AzTehsil.com


Xəbərlər / Orta ixtisas
16 mart 2018
3 478


V sinif şagirdlərinə İT sistemləri öyrədilir – 45 məktəbdə möhtəşəm layihə



 

Cari tədris ilinin əvvəlindən Təhsil Nazirliyi proqramlaşdırmanın tədrisi məqsədi ilə informatika fənni üzrə pilot layihənin mərhələlər üzrə tətbiqinə başlayıb.
Hazırda Bakı şəhərində 45 məktəb üzrə 240 sinifdə  6500-ə yaxın V sinif şagirdi informatika fənnini yeni formatda öyrənir. Bu fənn üzrə dərsləri tədris edən 190 müəllim Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunda (TİPİİ) xüsusi hazırlanmış peşəartırma təlimində iştirak ediblər.
 
Təhsil Sisteminin Informasiyalaşdırma İdarəsinin rəhbəri Vüsal Xanlarov AzEDU.az-a açıqlamasında pilot layihənin 45 məktəbdə 190 müəllimi əhatə etdiyini bildirib: 
 
"Bu məktəblərdə 6000-dən çox şagird təhsil alır. Tədris prosesinin nəticəsində şagirdlərin göstəriciləri təhlil olunacaq və nəticələrə əsasən, layihənin necə davam edəcəyinə qərar veriləcək. Hazırda bu proses, 45 məktəbin 5-ci sinifləri üzrə aparılır. Layihə Bakı məktəblərində tətbiq olunur və nəticələr qiymətləndirildikdən sonra bölgələrdə tətbiqinə başlanıla bilər. Təhsil Nazirliyi olaraq bütün fənnlərin tədrisində göstəriciləri və istifadə olunan tədris metodlarını təkmilləşdirməyə çalışırıq. İnformatika fənni də həmişə diqqət mərkəzində saxlanılır. Bu fənn şagirdlərdə bacarıq və vərdişlərdən əlavə, alqoritmik düşüncə tərzini inkişaf etdirir. Alqoritmik düşüncə tərzi 21-ci əsr bacarıqlarının əsasını təşkil edir. Bu sistem sayəsində şagirdlər gələcək həyatlarını və karyeralarını qurmaq üçün düzgün düşüncə tərzi əldə edəcəklər.
 
Məlumdur ki, Təhsil Nazirliyi İnformatika fənninin yeni formada tədrisi üzrə pilot layihəyə başlayıb. Layihə informasiya texnologiyaları (İT) sistemləri və rəqəmsal bacarıqların öyrədilməsi üzrə proqramlar hazırlayan "Alqoritmika" beynəlxalq təhsil şirkəti ilə birgə həyata keçirilir. Bu layihə çərçivəsində məktəblərdə İnformatika fənninə marağın və bu fəndən dərs deyən müəllimlərin sayı artıb”. 
 
Vüsal Xanlarovun sözlərinə görə, İnformatika fənninin mənimsənilməsi kompüter elmləri sahəsində kodlaşdırma, kibertəhlükəsizlik, şəbəkə inzibatçılığı və bir çox istiqamətdə ixtisaslaşmaq imkanı yaradır: 
 
"5-ci sinifdə tədris planı kodlaşdırmanın öyrədilməsinə yönəlib. Bunu da başa düşmək üçün şagirdlərdə alqoritmik düşüncə tərzi formalaşdırılmalıdır. Dərslər elə qurulub ki, dərslərdə istifadə olunan hər metod şagirddə düşüncə tərzinin inkişafına xidmət edir. Bu yalnız fənn bacarıqlarını deyil, eyni zamanda məktəblinin daha düzgün qərar vermə qabliyyətini də artırmış olur”. 



Загрузка...
Həmçinin oxuyun:
İnformatika fənninin tədrisi üzrə pilot layihəyə qoşulan məktəblərin sayı 40-a çatdırılacaq

İnformatika fənninin tədrisi üzrə pilot layihəyə qoşulan məktəblərin sayı 40-a çatdırılacaq

İnformatika fənninin tədrisi üzrə pilot layihəyə başlanılıb

İnformatika fənninin tədrisi üzrə pilot layihəyə başlanılıb

Bakının 8 məktəbində YENİLİK

Bakının 8 məktəbində YENİLİK

AMEA-da informatika fənni üzrə doktorluq imtahanları başlanıb

AMEA-da informatika fənni üzrə doktorluq imtahanları başlanıb

Sumqayıtda yalnız bu məktəbdə: həsəd aparılan siniflər...

