AzTehsil.com


Xəbərlər / Kurikulum / Pedoqojitəcrübə / İnnovasiyalar / Müəllim
30 may 2018
11 870


Pedaqoji prosesin mərhələləri



Pedaqoji prosesin mərhələləri

 


Pedaqoji proseslər silsilə xarakteri daşıyır. Bütün pedaqoji pro­ses­lərin inkişafında eyni mərhələlər nəzərə çarpır. Mərhələlər pro­se­sin tərkib hissələri deyil, onun inkişaf ardıcıllığıdır. Pedaqoji prosesin üç başlıca mərhələsi – hazırlıq, əsas, yekun mərhələləri vardır. 

Pedaqoji prosesin hazırlıq mərhələsində prosesin nəzərdə tutul­muş istiqamətdə və sürətlə baş verməsi üçün zəruri şərait ya­ra­dılır. Bu mərhələdə aşağıdakı mühüm vəzifələr həll olunur: qarşıya məq­sədin qoyulması, şəraitin diaqnostikası, nailiyyətlərin proqnoz­laş­­dırılması, prosesin inkişafının planlaşdırılması və s.

Məqsədin müəyyənləşdirilməsi və əsaslandırılması təhsil siste­mi­nin qarşısında duran ümumi pedaqoji məqsədi konkret vəzifələrə çe­virmək deməkdir. Buna pedaqoji prosesin müəyyən kəsiyində və konkret şəraitində nail olunur. Məqsəd pedaqoji prosesin konkret sis­temi ilə bağlıdır. Pedaqoji prosesin bu mərhələsində ümumi pedaqoji məktəbin tələbləri ilə tədris müəssisələrinin, şagird kontingentinin konkret imkanları arasında ziddiyyətləri aşkara çıxarılır və plan­laş­dırılan prosesdə həmin ziddiyyətlərin həlli yolları nəzərdə tutulur. Pedaqoji prosesin əsas məqsədini və vəzifələrini diaq­nos­ti­ka­sız müəy­­yən etmək mümkün deyil.
 
Pedaqoji diaqnostika pedaqoji pro­se­sin baş verəcəyi şərtləri və şəraiti aydınlaşdırmaq isti­qamətində apa­rı­lan tədqiqatdır. Onun başlıca məqsədi nəzərdə tutulan nəticələrə nail ol­mağa kömək və ya mane ola biləcək səbəblər haq­qında aydın təsəv­vür əldə etməkdir. Diaqnostika prosesində peda­qoq və şagird­lərin real imkanları, onların əvvəlki hazırlıq səviyyəsi, pro­sesin baş verdiyi şərait, bir çox digər vacib şərtlər haqqında lazım olan bütün infor­masiyalar toplanılır. Bundan sonra pedaqoji prosesin gedişi və nə­ti­cə­ləri proqnozlaşdırılır.
 
Proqnozlaşdırmanın mahiyyəti ondan iba­rətdir ki, burada proses başlamazdan qabaq mövcud konkret şəraitdə əldə ediləcək mümkün nəticələrə ilkin qiymət verilir. Proq­noz­laş­dırma mü­rəkkəb metodikalarla həyata keçirilir. Peda­qoq­lar pedaqoji prose­sin az səmərəli olacağını və ya arzuolunmaz nəti­cə­lə­rə gətirib çıxa­ra­cağını gözləmədən onun planlaşdırılmasına və gedişinə fəal müdaxilə etmək imkanı qazanırlar .



Pedaqoji prosesin əsas mərhələləri qarşılıqlı əlaqəli, mühüm elementləri özündə birləşdirir. Bu mərhələ özlüyündə digər sis­tem­lərdən nisbi təcrid olunmuş bir sistemdir. Onun aşağıdakı ele­ment­ləri vardır: qarşıdakı fəaliyyətin məqsəd və vəzifələrinin müəy­­­yən olun­ma­sı və izah edilməsi; pedaqoqlarla şagirdlərin qarşı­lıq­lı təsi­ri; pe­da­qo­ji prosesin nəzərdə tutulmuş metodları; vəzifələri və for­ma­ları; əl­ve­rişli şəraitin yaradılması; məktəblilərin fəaliyyətini sti­mul­laşdırmaq üçün müxtəlif tədbirləri həyata keçirmək; pedaqoji pro­sesin digər proseslərlə əlaqəsini təmin etmək.
 
Pedaqoji prosesin sə­mə­rəliliyi bu elementlərin bir-birilə məqsədyönlü əlaqəsindən, onla­rın istiqamə­ti­nin və praktik həyata keçirilməsinin ümumi məqsədə və bir-birinə zidd olmamasından asılıdır. Pedaqoji prosesin həyata keçirilmə mər­hələsində onun idarə edilməsi ilə bağlı operativ qərarlar qəbul etmək üçün əks əlaqənin mühüm rolu vardır. Əks əlaqə prosesi keyfiyyətlə idarə etmək üçün əsasdır.
 
Bununla əlaqədar qeyd etmək lazımdır ki, pedaqoji proses sistemi xeyli dərəcədə özünü tənzim­ləyən sistemdir, çünki orada iştirak edən insanlar öz iradəsinə və sərbəst seçmə im­ka­nı­na malikdirlər. Pedaqoji prosesin gedişində operativ əks əlaqənin yaradılması qarşılıqlı təsirdə vaxtında düzəlişlər aparmağa kömək edir. 

Pedaqoji prosesin yekun mərhələsi alınan nəticələrin təhlili ilə başa çatır. Təhlil edən zaman pedaqoq buraxılan səhvlərdən həm nə­ti­cə çıxarır, həm öyrənir və həm də inkişaf edir. Ona görə də ciddi təh­lil və özünütəhlil pedaqoji ustalığın yüksəldilməsinin ən mühüm şər­tidir. Pedaqoji prosesin gedişi və nəticələri proqnozlara uyğun gəl­­mir­sə, onda səhvin harada, necə və nə üçün buraxıldığını müəy-yən et­mək lazımdır. Praktika göstərir ki, pedaqoq prosesin diaq-nos-ti­kasını və proqnozunu nəzərə almayanda daha çox səhv buraxır. Be­lə proses şa­girdlərin vaxtını almaq, marağını itirməkdən başqa heç bir şey vermir. 



Загрузка...
Həmçinin oxuyun: