"Bacarıq” pedaqoji elmlər sistemində ən geniş yayılmış anlayışlardandır. Onun quruluşu psixoloji məzmun kəsb etməklə özündə bir sıra poseslərin nəticələrini birləşdirir. Bacarıq dedikdə - insanın (subyektin – şagirdin, müəllimin) hərəki və ya əqli imkanlara yiyələnməsi üçün icra etdiyi hərəkətləri müvafiq qaydada yerinə yetirməsi başa düşülür. Bu zaman yeni bacarıqlarla yanaşı yeni biliklər və vərdişlər də yaranır. Bacarıqlar təlim prosesində yerinə yetirilən mümarisələr: çalışma, tapşırıq, oyun, təmrin, test, layihə və s. vasitəsi ilə formalaşır.
Bacarığın daha bir izahı hərəkətlərin fəaliyyətin məqsədinə və şəraitinə uyğun əlverişi vasitələrlə yerinə yetirilməsidir. Bacarıqların mənimsənilməsi və icrası hərəkətlərin səhvsiz, düzgün və ardıcıl yerinə yetirilməsindən asılı olur. Bacarıqlar daim yenilənir. Mənimsənilmiş bacarıqar əsasında yeniləri formalaşır. Hər bir yaşda müvafiq bacarıqları formalaşdırıldıqda o yeni bacarıqlar üçün özülə çevrilir.
Bütün hallarda bacarıq bilik və hərəkət baxımından bacarılanlardır. Əgər bacarıq varsa, o, həmişə və hər yerdə bacarıqdır. Bu fikir onu ifadə edir ki, insan artıq bacarığa çevrilmiş hərəkətləri müxtəlif situasiyalarda tətbiq edə bilməlidir.
Baca rığın tətbiq edilməsi vasitələri müxtəlif ola bilər, lakin onun nəticələri gözlənildiyi kimi olmalıdır. Bacarığın başlıca əlaməti - insanın konkret situasiyada özünün bilik və vərdişlərini tətbiq edə bilməsidir. Buna "icraetmə bacarığı” və ya "tətbiqetmə bacarığı” da deyilir. Bacarıqlı insan müvafiq bacarıqlar sistemindəki hərəkətləri dəqiq mənimsəmiş, onu müxtəlif vaxtda, müxtəlif situasiyada tətbiq etməyi bacaran insandır.
Bacarıqların əsas qruplaşmasına bunlar daxildir:
dərketmə (koqnitiv) bacarıqları;
ümumi təlim və ya əmək bacarıqları;
konstruktiv bacarıqlar;
təşkilati bacarıqlar;
texnoloji bacarıqlar;
kommunikativ bacarıqlar.
"Koqnitiv bacarıq” (dərketmə) bacarığın bir növü¬dür. Burada söhbət bilavasitə insanın dərketmə sahəsinə aid olan bacarıqlarından gedir. Ona görə də koqnitiv bacarıqlara daha çox əqli keyfiyyətlərə şamil olan bilik, bacarıq və vərdişlər sistemi kimi yanaşmaq daha düzgündür.
Koqnitiv bacarıqların formalaşmasında iştirak edən ən mühüm proseslər koqnitiv proseslərdir. Koqnitiv proesər dedikdə - qıcıqlayıcının peseptorlara təsir etdiyi andan başlayaraq bilik formasındakı cavab reaksiyalarının hazırlanması və sensor informasiyanın işlənməsini təmin edən proseslər” (idrak, emosional və iradi proseslər, fərdiyyətin, şəxsiyyətin, tipik, dəyişməyən komponentləri və s.) nəzərdə tutulur.
Bir sözlə, koqnitiv proses - insanın dünya haqqında aldığını informasiyanı təsəvvür etməsi, hafizədə saxlayaraq biliyə çevirməsi, bu biliklərin koqnitiv bacarıqlar sayəsində fəa-liyyətə tətbiq etməsi prosesir.
Beləliklə, biz koqnitiv bacarıqlar haqqında müəyyən ümumiləşdirmə apara bilərik. "Koqnitiv bacarıq” - dərketmə fəaliyyətində subyektin sensor siqnalları dəqiqliklə qəbul edərək onları qavraması, əvvəllər mənimsədiyi bilik, bacarıq və vərdişlərlə üzərində əməliyyatlar aparması, yeni əqli nəticəyə gəlməsi və bu biliklərə uyğun olaraq yerinə yetirilməli olan hərəkətləri icra etmək bacarığının mənimsənilməsidir.
