AzTehsil.com

Xəbərlər / Valideyn / Müəllim
15 iyul 2018
3 567

“Bir yaşlı uşaqlar üçün də təhsil müəssisələrin açılması nəzərdə tutulub” – Məhəbbət Vəliyeva

"Uşağın təhsilə erkən yaşlarda cəlb olunması onun növbəti illərdə keyfiyyətli təhsil alması və həyat rifahının yaxşılaşmasına birbaşa təsir göstərir. Bu, onları həyata daha erkən hazırlayır”.

AzTehsil.com AzEdu.az-a istinadən  xəbər verir ki, bu sözləri təhsil nazirinin müavini Məhəbbət Vəliyeva ASAN radioda canlı yayım zamanı deyib. O, məktəbəqədər hazırlıqla bağlı nazirliyin mövqeyini bildirib:

"Bəzən məktəbəqədər və məktəbə hazırlıq mərhələlərini qarışdırırlar. Məktəbəqədər hazırlıq dedikdə bağça yaşlı, yəni, 3-5 yaşa qədər uşaqlar nəzərdə tutulur. Amma hazırda məktəbəqədər təhsil haqqında qanuna görə hətta bir yaşlı uşaqlara xidmət edən müəssisələrin açılması da nəzərdə tutulur. Bu sahə daha çox yerli İcra Hakimiyyəti orqanlarının nəzarətindədir. Təhsil Nazirliyinin mövqeyi isə aydındır: valideynlər uşaqları nə qədər erkən bağçaya versələr, onlar üçün faydalıdır. Amma ortaya sual çıxır: bu yaşda olan bütün uşaqları məktəbəqədər təhsil müəssisələrinə yerləşdirə bilirikmi?”

Məhəbbət Vəliyeva məktəbəqədər hazırlıqla bağlı maraqlı göstəriciləri qeyd edib:

"2016-cı ilin 11 iyul tarixli q ərarla Nazirlər Kabineti Təhsil Nazirliyinin sərəncamında olan məktəblərdə hazırlıq siniflərinin açılması ilə bağlı qərar qəbul edib. Bunun əsasında qaydalar müəyyənləşib. Əgər iki il əvvəl qəbul olunan qaydalara əsasən, 2016-2017-ci tədris ilində məktəbəhazırlığa  cəlb olunan 5 yaşlı uşaqlar ümumi sayın 55%-ni təşkil edirdisə, sonrakı il bu göstərici 65% idi. Bu  dərs ilindən bu say 75,  2020-ci ildə isə 90%-i əhatə edəcək.

Məktəbəqədər təhsil almayan uşaqlar heç olmasa məktəbə getməzdən bir il öncə xüsusi hazırlıq keçəcəklər. Fikrimcə, bu, son illərdə təhsil sahəsində atılan ən önəmli addımlardandır. Çünki aparılan tədqiqatlar göstərir ki, uşaqlar nə qədər erkən yaşda təhsilə cəlb olunsalar növbəti illərdəki təlim nəticələri daha yüksək olur”.

Onun sözlərinə görə məktəbəqədər təhsilin məzmununda beynəlxalq təcrübəyə də istinad olunub:

"Hazırda 4-cü sinifdə dərs deyən müəllimlər paralel olaraq uşaqlara məktəbə hazırlıq dərsləri də keçirlər. Bu zaman  həm təhsilin məzmunu, müəllimlərin hazırlığı, həm də infrasturuktur, sinif otaqlarının lazımi avadanlıqla təchiz olunmasında beynəlxalq təcrübəyə istinad olunub. Təhsilin  məzmunu UNİCEF tərəfindən işlənib hazırlanıb”.
 
“Bir yaşlı uşaqlar üçün də təhsil müəssisələrin açılması nəzərdə tutulub” – Məhəbbət Vəliyeva

Загрузка...
Həmçinin oxuyun:
Növbəti tədris ilində məktəbə hazırlığa cəlb ediləcək 5 yaşlı uşaqların sayı 65 faizə çatdırılacaq

"2020-ci ilədək məktəbəqədər təhsilin əhatə dairəsini 90%-ə çatdırmaq niyyətindəyik"

"2 növbəli məktəblərdə nəinki bu gün, gələcəkdə də məktəbə hazırlıq təlimlərini təşkil etmək mümkün olmayacaq"

Bu il hansı uşaqlar pulsuz qruplara cəlb ediləcək? - Təhsil Nazirliyindən CAVAB

6 yaşadək uşaqların çoxu məktəbəqədər təhsildən kənarda qalır -HESABAT

Özəl bağçalarla bağlı İRAD: Bir çox ailələrin ödəmək imkanı olmur

Təhsil Nazirliyindən QƏRAR - "Bu uşaqların məktəbə qəbulu daha asan olacaq"

Təhsil Nazirliyi: Məktəbəqədər təhsilin yeni formalarının təşkili və icra mexanizmi hazırlanmalıdır

İlham Əliyev məktəbəqədər təhsil barədə fərman verdi

Azərbaycanda uşaqlar bağçalara 1 yaşından veriləcək

MM-də “Məktəbəqədər təhsil haqqında” qanun layihəsi müzakirə olunub

Təhsil Nazirliyi: Məktəbəqədər təhsil haqqında dövlət standartlarının layihəsi hökumətə təqdim olunub

Məktəbəqədər təhsil müəssisələrinə getməyən uşaqlar üçün qısamüddətli təlim qrupları yaradılacaq

Məktəbə hazırlığın təşkili Qaydaları

Məktəbə hazırlığın təşkili Qaydaları

Məktəbəqədər təhsil müəssisələrində təhsilalanlara tibbi xidmətin göstərilməsi qaydası təsdiq edilib

Hazırlıq siniflərinin ödənişi ləğv olunur ?

Məktəbəqədər və məktəb yaşlı uşaqlarda "minimal beyin disfunksiyası" yəni beynin yarımkürələrinin hər hansı hissəsində funksiyanın pozulması

Məktəbəqədər təhsil müəssisələri şəbəkəsi optimallaşdırılacaq

Məktəbəqədər hazırlıq qrupları üçün dərs vəsaitləri artıq Təhsil Nazirliyi tərəfindən təmin edilib

Azərbaycanda məktəbəqədər təhsil - bağçalarda nə var, nə yox?

Hökumət uşaq bağçaları ilə bağlı qərar vedi - Yeni qayda təsdiqləndi

Bu direktorların 40%-nin ali təhsili yoxdur – Sensasiya

Bir daha MƏKTƏBƏQƏDƏR HAZIRLIQ QRUPLARI haqqında

Məktəbəhazırlıq qruplarında işin təşkili - CƏDVƏL