meyarlar əsasında hazırlanacaq

V sinif şagirdlərinə İT sistemləri öyrədilir – 45 məktəbdə möhtəşəm layihə

V sinif şagirdlərinə İT sistemləri öyrədilir – 45 məktəbdə möhtəşəm layihə

Pedaqoji Diaqnostika nədir ?

Pedaqoji Diaqnostika nədir ?

Dərsin məqsədi  şagirddə koqnitiv bacarıq formalşdırmaqdır -Limunət Əmrahlı

Dərsin məqsədi şagirddə koqnitiv bacarıq formalşdırmaqdır -Limunət Əmrahlı

Dərsin məqsədi  şagirddə koqnitiv bacarıq formalşdırmaqdır- VİDEO

Dərsin məqsədi şagirddə koqnitiv bacarıq formalşdırmaqdır- VİDEO

Riyaziyyat fənnini necə sevdirməli?

Riyaziyyat fənnini necə sevdirməli?

Şagirdlərin dərs yükü bizi narahat edir

Şagirdlərin dərs yükü bizi narahat edir

Açıq dərslərin təşkili - Necə etmək lazımdır ki...

Açıq dərslərin təşkili - Necə etmək lazımdır ki...

Təlimin mərhələləri-  Bilik, bacarıq və vərdişlərin formalaşması

Təlimin mərhələləri- Bilik, bacarıq və vərdişlərin formalaşması

Müəllimin peşəyönümü və özünütəhsil məsələləri - PEDAQOQ PEŞƏKARLIĞI

Müəllimin peşəyönümü və özünütəhsil məsələləri - PEDAQOQ PEŞƏKARLIĞI

“Bir yaşlı uşaqlar üçün də təhsil müəssisələrin açılması nəzərdə tutulub” – Məhəbbət Vəliyeva

“Bir yaşlı uşaqlar üçün də təhsil müəssisələrin açılması nəzərdə tutulub” – Məhəbbət Vəliyeva

Ali məktəblərin reytinq və kateqoriyasının müəyyənləşdirilməsi məzunların işlə təminatının daha yüksək səviyyəyə çatmasında vacib rol oynayacaq.

Ali məktəblərin reytinq və kateqoriyasının müəyyənləşdirilməsi məzunların işlə təminatının daha yüksək səviyyəyə çatmasında vacib rol oynayacaq.

Ev tapşırıqları nəyə xidmət edir?

Ev tapşırıqları nəyə xidmət edir?

Şagirdlərin yaradıcı təfəkkür və tədqiqatçılıq qabiliyyətinin inkişaf etdirilməsi

Şagirdlərin yaradıcı təfəkkür və tədqiqatçılıq qabiliyyətinin inkişaf etdirilməsi

“Belə olsa, kişilər müəllimlikdən qaçmaz!”

“Belə olsa, kişilər müəllimlikdən qaçmaz!”

Məktəblərin reytinq cədvəlinin hazırlanması göründüyü qədər asan məsələ deyil.

Məktəblərin reytinq cədvəlinin hazırlanması göründüyü qədər asan məsələ deyil.

Şagirdlərin diqqətini dərsə yönəldən vasitə - OYUN-DƏRSLƏR

Şagirdlərin diqqətini dərsə yönəldən vasitə - OYUN-DƏRSLƏR

9-cu sinif buraxılış imtahanlarına edilən dəyişikliyə elm xadimlərinin rəyi

9-cu sinif buraxılış imtahanlarına edilən dəyişikliyə elm xadimlərinin rəyi

Uğurlu nəticənin əldə olunmasında müəllimin peşəkarlığı əsas meyardır

Uğurlu nəticənin əldə olunmasında müəllimin peşəkarlığı əsas meyardır

Müəllim-şagird münasibətləri dərsin məqsədlərini reallaşdırmaq üçün zəruri amildir

Müəllim-şagird münasibətləri dərsin məqsədlərini reallaşdırmaq üçün zəruri amildir

Şagirdlərdə kitaba marağı, mütaliə vərdişlərini necə formalaşdıraq?

Şagirdlərdə kitaba marağı, mütaliə vərdişlərini necə formalaşdıraq?

"Fiziki tərbiyə dərsinin ilk saatlara salınması yolverilməzdir" - VİDEO

"Fiziki tərbiyə dərsinin ilk saatlara salınması yolverilməzdir" - VİDEO

Məktəb direktorları üzərlərinə düşən məsuliyyəti düzgün dəyərləndirməlidirlər

Məktəb direktorları üzərlərinə düşən məsuliyyəti düzgün dəyərləndirməlidirlər