Sumqayıtda yalnız bu məktəbdə: həsəd aparılan siniflər...

Prezident məktəb-liseydə yaradılan şəraitlə tanış oldu

Prezident məktəb-liseydə yaradılan şəraitlə tanış oldu

Fənn olimpiadalarının iştirakçılarından 1.221-i növbəti mərhələyə vəsiqə qazanıb

Fənn olimpiadalarının iştirakçılarından 1.221-i növbəti mərhələyə vəsiqə qazanıb

Çində dövlət hesabına təhsil alan azərbaycanlı tələbələrin sayı açıqlanıb

Çində dövlət hesabına təhsil alan azərbaycanlı tələbələrin sayı açıqlanıb

Ağstafa rayonunun Yuxarı Göycəli  kənd tam orta məktəbində riyaziyyat və informatika fənn müəllimlərinin seminarı keçirilib

Ağstafa rayonunun Yuxarı Göycəli kənd tam orta məktəbində riyaziyyat və informatika fənn müəllimlərinin seminarı keçirilib

Qusar orta məktəbi pilot layihədə qalib olub

Qusar orta məktəbi pilot layihədə qalib olub

Lənkəran Dövlət Universiteti ilə Astara və Yardımlı məktəbləri arasında pilot layihə həyata keçirilir

Lənkəran Dövlət Universiteti ilə Astara və Yardımlı məktəbləri arasında pilot layihə həyata keçirilir

İnformatika müəllimlərinə yeni imkanlar yaradılıb

İnformatika müəllimlərinə yeni imkanlar yaradılıb

İntellektual oyunların tədris prosesinə tətbiqi öyrənilir

İntellektual oyunların tədris prosesinə tətbiqi öyrənilir

Müsabiqənin nəticəsi məlum olub - 815 şagirdin...

Müsabiqənin nəticəsi məlum olub - 815 şagirdin...

“İnformatikadan imtahan keçirilsə, bütün şagirdlər kəsilər” - Məktəblərdə kompüter problemi

“İnformatikadan imtahan keçirilsə, bütün şagirdlər kəsilər” - Məktəblərdə kompüter problemi

Təhsil Nazirliyində “eTwinning Plus” layihəsi çərçivəsində təltifetmə mərasimi keçirilib

Təhsil Nazirliyində “eTwinning Plus” layihəsi çərçivəsində təltifetmə mərasimi keçirilib

Olimpiadaçıların qış məktəbinə iyirmi şagird qatılıb

Olimpiadaçıların qış məktəbinə iyirmi şagird qatılıb

"Müasir təhsili İKT-siz təsəvvür etmək mümkün deyil..."

"Müasir təhsili İKT-siz təsəvvür etmək mümkün deyil..."

Nazirdən yeni ƏMR - 5 şəhər və 41 rayonunun 124 məktəbində təhsil təmayüllər üzrə təşkil olunacaq.

Nazirdən yeni ƏMR - 5 şəhər və 41 rayonunun 124 məktəbində təhsil təmayüllər üzrə təşkil olunacaq.

Nazirlik: Respublika fənn olimpiadaları iştirakçılarının sayı ildən-ilə çoxalır

Nazirlik: Respublika fənn olimpiadaları iştirakçılarının sayı ildən-ilə çoxalır

Respublika fənn olimpiadalarının ilk mərhələsi keçirilib

Respublika fənn olimpiadalarının ilk mərhələsi keçirilib

Qrant müsabiqəsi üzrə qalib layihələr - Məktəblilərə səlis danışmağın sirləri öyrədilir

Qrant müsabiqəsi üzrə qalib layihələr - Məktəblilərə səlis danışmağın sirləri öyrədilir

“Elektron universitet” nəyə xidmət edir?

“Elektron universitet” nəyə xidmət edir?

“British Council” Təşkilatının məktəblərlə əməkdaşlığının məqsədi nədir?! -RƏSMİ AÇIQLAMA

“British Council” Təşkilatının məktəblərlə əməkdaşlığının məqsədi nədir?! -RƏSMİ AÇIQLAMA