AzTehsil.com

Xəbərlər / İnnovasiyalar / İKT / Direktor / Müəllim / Digər Elan / Dünya / Bölgə
27 noyabr 2025
851

Bu imtahanlar YEKUNLAŞIR

Zal nəzarətçisi sertifikatı əldə etmək istəyən namizədlərlə ilkin test imtahanı mərhələsi yekunlaşır, təlimlər mərhələsinə başlanılır.

AzTehsil.com xəbər verir ki, elektron qeydiyyat 6 oktyabr 2025-ci il tarixində sona çatmışdır. 2935 nəfər öz müraciətini təsdiq edib və tələblərə cavab verən 2236 nəfər müsahibə mərhələsinə buraxılıb. Müsahibə mərhələsi üçün vaxt seçimi edən 2000 namizəddən 1585 nəfər məqbul alaraq növbəti mərhələyə buraxılıb, 180 nəfər qeyri-məqbulla qiymətləndirilib, 235 nəfər isə bu mərhələdə iştirak etməyib. 

Müsahibədən keçən namizədlər müəyyən edilmiş vaxtda ümumi intellektual səviyyəni və situasiya mühakimə bacarıqlarını yoxlayan ilkin test imtahanı mərhələsinə dəvət edilirlər. İlkin test imtahanı kompüter vasitəsilə həyata keçirilir. İmtahanda namizədlərə məntiqi təfəkkürü yoxlayan 30 qapalı tipli test tapşırığı və situasiya mühakimə bacarıqlarını yoxlayan 30 qapalı tipli test tapşırığı təqdim olunur. Səhv cavablar ümumi nəticəyə təsir etmir. Ümumi intellekt səviyyəsini yoxlayan testlər bloku üzrə test tapşırıqlarının cavablandırılmasına 1 saat, situasiya mühakimə bacarıqlarını yoxlayan testlər bloku üzrə 45 dəqiqə vaxt ayrılır. İmtahan fasilə verilmədən aparılır. Ümumi intellekt səviyyəsini yoxlayan testlər bloku üzrə nəticəsi ən az 40% və situasiya mühakimə bacarıqlarını yoxlayan testlər bloku üzrə nəticəsi ən az 50% olan namizədlər növbəti mərhələyə - təlimlər mərhələsinə buraxılırlar.

İlkin test imtahanı mərhələsi üçün indiyə qədər vaxt seçimi edən 1448 namizəddən 1076 nəfər məqbul alaraq növbəti mərhələyə buraxılıb, 255 nəfər qeyri-məqbulla qiymətləndirilib, 16 nəfər isə bu mərhələdə iştirak etməyib.

Qeyd edək ki, ilkin test imtahanının Dövlət İmtahan Mərkəzinin Lənkəran Regional Bölməsi üzrə 26-28 noyabr, Xaçmaz Regional Bölməsi üzrə 29-30 noyabr, Naxçıvan Regonal Bölməsi üzrə 30 noyabr tarixlərində keçirilməsi nəzərdə tutulub.

İlkin test imtahanı mərhələsini uğurla keçən namizədlər müəyyən edilmiş qrafikə uyğun olaraq “İmtahan prosesinin psixoloji xüsusiyyətləri” adlı birinci təlimə cəlb olunurlar. Təlimə qeydiyyat elektron qaydada aparılır. Namizədin mobil telefonuna və elektron poçt ünvanına məlumat gəldikdən və növbəti mərhələlər üçün tələb olunan məbləği şəxsi kabinetinə əlavə etdikdən sonra elektron anketinə daxil olaraq birinci təlim üçün təlim vaxtını və gününü seçir.

Birinci təlim günü: “İmtahan prosesinin psixoloji xüsusiyyətləri” təlimi imtahan prosesinə aid stres və təlaş, imtahana cəlb olunan tərəflərin psixoloji portretləri, ilkin təəssüratın imtahan gedişatına təsiri, imtahan prosesində ünsiyyət xüsusiyyətləri, imtahana psixoloji hazırlıq və bu kimi bir sıra mövzuları əhatə edir.

Təlim zamanı təlimçilər namizədləri qiymətləndirir və təlimin gündəliyində qeydlər aparır, namizədlərin tədrisin interaktiv hissəsində fəal iştirakını, stres vəziyyətində və qrup şəklində işləmək bacarıqlarını qeyd edir, problemli, münaqişə və konflikt yaradan, həddindən artıq passiv namizədlərə sertifikat verilməməsi üçün xüsusi rəy verirlər.

Zal nəzarətçilərinin fəaliyyətinin sertifikatlaşdırılması mərhələləri ilə bağlı sualı olanlar imtahan@dim.gov.az poçt ünvanına və 0552071131 (vatsap aktivdir) mobil nömrəsinə yaza və ya DİM-in regional bölmələrinə müraciət edə bilərlər.

