Müəllim şəxsiyyətinin psixoloji xüsusiyyətləri
Pedaqoqun peşəkarlığı- onun peşəkar fəaliyyət bacarıqlarının, təlim və tərbiyə prosesində qarşıya qoyulmuş vəzifələrin öhdəsindən gəlməyə xidmət edən və peşə baxımından vacib olan psixoloji keyfiyyətlərin olmasını nəzərdə tutur.
Pedaqoqun peşəkarlığı bir sıra meyarlara cavab verməlidir. Onlar aşağıdakılardır:
1.Obyektiv meyarlar: pedaqoji fəaliyyətin effektiv təşkili (onun əsas növlərinin öyrədici, inkişafetdirici, tərbiyəedici, habelə pedaqoqun fəaliyyətinə kömək edən - diaqnostik, korreksion, konsultasion, təşkilati-idarəedici, özünütəhsil və s.)
2.Subyektiv meyarlar: davamlı pedaqoji istiqamətlənmə (peşədə qalmaq istəyi), dəyərlər, özünə peşəkar kimi müsbət, əməkdən məmnunluq.
3.Prosesual meyarlar: pedaqoqun fəaliyyətində sosiallığa uyğun humanistik yönümlü texnologiyalardan istifadəsi.
4.Nəticəvi meyarlar: pedaqoji əməkdə cəmiyyət tərəfindən sifariş olunan (iştirakçıların şəxsiyyətin formalaşdırılması, sürətli və dinamik cəmiyyətdə həyata hazırlığın təmin olunması) nəticələrə nail olmaq.
Pedaqoqun peşəkarlığın səviyyələri müəyyən ierarxiya malik olub pedaqoji əməyin daha yüksək göstəricilərini özündə əks etdirir. Onun aşağıdakı səviyyələrini fərqləndirirlər:
a) Peşəyə yiyələnmə səviyyəsi, ona adaptasiya, müəllim tərəfindən zəruri normaların, üsulların, texnologiyaların ilkin mənimsənilməsi:
b) Pedaqoji ustalıq səviyyəsi - peşədə yığılmış mövcud təcrübənin ən yaxşı nümunələrinin ötürülməsi iştirakçılara təcrübədə mövcud olan yollarla fərdi yanaşmağın öyrədilməsi, bilikləri ötürmək metodlarına yiyələnmə, şəxsiyyətyönümlü təlimin həyata keçirilməsi:
c) Pedaqoqun peşədə özünüaktuallaşdırma səviyyəsi - pedaqoji peşənin müəllim şəxsiyyətinin inkişafına xidmət edən imkanlarının dərk olunması, peşə üsulları ilə özünü inkişaf etdirmək, öz pozitiv keyfiyyətlərinin gücləndirilməsi, neqativlərin gizlədilməsi, fərdi üslubun möhkəmləndirilməsi:
d) Pedaqoji yaradıcılıq səviyyəsi - şəxsi yaradıcı töhfəsi ilə pedaqoqun təcrübədə öz peşəsini zənginləşdirməsi, təlim prosesinin təşkili formalarına aid olmasından asılı olmayaraq müəllifi olduğu cümlələri ideyaları təlim prosesinə daxil etməsi, habelə təlim və tərbiyədə yeni pedaqoji sistemlərin yaradılması.
Pedaqoqun peşəkarlığı özündə iki komponenti ehtiva edir.
1. Pedaqoji fəaliyyətin ayrı-ayrı növlərinin effektiv nəticəyönümlü icrası (öyrədici, inkişafetdirici, tərbiyəedici, diaqnostik, korreksion, özünütəhsil və s.)
2.Tam humanistikyönümlü pedaqoji ünsiyyət. Pedaqoji prosesin digər iştirakçıları ilə əməkdaşlığı təmin etməyə istiqamətlənmiş səviyyə (iştirakçılarla, əməkdaşlarla, pedaqoqlarla, inzibati işçilərlə)