Təhsilin keyfiyyəti bilavasitə müəllimin yaradıcı potensialından, peşəkarlıq səviyyəsindən, təlimin yeni pedaqoji texnologiyalarının tədris prosesinə tətbiqindən, Öz üzərində daim işləməsindən, çevik pedaqoji təfəkkürlü və humanist yönümlü insan olmasından çox asılıdır.
Məqsədi hərtərəfli inkişaf etmiş və humanist yönümlü şəxsiyyət yetişdirməkdən ibarət olan müasir təhsil sistemi, müəllimdən hər bir şagirdə onun fərdi xüsusiyyətlərini və inkişaf səviyyəsini nəzərə alaraq yanaşmağı tələb edir.
Bununla əlaqədar müəllimin peşəkarlıq səviyyəsinin və pedaqoji fəaliyyətinin öyrənilib qiymətləndirilməsi (pedaqoji diaqnostika) onun işində-ki çətinliklərin aşkar edilməsinə, bu çətinliklərin araşdırılaraq aradan qaldırılmasına xidmət edir.
Pedaqoji diaqnostika, həmçinin müəllimin bacarıq səviyyəsini, fəaliyyətinin müsbət cəhətlərini müəyyən etməyə, fərdi xüsusiyyətləri fonunda onları inkişaf etdirməyə imkan verir.
Məlumdur ki, müəllimin peşəkarlıq səviyyəsinin və pedaqoji fəaliyyətinin qiymətləndiril-məsini təlim - tərbiyə prosesinin səmərəliliyinin əsas göstəriciləri olan bilik, inkişaf və tərbiyə məqsədlərinin həyata keçirilməsi baxımından aparmaq lazımdır. Ona görə də müəllimin peşəkarlıq səviyyəsinin və pedaqoji fəaliyyətinin qiymətləndirilməsi üçün göstəricilər müəyyənləşdirilərkən onun şəxsi keyfiyyətləri, pedaqoji bacarıqları, dərs dediyi şagirdlərin nailiyyətləri və müasir təlim texnologiyalarına yiyələnmə səviyyəsi onları öz işində tətbiq etmə bacarığı nəzərə alınmalıdır.
Müəllimin peşəkarlıq səviyyəsinin və pedaqoji fəaliyyətinin qiymətləndirilməsi üçün göstəricilər (parametrlər) və müvafiq çəki əmsalları aşağıda verilmişdir:
Müəllimin peşəkarlıq səviyyəsinin qiymətləndirilməsi üçün göstəricilər və çəki əmsalları
1.Fənnə dair dərin və əsaslı biliklərə malik olması, müvafiq elm sahəsində yenilikləri sistematik öyrənməsi 1.0
2.Fənnin tədrisi texnologiyalarına yiyələnməsi, metodik yaradıcılığa malik olması 1.0
3.Mövzuların şərhini aydın, dəlillərlə əsaslandırması 1.0
4.Səlis tələffüzə, nitq mədəniyyətinə malik olması, optimal tempin seçilməsi 1.0
5.Fənnə maraq oyatmaq, şagirdlərin meyl və maraqlarını inkişaf etdirmək bacarığı 1.0
6.Şagirdləri sərbəstliyə. fəallığa və yaradıcılığa sövq et-mədə pedaqoji ustalığı 1.0
7.Şagirdlərin biliklərinin qiymətləndirilməsində obyektivliyi 1.5
8.Sinfi ələ almağa, dərsdə tədris mühiti və işgüzar şərait yaradılmasına nail olması 1.5
9.Şagirdləri təlim fəaliyyətinin müxtəlif formalarına cəlb etmək bacarığı (fərdi yanaşma) 1.5
10.İstedadlı şagirdlərlə işin təşkili və şagirdlərinin rayon (şəhər) və respublika səviyyəli olimpiada. yarış və müsabiqələrdə iştirakı 1.5
11.Təhsil sənədlərinin, o cümlədən təqvim planı, sinif jurnalları və digər sənədlərin işlənilməsi 0.5
12.Rayon (şəhər) və respublika səviyyəli pedaqojin müsabiqələrdə iştirakı 0.5
13.Şagirdlərlə münasibətdə səmimilik, qayğıkeşlik pedaqoji mədəniyyət və takt 0.5
14.Metodik tövsiyələr. fənn proqramları və dərsliklərin hazırlamasında iştirakı, pedaqoji təkliflərlə mətbuatda çıxışı 0.5
Müəllimin pedaqoji fəaliyyətinin qiymətləndirilməsi üçün göstəricilər və çəki əmsalları
I. Məşğələnin strukturu 0.5
1.2.Dərs məşğələsinin tip və strukturunun mövzunun məzmununa uyğunluğu (mühazirə, seminar, laborator işi və s.)
