AzTehsil.com

Doktorantura
17 mart 2025
68

Xaricdə doktorantura təhsili almaq istəyənlərdən bu sənəd tələb edilməyəcək




Xaricdə doktorantura təhsili almaq istəyənlərdən bu sənəd tələb edilməyəcək

Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində     təhsil almalarına dair Dövlət Proqramı iştirakçılarının  
doktorantura səviyyəsi üzrə seçiminə dair meyarlar  müəyyənləşib. Ötən həftənin əsas təhsil hadisələrindən biri bununla bağlı Nazirlər Kabinetinin verdiyi qərar olub
Yeni meyarlarda hansı dəyişikliklər var və onlar nəyə əsasən formalaşıb?Bakalavriat və magistratura ilə yanaşı, doktorantura üçün də namizədlər seçiləcək

AzTehsil.com xəbər verir ki, Dövlət Proqramı İdarəetmə Qrupunun rəhbəri Turan Topalovanın sözlərinə görə, yeni meyarlar Prezident İlham Əliyevin 12 avqust 2024-cü il tarixli Sərəncamı ilə reallaşan dəyişiklikləri rəsmiləşdirib. Belə ki, həmin sərəncamla “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-ci illər üçün Dövlət Proqramı”nın müddəti 2028-ci ilədək uzadılıb və qəbul üzrə kvota sayı 500 nəfər müəyyən olunub. Sərəncama görə, 2025-ci ildən başlayaraq kvotanın 25 faizindən çox olmayan hissəsi bakalavriat, 20 faizindən çox olmayan hissəsi isə doktorantura səviyyəsini əhatə edib.

Beləliklə, Dövlət Proqramı çərçivəsində doktorantura təhsili almaq istəyənlər NK-nın bu qərarı ilə təsdiq edilən yeni meyarlar əsasında seçiləcəklər: “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2028-ci illər üçün Dövlət Proqramı” 2025-2026-cı tədris ilindən etibarən bakalavriat, magistratura və doktorantura səviyyələrinə tələbə qəbulunu həyata keçirməyə imkan yaradır. Bununla əlaqədar Dövlət Proqramına aid olan normativ sənədlərdə dəyişiklik edilib. Nəticə etibarilə doktoranturaya qəbul və maliyyələşmə qaydaları təsdiqlənib”.  

Xaricdə təhsil almaq istyən doktoranlar bu meyarlarla seçiləcək

T.Topalova seçim meyarlarına diqqət çəkib. Onun sözlərinə görə, namizəd ya 2024-2025-ci tədris ilində ölkənin ali təhsil müəssisəsinin magistratura səviyyəsində sonuncu kursda olmalı, ya da magistr ali elmi-ixtisas dərəcəsinə sahib olmalıdır. Xarici ali təhsil müəssisəsinə təhsil haqqı ilə bağlı depozitin ödənilməsi, namizəd tərəfindən transkriptin və ya əvvəlki təhsil səviyyəsi üzrə diplomun təqdim edilməsi istisna olmaqla, namizədin xarici ali təhsil müəssisəsinə şərtsiz qəbul olunması da bir seçim meyarıdır. Namizədin xarici ali təhsil müəssisəsində doktorantura səviyyəsi üzrə təhsil almaq istədiyi və ya təhsil aldığı ixtisas Elm və Təhsil Nazirliyinin müəyyən etdiyi prioritet ixtisas sahələri və nüfuzlu xarici ali təhsil müəssisələri üzrə təhsil proqramlarının siyahısındakı ixtisaslara uyğun olmalıdır: “Dövlət Proqramına müraciət etmək üçün xarici ali təhsil müəssisəsindən şərtsiz qəbul sənədi təqdim edilir. Sənəd Elm və Təhsil Nazirliyinin ötən ilin sonlarında açıqlanan siyahısındakı ali təhsil müəssisələrindən alınmalıdır. Doktorantura təhsil səviyyəsi üzrə həmin siyahıda yer alan 221 ali təhsil müəssisəsindən 15 prioritet istiqamət üzrə qəbul əldə etmiş namizədlər Dövlət Proqramına müraciət edə bilərlər”. T.Topalova əlavə edib ki, ETN-in elan etdiyi siyahıda universitetlər üzrə reytinq cədvəllərində ilk onluqda yer alan təhsil müəssisələridir. 

Bundan başqa, namizədin təhsil alacağı xarici ali təhsil müəssisəsinin tədris dilini dillər üzrə ümumavropa çərçivə sənədinə (The Common European Framework of Reference for Languages - CEFR) uyğun olaraq ən azı C1 səviyyəsində bilməsinə dair beynəlxalq səviyyəli dil sertifikatı (ALPT, Duolingo, CILS, DELE, DELF, HSK, IELTS, JLPT, TestDAF, TOEFL, TOPIK, TÖMER) olmalıdır. Ən önəmlisi, namizəddən Dövlət Proqramı çərçivəsində xarici ali təhsil müəssisəsində təhsilini başa çatdırdıqdan dərhal sonra Azərbaycan ali məktəblərində ən azı 5 il müddətində fəaliyyəti üçün əmək müqaviləsi bağlamağa razılığı tələb edilir.

