Psixoloji ədəbiyyatda müəllimlər və tərbiyəçilər tərəfindən "çətin” uşaqlar anlayışına tez-tez rast gəlirik. Bunun səbəbini isə bir çox amillərlə izah edirlər.
"Çətin”uşaqlar dedikdə çox vaxt sözə baxmayan, dərsdə səs salan,dərsi pozan uşaqlar nəzərdə tutulur. Buna pedaqoji baxımsızlıq səbəbindən yaranan uşaqları aid edirlər. Psixoloji ədəbiyyatda "çətin” uşaqların psixolji təhlilini belə verirlər.
-davranışında, hərəkətlərində çətinlik dərəcəsi müəyyənləşdirilən uşaqlar,
-baxımsızlıq səbəbindən əxlaqında, dünyagörünüşündə, əqidəsində yaranan çətinlik dərəcəsi olan uşaqlar,
-əlverişsiz, çətin şəraitdə tərbiyə olunan uşaqlarda özünü göstərən çətinlik dərəcəsi olan uşaqlar. Belə şagirdlərlə valideyinlərin, müəllimlərin və tərbiyəçilərin düzgün olmayan, düzgün təşkil olunmayan tərbiyə əsasında yaranan çətinlik dərəcəsi qeyd olunan çətin uşaqlar,
-düzgün qurulmayan münasibətlər əsasında yaranan çətin uşaqlar.
L.D.Stolyarenko "çətin”uşaqları üç qrupa bölür:
-Təcavüzkar uşaqlar- bütün uşaqlar həyatlarında təcavüzkar hərəkət edirlər. Bu onların yaş və ya rastlaşdıqları sosial şəraitlə bağlı ola bilər. Amma belə uşaqları təcavüzkar kimi adlandırmaq olmaz. Çünki, belə uşaqlarda təcavüzkarlıq hərdən şəraitlə əlaqdar olaraq yaranmır. Bu onların xarakterik əlamətlərinə çevrilir və həmişə də özünü göstərir. Ancaq belə olan halda onları təcavüzkar adlandırmaq olar.
-Yüksək, idarə olunmayan səviyyəyə çatan emosianallığa malik olan uşaqlar- belə uşaqların hər hərəkəti yüksək həyəcanlıqla qarşılanır və bunu ətrafındakılara da keçirir. Onlar kədərlənəndə də, sevinəndə də bunu yüksək həyəcanlıqala qarşılayır.Yəni, diqqəti cəlb etməyi sevirlər.
-Hədsiz dərəcədə utancaq, hər şeydən tez təsirlənən, küsəyən, qorxax, həyəcanlı uşaqlar- belə uşaqlar diqqət cəlb etməyi sevmirlər. Utandıqları üçün problemlərini gizlədir və heç kimə demirlər.
”Çətin” uşaqların psixoloji təhlilini verərkən müxtəlif səbəblərə toxunurlar. Yəni, belə uşaqların yaranma səbəbi müxtəlifdir. Bunlaradan ən başlıcası və birincisi ailə tərbiyəsində yol verilən nöqsanlarla bağlıdır.
Buna səbəb yarımçıq ailənin olması, ailədə valideyinlərin əxlaq tərbiyəsinin normal səviyyədə olmaması, ailədə uşağın inkişaf üçün normal şəraitin olmaması, valideyinlər arasında yaranan söz-söhbət. Ailədə olan hər bir hərəkət və deyilən hər bir söz uşaq psixologiyasına təsir edir. Bu, uşağın sonrakı inkişafında, onun məktəb həyatında, sinif yoldaşları ilə münasibətində özünü göstərir. Amma bütöv ailədə, uşağın rəyi nəzərə alınan və onunla yaxşı münasibətdə olan ailələrdə uşaqlarda təcavüzkarlıq az olur. Buna görədə ailələr uşaqlarla münasibəti düzgün qurmalıdır ki, onlarda belə hallar olmasın.
Çətin uşaqlarla iş məktəb psixoloqlarının öhdəsinə düşür. Belə ki, məktəb psixoloqları çalışmalıdır ki, uşaqlarda belə halların yaranma səbəblərini diaqnostik metodların köməyi ilə vaxtında araşdırıb, səbəbini vaxtında tapıb, ona uyğun da psixoprafilaktik işlər aparılmalıdır. Psixoprafilaktik işləri aparakən mütləq şagirdlərin fərdi xüsusiyyətləri nəzərə alınmalıdır. Bəzən müəllimlər belə uşaqlarla işdən çəkinir və bir sözlə onlardan yaxa qurtarmağa çalışırlar. Belə olan hallada müəllimlər onlarla heç bir tərbiyəvi tədbirlər aparmırlar.
Təcrübəsiz müəllimlərin isə bu uşaqlarla apardıqları işlər plansız və məqsədsiz olduqları üçün onların işləri heç bir müsbət təsirini vermir və əksinə uşaqların tərbiyəsini daha da pozur. Müsair psixologiyanın imkanları genişdir və bu imkanlara əsasən şagirdlərin bu cür hallarının qarşısını almaq olar.
Şagirdlərdə yaranan bu cür qüsurları aradan qaldırmaq üçün bu istiqamətlərdən istifadə etmək olar.
-müəllimin məktəb həyatına yenicə qədəm qoyan hər bir şagirdin psixoloji xarakterstikası ilə tanış olması və orada göstərilən çətinlikləri özü üçün ayrıd etməsi,
-bu cür uşaqlarla işləməyin yollarını axtarmaq, bu işdə hamılıqla əlbir olub yaranan çətin vəziyyəti araradn qaldırmaq və belə şagirdləri məktəbə və sinif yoldaşlarına daha da yaxınlaşdırmaq
-belə şagirdlərin davranış və rəftarında yaranan çətinliklərlə əlaqədar müəllimləri və ya pedaqoji fəaliyyətin onlara verdikləri məsləhətləri nəzərə almaq
Bu işdə məktəb kollektivi əsasən uşaqların valideyinləri və məktəb psixoloqu birgə iş aparmalıdır.