AzTehsil.com


Xəbərlər / Müəllim
30 noyabr 2017
5 525


Hər kəsə “müəllim” deyə bilərikmi…



"Müəllim” öyrədən deməkdir; flektiv dillər qrupuna aid olan ərəb dilində "alim”, "molla”, "elm,” "üləma” ifadələri ilə eyni kökənə və yaxın mənaya sahibdir. Orta əsrlərdən bu yana isə sırf pedaqoji termin kimi hər hansı akademik sahəni və fənni tədris edən şəxsə deyilir.

 

Amma razılaşaq ki, cəmiyyətimizdə "müəllim” təkcə pedaqoji kadrlara yox, hörmət əlaməti, dəyər göstəricisi olaraq, müraciət forması kimi də əksər şəxslərə ünvanlanır. İdarələrdə, ofislərdə, ictimai yerlərdə, dükan-bazarda - bir sözlə, hər yerdə "müəllim” ifadəsi artıq geniş yayılıb.


Doğrudur, orta əsrlər Şərqində də bu ifadə həmin məqsədlə-yəni müraciət forması kimi hörmət mənasında işlənib. Lakin dünyanın heç yerində "müəllim” ümumi müraciət forması kimi istifadə olunmur. Dünyanın müxtəlif ölkələrində "senyor”, "mister”, "don”, "ser”, "bay”, "qospadin”, "sayın”, "bəy”, "ağa” və s. müraciət formaları var. Amma heç yerdə pedaqoji termin olan "müəllim”dən sırf bu məqsədlə istifadə olunmur.

Ümumiyyətlə, "müəllim” sözünün hər kəsə deyilməsi nə dərəcədə doğrudur? Biz niyə hörmətli şəxsə, ziyalıya başqa cür yox, məhz "müəllim” deyərək xitab edirik? Bunun tarixçəsi hardan qaynaqlanır?


Sosioloq Əhməd Qəşəmoğlu modern.az-a "müəllim” ifadəsinin hörmət göstəricili müraciət forması kimi işlənməsinin səbəb və tarixçəsindən danışıb:


""Müəllim” kəlməsinin məşhurlaşmasının səbəbi var: bir zamanlar ucqar yerlərdə, kəndlərdə, lap elə şəhərlərdə də müəllimlər xüsusi nüfuza sahib idilər. Əvvəllər ucqar yerlərdə, kənar şəhərlərdə oxuyan insanlara, savadlı şəxslərə, yazarlara "mirzə” deyirdilər. Bu, həm də nüfuz göstəricisi idi. Oxuma-yazma savadı olanlara "mirzə” demək həm də şərəf məsələsinə çevrilmişdi. Sonra isə sovet dövründə insanlar kütləvi şəkildə təhsil aldılar. Demək olar, hamısı oxuma-yazmağı bildilər. Daha kiməsə "mirzə” deməyə gərək qalmadı. Amma onu başqa bir şərəf titulu əvəzlədi. Kəndlərdə insanları öyrədən adamlara, xüsusi savad sahiblərinə hörmət əlaməti olaraq "müəllim” dedilər. Daha sonra əlində maddi imkanı olan, müəyyən nüfuz qazanan şəxs də çalışırdı ki, ona da "müəllim” desinlər. Çünki müəllim o zaman təkcə peşə yox, həm də şərəf göstəricisi idi. Bu cür adamlar da çalışırdılar ki, fərqlənmək üçün onlara "müəllim” deyilsin. Kənddə kolxoz sədri, partkom və s. çalışdı ki, ona da bu adla xitab edilsin. Beləcə "müəllim” sözü bu göstəricilərə görə yayıldı; həm həqiqi, həm də məcazi mənasında.

Həmçinin, sovet vaxtında ən məşhur ifadə sayılan "yoldaş” sözü siyasi səbəblərə görə aradan qaldırıldı. Amma bu ifadənin yeri boş qalmadı, onu "müəllim” əvəz etdi. Beləcə, bu ifadə daha çox müraciət vasitəsi olaraq yayılmağa başladı”. 


Əhməd Qəşəmoğlu bu ifadənin müraciət forması kimi istifadə olunmasını doğru saymayaraq, qarşılıq da təklif edir:


""Müəllim” kəlməsindən  müraciət forması kimi istifadə etməyimiz düzgün deyil. Bizdə bir ara daha çox "bəy” sözü dəbdə idi. Amma daha sonralar müəyyən səbəblərdən bu ifadənin üzərinə kölgə düşdü. Amma belə olmamalı idi. "Bəy” nə demədir? – "Bəy” türk mənşəli sözdür, "zəngin” demədir. Qarşındakı adama o  kəlmə ilə müraciət etməyin o deməkdir ki, sən onu sıradan bir şəxs hesab etmir, bir şəxsiyyət olaraq onu mənəvi cəhətdən zəngin şəxs sayırsan.