Koqnitiv bacarıqlar koqnitiv (təlim) fəaliyyətdə formalaşır. "Koqnitiv fəaliyyət” - (cognitive activity) psixologiyada "anlamaq, qavramaq, dərhal başa duşmək” mənasında işlədilir. Koqnitiv fəaliyyət anlayişı özünəməxsus koqnitiv proseslərlə tənzimlənən informativ quruluşdur. O, insanın bu və digər həll yolu ilə biliklər əldə etdiyi, nəticə olaraq nəyi isə anladığı, təqdim etməyə (interpretasiyaya) nail olduğu fikri fəaliyyətidir.
Koqnitiv fəaliyyət, həm də "dərketmə”, yaxud "idrak” fəaliyyətinə sinonim kimi işlədilir. Əslində bu anlayışların fərqləndirilməsində məqsəd onların psixoloji quruluna görə fərqli olmasıdır. Koqnitiv fəaliyyətin quruluşu daha mürəkkəbdir, çünki burada idrak proseslərindən əlavə digər proseslər: emosiya, psixi hal, xassə, fərdi xüsusiyyətlər daha fəal iştirak edir.
Digər tərəfdən, koqnitiv fəaliyyət - subyektin konkret həll yoluna gələrək, yaxud biliklər əldə edərək nəyisə anlamağa aparan əqli fəaliyyətidir. Koqnitiv fəaliyyətdə informasiyaların işlənməsinin müxtəlif sistemləri iştirak etdiyindən onun səmərəliliyi infor-masiyanın hansı kanallarla daxil olmasından da asılıdır.
Təhsil sistemində şagirdlərin koqnitiv fəaliyyətində onlarda formalaşdırılmalı olan koqnitiv ba¬carıqların bir neçə təsnifatlaşdırılması aparılmışdır. Ümumilikdə onlara aşağıdakılar aid edilir:
təlim məqsədini anlayaraq hərəkətləri tapşırıqlar və müstəqil işlər əsasında ona doğru istiamətləndirmək;
yerinə yetiriləcək hərəkətlərin quruluşunu, qaydalarını, istiqamətlərini bilmək və əməl etmək;
hərəkətlərə məzmun və texniki baxımdan yaxşı bələd olmaq, onun strategiyasını, planını qurmaq, modelləşdirmək və sxemləşdirmək;
hərəkətləri texniki baxımdan düzgün icra edərək səmərəli nəticəyə gəlmək;
nümunə əsasında hərəkətlərin qoyulmuş vaxtda keyfiyyətlə yerinə yetirilməsinə nəzarət etmək;
fəallıq göstərmək;
qoyulmuş fərziyənin doğruluğunu sınaqdan keçirərkən gözlənilən nəticələrin vasitələrlə icrasına səy gös¬tərmək;
hərəkətlərinin icrası zamanı özündə yeni koqnitiv quruluşların formalaşmasına yaradıcı yanaşmaq;
tapşırığın həlli üsullarının seçilməsinə kreativ yanaşmaq;
dəkredilmiş əqli nəticəyə gəlmək;
özünün bacarıqlarını obyektiv qiymətləndirmək.
Şagirdlərin peşəyönümündə tələb olunan koqnitiv bacarıqların əhatə dairəsi isə daha genişdir:
İKT-dən istifadə edərək daha səmərəli fəaliyyət göstərmək;
müasir informasiya vasitələrinə bələd olmaq və onlardan səmərəli qaydada istifadə etmək;
kommunikasiya texnologiyalarından istifadə edərək zəruri məlumatlar axtarmaq, onları təhlil etmək və lazım olanları seçmək;
yeni informasiyanı yaradıcı şəkildə təhlil etmək;
maraqlandığı sahə ilə bağlı lazım gələn məlumat¬ları toplayaraq sistemləşdirmək, onların qorunmasını təmin etmək,
informasiyaların işlənməsi, ümumiləşdirilməsi, saxlanılması, ötürülməsi və yüksək səviyyədə nəticə əldə etmək bacarığına sahib olmaq.