1.2 Dərs məşğələsinin struktur elementlərinin didaktik cəhətdən əsaslandırılması: istinad biliklərinin aktuallaşdırılması, yeni mövzunun əsaslandırılması. yeni biliklərin tətbiqi, onların qavranılma səviyyəsinin yoxlanılması
II. Dərs məşğələsinin məzmunu 1.0
2.1.Biliklərin elmiliyi, anlaşıqlığı, yeniliyi və əsaslılığı
2.2.Məşğələnin konkret nəticələrə əsaslanması, elmi anlayışlarla və qanunauyğunluqlarla iş
2.3.Məşğələnin məzmununa, müvafiq idrak maraqlarını stimullaşdıran yeni faktların. məlumatların daxil edilməsi
2.4.Fəndaxili və fənlərarası əlaqələrin yaradılması
2.5.Tədris materialının optimal müəyyənləşdirilməsi əsasında sistemli biliklərin formalaşdırılması
III. Dərs məşğələsinin texnoloji təminatı 1.5
3.1.Müasir pedaqoji texnologiyalardan (konseptual, qabaqlayıcı, istiqamətləndirici və s.) istifadə və müvafiq texnologiyalara uyğun aktiv təlim metodlarının (problemli, oyun, dialoq, əqli hücum və s.) tətbiqi
3.2.Şagirdlərin idrak fəaliyyətinin təşkili vasitələri: dinamik cütlər, qruplarla telim. qarşılıqlı rəyvermə fərdi iş və s.)
3.3.Məşğələnin axtarıcılıq və tədqiqatçılıq xarakter daşıması: tədqiqat tipli seminar məşğələləri; problemli dərketmə vəzifələrinin həlli
3.4.Şagirdlərin müstəqil idrak fəaliyyətinin təşkili: kitab, sənəd və digər mənbələrlə iş: didaktik materiallardan istifadə: plan. sxem. cədvəl və s. tərtibi
3.5.Şagirdlərin biliklərinə nəzarətin təşkili: nəzarət üsullarının yoxlanılan biliklərin məzmununa uyğunluğu; qiymətləndirmənin obyektivliyi: biliklərə nəzarətin üsullarının müxtəlifliyi
IV. Dərs məşğələsinin əyani və texniki təchizatı 0.5
4.1.Zəruri əyani və texniki vasitələrdən tam və dolğun istifadə olunması
4.2.Əyani vasitələr və təlimin texniki vasitələrindən didaktik cəhətdən düzgün və pedaqoji cəhətdən əsaslandırılmış surətdə istifadə olunması; şagirdlərin həmin proseslərin təhlilinə cəlb edilməsi
4.3.Müasir təlim vasitələrindən və kompüterlərdən istifadə V. Müəllim-şagird münasibətlərinin xarakteri 1.0
5.1.Müəllimin şagirdlərlə ünsiyyəti
5.2.Əməkdaşlıq pedaqogikası elementlərindən istifadə olunması
5.3.İdrak fəaliyyətini təşkil etmək və nizam-intizam yarat-maq bacarığı
5.4.Müəllimin nitq fəaliyyətinin xarakteristikası
5.5.Dərs məşğələsinin tempi. onun intensivliyi
5.6.Müəllim şəxsiyyətinin zahirən qəbul edilməsi
VI. Dərs məşğələsinin pedaqoji səmərəliliyi 1.5
6.1.Şagirdlər tərəfindən biliklərin mənimsənilməsi, bacarıq, vərdiş və qabiliyyətlərin formalaşdırılması səviyyəsi
6.2.Şagirdlərdə idrak marağı, biliklərə tələbat, müvəffəqiyyətə nail olmaq, borc və məsuliyyət, şərəf hissi və s. motivlərin formalaşdırılması
6.3.Təlimin diferensial xarakteri: istedadlı və yetirməyən şagirdlərlə iş
6.4.Dərs məşğələsinin inkişafetdirici funksiyaları: diqqət, hafizə, təfəkkür və qabiliyyətlərin inkişafı, onların dərsdən-dərsə məqsədyönlü formalaşdırılması
6.5.Şagirdin inkişafını təmin edən tədris fəaliyyətinin daha səmərəli formalarının seçilməsi
6.6.Bərabərhüquqlu subyekt kimi şagird şəxsiyyətinin sərbəst inkişafına şəraitin yaradılması
6.7.Dərs məşğələsinin tərbiyəedici funksiyaları və təlimin humanist xarakteri