AzTehsil.com

Cəmiyyət / Texnologiya / Maraqlı / Dünya / Şagird / Xəbərlər / Müəllim / Direktor
23 mart 2025
57

Cənubi Avstraliyada telefon qadağası şagird davranışlarını yaxşılaşdırıb



Cənubi Avstraliyanın dövlət məktəblərində mobil telefon qadağasının 12 aylıq təhlili şagird davranışlarında əhəmiyyətli dərəcədə irəliləyişlərin müşahidə olunduğunu göstərib. Belə ki, məktəb rəhbərlərinin 93%-i telefonla bağlı problemlərin həlli üçün ayrılan vaxtın azaldığını bildirib. Həmçinin müəllim və valideynlərin əksəriyyəti şagirdlərin dərs zamanı diqqətinin artdığını və tənəffüslərdə daha pozitiv fəaliyyətlərə qatıldığını qeyd edib.

AzTehsil.com xəbər verir ki, telefon qadağası ilə bağlı bir illik icmalın hazırlanması və bu qərarın effektivliyinin ölçülməsi məqsədilə valideynlər, müəllimlər və şagirdlər arasında keçirilən sorğuda 3 000-dən çox cavab toplanıb. Nəticələrə əsasən:

  • Məktəb rəhbərlərinin 93% və müəllimlərin 79%-itelefon və sosial media ilə bağlı problemlərin həllinə sərf olunan vaxtın azaldığını bildiriblər;
  • Məktəb rəhbərlərinin 83% və müəllimlərin 75%-itənəffüslərdə daha pozitiv fəaliyyətlərin müşahidə olunduğunu qeyd ediblər;
  • Məktəb rəhbərlərinin 76% və müəllimlərin 70%-idərs zamanı diqqət və iştirakin artdığını bildiriblər;
  • Məktəb rəhbərlərinin 75% və müəllimlərin 64%-iməktəblərdə mobil cihazlarla bağlı baş verən insidentlərin azaldığını qeyd ediblər.

Sorğunun nəticələrinə əsasən, övladlarının sosial mediadan istifadəsinə görə narahat olan valideynlərin 77%, belə bir narahatlığı olmayan valideynlərin isə 61%-i qadağanın müsbət təsiri olduğunu hesab ediblər.

Qeyd edək ki, Cənubi Avstraliya ölkədə mobil telefonlara qarşı ən sərt qadağanı tətbiq edən ştatdır. Burada “bütün gün bağlı və kənarda” qaydası tətbiq edilir və bu qayda tənəffüslər də daxil olmaqla, bütün dərs günü ərzində qüvvədə olur. Təhlillər bu prosedurun məktəblərdə anti-sosial davranışların qarşısının alınmasında və insidentlərin azalmasında mühüm rol oynadığını göstərir.

Bundan əlavə, Təhsil Departamentinə verilən məktəb hesabatlarında ümumilikdə mobil telefonlar və sosial media ilə bağlı kritik insidentlərin azalması müşahidə olunub:

  • 2024-cü ildə sosial media problemləri ilə bağlı hadisələrin sayı 57.3% azalıb (2023-cü ildə 211 hadisə, 2024-cü ildə 90 hadisə);
  • Mobil cihazların iştirakı ilə davranış problemləri ilə bağlı hadisələrin sayı 37.9% azalıb (2023-cü ildə 166 hadisə, 2024-cü ildə 103 hadisə);
  • Nizam-intizamın, məktəbdaxili qaydaların pozulması halları isə 34% azalıb (2023-cü ildə 50 hadisə, 2024-cü ildə 33 hadisə).

Sorğuda iştirak edən şagirdlərdən tənəffüs və nahar fasilələrində nə etdikləri soruşulduqda onların əksəriyyəti digərləri ilə söhbət etdiklərini, gəzintiyə çıxdıqlarını və idman oyunları oynadıqlarını bildiriblər.

Qadağaya əlavə olaraq, Avstraliyada 2025-ci ildən etibarən şagirdlər üçün onlayn təhlükəsizlik, uyğunsuz rəqəmsal davranışların riskləri və dəstək strategiyaları ilə bağlı yenilənmiş təhsil proqramları təqdim ediləcək. Bu proqramlar onların rəqəmsal təhlükəsizlik və mobil cihazlardan düzgün istifadə bacarıqlarını daha da inkişaf etdirməsinə kömək edəcək.