Zal nəzarətçisinin fəaliyyətinin sertifikatlaşdırılması qaydaları ilə tanış olmaq üçün bu linkə daxil ola bilərsiniz.

Həmçinin oxuyun:
“Gənc müəllimlərin peşəkarlıq səviyyəsi artdıqca təhsilin səviyyəsi artır” – MÜSAHİBƏ

“Gənc müəllimlərin peşəkarlıq səviyyəsi artdıqca təhsilin səviyyəsi artır” – MÜSAHİBƏ

Prezident və birinci xanım Ağdamda Sarıcalı kənd körpələr evi-uşaq bağçasının və tam orta məktəbin açılışlarında iştirak ediblər

Alimlərin fəaliyyəti: Elmi dərəcə və ad almaq kifayətdirmi?

Alimlərin fəaliyyəti: Elmi dərəcə və ad almaq kifayətdirmi?

Cəlil Bağırov: Peşə təhsilinin ənənəvi qaydalarından kənara çıxmağa çalışırıq

Məktəblilərin neqativ davranışı: Valideynlər nə etməlidirlər?

Məktəblilərin neqativ davranışı: Valideynlər nə etməlidirlər?

Məktəblilərin neqativ davranışı zamanı bəs valideynlər nə etməlidirlər?

Məktəblilərin neqativ davranışı zamanı bəs valideynlər nə etməlidirlər?

Zal nəzarətçisi fəaliyyətinin sertifikatlaşdırılması prosesinin qeydiyyat mərhələsi başlanıb

Zal nəzarətçisi fəaliyyətinin sertifikatlaşdırılması prosesinin qeydiyyat mərhələsi başlanıb

İmtahanda şagirdlərə kömək edən nəzarətçiləri hansı cəza gözləyir?

İmtahanda şagirdlərə kömək edən nəzarətçiləri hansı cəza gözləyir?

Repetitorluğa yönəldilən şagirdlər kollektiv təhsil mühitindən və sosial inkişafdan məhrum olurlar

Fidan Nəcəfova: Rəqəmsallaşma müəllimlərin iş yükünü azaldacaq – MÜSAHİBƏ

Fidan Nəcəfova: Rəqəmsallaşma müəllimlərin iş yükünü azaldacaq – MÜSAHİBƏ

“Şagirdlərin biliyinə qiymət vermək haqqında” – QƏZETİN ARXİVİNDƏN

“Şagirdlərin biliyinə qiymət vermək haqqında” – QƏZETİN ARXİVİNDƏN

Xaricdə doktorantura təhsili almaq istəyənlərdən bu sənəd tələb edilməyəcək

Xaricdə doktorantura təhsili almaq istəyənlərdən bu sənəd tələb edilməyəcək

Tarixi faciələr şagirdlərə necə öyrədilməlidir?

Tarixi faciələr şagirdlərə necə öyrədilməlidir?

Zal nəzarətçisi sertifikatı əldə etmək istəyən namizədlərlə müsahibə mərhələsinə başlanılıb

Zal nəzarətçisi sertifikatı əldə etmək istəyən namizədlərlə müsahibə mərhələsinə başlanılıb

Elmi nəşrlər qlobal miqyasda tanınmalı, ölkəmizin elmi brendinə çevrilməlidir

Elmi nəşrlər qlobal miqyasda tanınmalı, ölkəmizin elmi brendinə çevrilməlidir

2020-2021-ci tədris ili üçün ümumi təhsil müəssisələrinin I sinfinə şagird qəbulunun elektron sistem vasitəsilə həyata keçirilməsinə dair     SUAL-CAVAB

2020-2021-ci tədris ili üçün ümumi təhsil müəssisələrinin I sinfinə şagird qəbulunun elektron sistem vasitəsilə həyata keçirilməsinə dair SUAL-CAVAB

Məntiq: şagirdlərimizi necə iflic edir? - TƏHLİL

Məntiq: şagirdlərimizi necə iflic edir? - TƏHLİL

2020-2021-ci dərs ili üçün I sinfə şagird qəbulu ilə bağlı suallar və onların cavabları

2020-2021-ci dərs ili üçün I sinfə şagird qəbulu ilə bağlı suallar və onların cavabları

Cənubi Avstraliyada telefon qadağası şagird davranışlarını yaxşılaşdırıb

Cənubi Avstraliyada telefon qadağası şagird davranışlarını yaxşılaşdırıb

Məleykə Abbaszadə DİM-in yaradılmasının 5-ci ildönümü ilə bağlı fikirlərini bölüşüb

Məleykə Abbaszadə DİM-in yaradılmasının 5-ci ildönümü ilə bağlı fikirlərini bölüşüb

DİM zal nəzarətçiləri üçün təlimləri onlayn rejimdə keçirir

DİM zal nəzarətçiləri üçün təlimləri onlayn rejimdə keçirir