"Müəllim” isə öyrədən deməkdir. Hər adama "müəllim” demək olmaz. İstənilən bir gəncə, yaxud, hansısa peşə sahibinə "müəllim” deyəndə məna itir. Biz istənilən gəncə, peşə sahibinə "bəy”, yaxud "zəngin” deyə bilərik. Məsələn, mən məmuniyyətlə özümdən xeyli gənc olan birinə, tələbəmə "bəy” deyə, bununla da onu mənən zəngin bir insan kimi düşünə bilərəm. Amma elə adam var ki, ona "müəllim” demək sadəcə, heyrət doğurur. Bir şeyi müşahidə etmişəm: Türkiyədən bizə qonaq gələn Türkiyə türkünə rütbəsindən, kimliyindən asılı olmayaraq "bəy” deyirik. Sağımızda türkiyəli varsa, ona "bəy”, solumuzda azərbaycanlı varsa "müəllim” deyirik. Bu absurddur.


Düşünürəm ki, konkretlik  olmalıdır; biz "bəy” sözünü embarqodan çıxarmalıyıq. Əhalisi 80 milyona yaxın ölkənin –Türkiyənin vətəndaşı bizə qonaq gələndə kimliyindən asılı olmayaraq, ona "bəy” deyiriksə, deməli, bu ifadə qəbulolunandır. Ona görə də çalışmalıyıq ki, burada fikir aydınlığı olsun. Biz "bəy” sözündən yaxşı müraciət forması fikirləşə bilməyəcəyik. Niyə də fikirləşək ki? Türkiyədə və  başqa türk dövlətlərində "bəy” müraciəti varsa, bizdə də türk qardaşlığı,  yaxınlığı üçün bu müraciət olmalıdır”.

 

Yazıçı-tərcüməçi Nəriman Əbdürrəhmanlı "müəllim" deyimini ancaq pedaqogikayla əlaqələndirməyi düzgün hal hesab etmir.

 

Onun fikrincə, müəllimlik tarixən ən şərəfli məqamlardan biri olduğu üçün indiki zamanda da birini şərəfləndirmək və ona dəyər verdiyini göstərmək üçün bu müraciətdən istifadə edilir:

 

""Müəllim” (alim) tarixən ən hörmətli şəxs olub. Bu səbəbdən də bir kəsə hörmət bildirəndə onu müəllim hörmətinə mindirmək ənənəsi yaranıb. Anadolu türklərində də "xoca" deyimi bu mənanı verir. Sonralar "əfəndi" deyimi geniş yayılıb. Azərbaycan arealında da "bəy" ifadəsindən istifadə olunub. Düzdür, hamıya "müəllim" demək olmaz, amma bir çox hallarda "bəy" deyim müraciət eləmək də gülünc səslənir. Ruslar atasının adını işlətməklə, gürcülər "batonu" deyimilə bu çətinlikdən çıxırlar. Bizdə hələ ki, "müəllim" deyimini əvəz eləyə biləcək bir ifadə yoxdu. Şəxsən mən təhsilli adamlara bu cür müraciət eləməyə pis baxmıram. Ümumiyyətlə, "müəllim" deyimini ancaq pedaqogikayla əlaqələndirmək düzgün deyil, bu söz hörmətlə yanaşı, yaşca böyüklüyü də ifadə edir”.

 

Psixoloq Elnur Rüstəmov isə məsələyə sırf öz sahəsindən yanaşıb. Onun sözlərinə görə, "müəllim” bizim kollektiv təhtəlşüurumuzda artıq özünə yer tutub. Artıq qarşı tərəfə verilən hörmətin əsas  göstəricisinə çevrilib:


""Müəllim” bizim üçün hər zaman uca ad olub. Müəllim özünün davranışları, biliyi ilə hər zaman digərlərinə nümunə sayılıb. Ona görə də biz də hər zaman özümüzdın böyüklərə, hörmət etdiyimiz insanlara məhz "müəllim” deyərək,  müraciət etmişik. Bunun kökündə o insana göstərdiyimiz dəyər dayanır.


Niyə məhz "müəllim” müraciətinin çox yayılmasından danışırıqsa, yaxşı olar ki, analogiya aparaq; "bəy” anlayışı nəsildən nəslə ötürülə bilir. Amma müəllim adını insanın özü qazanmalı və bu adı qorumalıdır. Ona görə də, bu söz bizdə daha çox oturuşdu. Xarici ölkələrdə müxtəlif müraciət formaları var. "Müəllim” bizim kollektiv təhtəlşüurumuzda qarşı tərəfə verilən hörmətin dayandığının göstəricisidir”.