Xatırladaq ki, tətbiq olunan qaydalara əsasən, bütün Cənubi Avstraliya dövlət məktəblərinin şagirdləri mobil telefonlarını və digər fərdi cihazlarını (ağıllı saatlar da daxil olmaqla) dərs saatlarında bağlı və göz önündən uzaqda saxlamalıdırlar. Yalnız müəyyən istisna hallarda müəllimlərin icazəsi ilə cihazlardan istifadə edilə bilər.



Həmçinin oxuyun:
AZƏRBAYCAN RESPUBLİKASININ ÜMUMTƏHSİL SİSTEMİNDƏ QİYMƏTLƏNDİRMƏ KONSEPSİYASI

AZƏRBAYCAN RESPUBLİKASININ ÜMUMTƏHSİL SİSTEMİNDƏ QİYMƏTLƏNDİRMƏ KONSEPSİYASI

Ənənəvi və interaktiv təlim metodlarının müqayisəli təhlili

Ənənəvi və interaktiv təlim metodlarının müqayisəli təhlili

İDARƏETMƏDƏ QƏRARLARIN HAZIRLANMASI VƏ QƏBUL EDİLMƏSİ PROSESİ

İDARƏETMƏDƏ QƏRARLARIN HAZIRLANMASI VƏ QƏBUL EDİLMƏSİ PROSESİ

Məktəb direktoru necə olmalıdır? - Beynəlxalq təcrübə...

Məktəb direktoru necə olmalıdır? - Beynəlxalq təcrübə...

Məktəb direktoru necə olmalıdır?

Məktəb direktoru necə olmalıdır?

Müəllimi ittiham eləmək asandır-Müəllim-şagird qovğası: kimdir günahkar?

Müəllimi ittiham eləmək asandır-Müəllim-şagird qovğası: kimdir günahkar?

Paytaxt təhsili 2021-ci təqvim ilində

Paytaxt təhsili 2021-ci təqvim ilində

Bakı təhsili: təqvim ilinin təhsil mənzərəsi

Bakı təhsili: təqvim ilinin təhsil mənzərəsi

Metodbirləşmələr

Metodbirləşmələr

Təhsilin inkişaf strategiyası: nailiyyətlər və əsas hədəflər - Nazir YAZDI

Təhsilin inkişaf strategiyası: nailiyyətlər və əsas hədəflər - Nazir YAZDI

Ümumtəhsil məktəblərində dərs cədvəlinin tərtibinə verilən tələblər

Ümumtəhsil məktəblərində dərs cədvəlinin tərtibinə verilən tələblər

"İm­ta­han­sız ali təh­sil mü­əs­si­sə­lə­ri­nə qə­bul müs­bət nə­ti­cə ve­rə bil­məz"-ekspertlərin rəyi

"İm­ta­han­sız ali təh­sil mü­əs­si­sə­lə­ri­nə qə­bul müs­bət nə­ti­cə ve­rə bil­məz"-ekspertlərin rəyi

Məktəb idarəediciləri OXUYUN !!! - Ümumtəhsil məktəblərində dərs cədvəlinin tərtibinə verilən tələblər

Məktəb idarəediciləri OXUYUN !!! - Ümumtəhsil məktəblərində dərs cədvəlinin tərtibinə verilən tələblər

Şagirdləri imtahanlarla yükləməkdən imtina etmək lazımdır

Şagirdləri imtahanlarla yükləməkdən imtina etmək lazımdır

Məktəb  həkiminin  işi haqqında  təlimat

Məktəb həkiminin işi haqqında təlimat

“Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası”  2017

“Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası” 2017

Pedaqoji Lüğət

Pedaqoji Lüğət

Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

Müəllimin tribunası : Müəllimlər arasında dərs bölgüsü necə olmalıdır?

Müəllimin tribunası : Müəllimlər arasında dərs bölgüsü necə olmalıdır?

Görülən tədbirlərin nəticəsi həm kəmiyyətdə, həm də keyfiyyətdə özünü göstərib

Görülən tədbirlərin nəticəsi həm kəmiyyətdə, həm də keyfiyyətdə özünü göstərib

Uğurlu təhsil islahatlarının banisi

Uğurlu təhsil islahatlarının banisi

Cənubi Koreya təhsil sisteminin  18 xüsusiyyəti

Cənubi Koreya təhsil sisteminin 18 xüsusiyyəti

Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası

Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası

Təhsil islahatı metodik kabinetlərin işinin təkmilləşdirilməsini tələb edir   I I hissə Metodbirləşmələr

Təhsil islahatı metodik kabinetlərin işinin təkmilləşdirilməsini tələb edir I I hissə Metodbirləşmələr