"Fiziki tərbiyə dərsinin ilk saatlara salınması yolverilməzdir" - VİDEO
Orta məktəblərdə fiziki tərbiyə dərsinin ilk saatlara salınması yolverilməzdir.
Aztəhsil.com xəbər verir ki, bunu Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Məhəbbət Vəliyeva bildirib.
O qeyd edib ki, orta məktəblərdə dərs cədvəli hazırlanarkən sanitar normalar nəzərə alınmalıdır. Bu baxımdan fiziki tərbiyə dərsinin ilk saatlara salınması düzgün deyil. Bununla bağlı dərs ilinin əvvəlində məktəblərə təlimatlar verilir. Həmçinin, idarə tərəfindən mütəmadi olaraq monitorinqlər aparılır.
Məhəbbət Vəliyeva şagirdlərin orta məktəbə mobil telefon aparması məsələsinə də toxunub. O bildirib ki, şagirdin məktəbə mobil telefon aparmasına qadağa qoymaq olmaz.
Orta məktəblərdə Yeni İl şənliklərinin keçirilməsinə də münasibət bildirən Məhəbbət Vəliyeva qeyd edib ki, bununla bağlı hər hansı bir əmr və ya qadağa yoxdur. Lakin bu cür tədbirlər yalnız dərsdən sonra keçirilməlidir.