Загрузка...
Həmçinin oxuyun:
Müəllim və şagird arasında problemləri aradan qaldırmaq üçün 8 tövsiyyə

Müəllim və şagird arasında problemləri aradan qaldırmaq üçün 8 tövsiyyə

Müəllim olmaq fədakar olmaq deməkdir - Gənc müəllim Zahir Abbasov.

Müəllim olmaq fədakar olmaq deməkdir - Gənc müəllim Zahir Abbasov.

Cəmiyyəti bu günə müəllim qoyub ? - Şəmil Sadıq

Cəmiyyəti bu günə müəllim qoyub ? - Şəmil Sadıq

Xınalığı seçən  gənc müəllim: “Hələ qış qarşıdadır, görək başımıza nə gəlir”

Xınalığı seçən gənc müəllim: “Hələ qış qarşıdadır, görək başımıza nə gəlir”

Şəmil Sadıq - İçi boş, cibi dolu adamlar kostyum geyinib qalstuk bağlamaqla özlərini müəllim kimi göstərməyə çalışırlar…

Şəmil Sadıq - İçi boş, cibi dolu adamlar kostyum geyinib qalstuk bağlamaqla özlərini müəllim kimi göstərməyə çalışırlar…

"Mən özümü fədakar müəllim hesab etmirəm."

"Mən özümü fədakar müəllim hesab etmirəm."

“Yenidən dünyaya gəlsəm yenə müəllim olaram” -Xalidə İsmayılova

“Yenidən dünyaya gəlsəm yenə müəllim olaram” -Xalidə İsmayılova

36 illik təcrübəsi olan müəllimlə müsahibə

36 illik təcrübəsi olan müəllimlə müsahibə

SƏMƏD SEYİDOV: “...Savadlı müəllim, professor, elmlər namizədi adını almaq istəmir ”

SƏMƏD SEYİDOV: “...Savadlı müəllim, professor, elmlər namizədi adını almaq istəmir ”

Müəllim kimdir? - Vəzifədir, şərəfli olduğu qədər də...

Müəllim kimdir? - Vəzifədir, şərəfli olduğu qədər də...

Müəllim şəxsiyyəti -Etik Davranış Qaydalarından ...

Müəllim şəxsiyyəti -Etik Davranış Qaydalarından ...

Bakıdan ucqar kənd məktəbinə gedən gənc müəllim: "Şagirdlərim deyir, biz böyüyənəcən heç yerə getməyin"

Bakıdan ucqar kənd məktəbinə gedən gənc müəllim: "Şagirdlərim deyir, biz böyüyənəcən heç yerə getməyin"

Müəllimin şəxsi keyfiyyətləri , Müəllimin peşə qabiliyyətləri.

Müəllimin şəxsi keyfiyyətləri , Müəllimin peşə qabiliyyətləri.

Ucqar kənd məktəbinə işə qəbul olunanda  fikirləşdim ki, mənə çətin olacaq...GƏNC MÜƏLLİM

Ucqar kənd məktəbinə işə qəbul olunanda fikirləşdim ki, mənə çətin olacaq...GƏNC MÜƏLLİM

Direktor və müavinlər məktəbdə dərs deyə biləcəklərmi?-ekspertlərin rəyi

Direktor və müavinlər məktəbdə dərs deyə biləcəklərmi?-ekspertlərin rəyi

Uşağınızı məktəbə belə hazırlayın – PSİXOLOQ YOLLARI GÖSTƏRİR

Uşağınızı məktəbə belə hazırlayın – PSİXOLOQ YOLLARI GÖSTƏRİR

“Müəllimlik itirilmiş sənət deyil, lakin müəllimə hörmət itirilmiş ənənədir”

“Müəllimlik itirilmiş sənət deyil, lakin müəllimə hörmət itirilmiş ənənədir”

Heç zaman unudulmayan müəllimlərimiz

Heç zaman unudulmayan müəllimlərimiz

"Diplomsuzlar 800, savadlı müəllim 150 manat maaş alır"-  EKSPERT

"Diplomsuzlar 800, savadlı müəllim 150 manat maaş alır"- EKSPERT

Müəllimlərlə bağlı Mikayıl Cabbarova vacib müraciət/VİDEO

Müəllimlərlə bağlı Mikayıl Cabbarova vacib müraciət/VİDEO

Müəllim kimdir ?

Müəllim kimdir ?

"Müəllimmi özünü belə nüfuzdan salıb, yoxsa cəmiyyətmi standartlarını dəyişib?!.."

"Müəllimmi özünü belə nüfuzdan salıb, yoxsa cəmiyyətmi standartlarını dəyişib?!.."

Müəllimləri hörmətdən salan, el arasında xar edən kimlərdir? - Magistrdan dərs kimi yazı

Müəllimləri hörmətdən salan, el arasında xar edən kimlərdir? - Magistrdan dərs kimi yazı

DƏYƏRSİZ MÜƏLLİMLƏR

DƏYƏRSİZ MÜƏLLİMLƏR