AzTehsil.com


Xəbərlər
14 aprel 2017
4 437


Təhsil İdarəsi: İslamiada zamanı Bakıda dərslərin təxirə salınmasına dair göstəriş verilməyib



Təhsil İdarəsi: İslamiada zamanı Bakıda dərslərin təxirə salınmasına dair göstəriş verilməyib

 

Təhsil İdarəsi Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarının paytaxt məktəblərində dərslərə təsir edib-etməyəcəyi məsələsinə aydınlıq gətirib.
 
Aztehsil.com apa-ya istinadən xəbər verir ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Məhəbbət Vəliyeva bildirib ki, mayın 12-22-də keçiriləcək Oyunlarının yüksək səviyyəli beynəlxalq tədbir olduğunu nəzərə alaraq şagirdlərin və  məktəblərin qarşısına qoyulan vəzifələrin yerinə yetirilməsi Bakı Şəhəri üzrə Təhsil İdarəsinin üzərinə düşür. 
 
Bu işin təşkilini və nəzarətini idarənin həyata keçirdiyini deyən M. Vəliyeva qeyd edib ki, tədris proqramlarının vaxtında yerinə yetirilməsi əsas məqsədlərdən biridir: "Tədris prosesinə mane olmadan beynəlxalq tədbirdə Bakı məktəblərinin iştirakı təmin ediləcək. Bunun üçün xüsusi təşkilati işlər görülür”.
 
Oyunların keçirildiyi müddətdə dərslərin müəyyən müddətə təxirə salınıb-salınmayacağına gəlincə, M. Vəliyeva vurğulayıb ki, bununla bağlı Təhsil Nazirliyi idarəyə heç bir tapşırıq və ya göstəriş verməyib: "Hər hansı göstəriş olarsa, o zaman icra ediləcək”.



Загрузка...