T.Topalova əlavə edib ki, doktoranturaya seçiləcək namizədlərin elmi tədqiqat işlərini aparmaq, məntiqi mühakimə yürütmək, kommunikasiya bacarıqlarına, həmçinin özünəinam və inandırma qabiliyyətinə diqqət ediləcək.

İdarəetmə Qrupunun rəhbəri tələblər siyahısındakı kiçik dəyişiklikdən də danışıb: “Azərbaycanda bundan əvvəl xaricdə doktorantura təhsilini nəzərdə tutan “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nda xaricdə doktorantura təhsili almaq istəyənlərdən 2000 sözdən ibarət tədqiqat işi istənilirdi. Lakin bu, sonradan əhəmiyyətsiz hesab edildiyindən 2022-2028-ci illər üçün Dövlət Proqramında nəzərdə tutulmayıb”.

Turan Topalova doktorantura təhsil səviyyəsi üzrə indiyədək olan nəticələrə də toxunub: “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində 284 nəfər doktorantura təhsili almaq hüququ əldə edib. Onların 7-si məzun olub və ölkənin ali təhsil müəssisələrində dərs keçir”.

Qəbul nə vaxt başlayır?

“Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2028-ci illər üçün Dövlət Proqramı” çərçivəsində qəbul üçün seçim hər tədris ilindən 6 ay öncə başlayır. Bu da o deməkdir ki, yaxın günlərdə qəbulun tarixi ictimaiyyətə açıqlanacaq”. 

Dövlət Proqramı İdarəetmə Qrupunun rəhbərinin sözlərinə görə, hər üç - bakalavriat, magistratura və doktorantura səviyyələri üzrə qəbul elektron qaydada, portal.edu.az səhifəsində şəxsi kabinet yaratmaqla həyata keçiriləcək. Sənədlərini uğurla təqdim edən namizədlər növbəti mərhələ olan müsahibəyə dəvət ediləcəklər.



Həmçinin oxuyun:
Uğurlu təhsil islahatlarının banisi

Uğurlu təhsil islahatlarının banisi

Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

Təhsil Nazirliyinin ƏSASNAMƏSİ

Təhsil Nazirliyinin ƏSASNAMƏSİ

Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası

Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası

Nazirlər Kabineti COVID-19-a görə təhsillə bağlı qərar verdi

Nazirlər Kabineti COVID-19-a görə təhsillə bağlı qərar verdi

Təhsilin inkişaf strategiyası: nailiyyətlər və əsas hədəflər - Nazir YAZDI

Təhsilin inkişaf strategiyası: nailiyyətlər və əsas hədəflər - Nazir YAZDI

Görülən tədbirlərin nəticəsi həm kəmiyyətdə, həm də keyfiyyətdə özünü göstərib

Görülən tədbirlərin nəticəsi həm kəmiyyətdə, həm də keyfiyyətdə özünü göstərib

2022-ci təqvim ili rəqəmlərdə

2022-ci təqvim ili rəqəmlərdə

Pedaqoji kadrların yerdəyişməsi və işə qəbulu  QAYDALARI

Pedaqoji kadrların yerdəyişməsi və işə qəbulu QAYDALARI

"Təhsildə yeni keyfiyyət mərhələsi başlayır"  Azərbaycan Respublikasının Təhsil Naziri Mikayıl Cabbarovun “Azərbaycan” qəzetinə müsahibəsi

"Təhsildə yeni keyfiyyət mərhələsi başlayır" Azərbaycan Respublikasının Təhsil Naziri Mikayıl Cabbarovun “Azərbaycan” qəzetinə müsahibəsi

2017-2018  Ümumi təhsil müəssisələrində müəllimlərə tələbatın müəyyənləşdirilməsi, pedaqoji kadrların  işə qəbulu və yerdəyişməsi   QAYDALARI

2017-2018 Ümumi təhsil müəssisələrində müəllimlərə tələbatın müəyyənləşdirilməsi, pedaqoji kadrların işə qəbulu və yerdəyişməsi QAYDALARI

Paytaxt təhsili 2021-ci təqvim ilində

Paytaxt təhsili 2021-ci təqvim ilində

Əlavə təhsilin məzmunu, təşkili və əlavə təhsilin hər hansı istiqaməti üzrə təhsil almış şəxslərə müvafiq sənədin verilməsi

Əlavə təhsilin məzmunu, təşkili və əlavə təhsilin hər hansı istiqaməti üzrə təhsil almış şəxslərə müvafiq sənədin verilməsi

Məktəb direktoru olmaq istəyənlər üçün - Azərbaycan Respublikası Təhsil Qanunu ilə bağlı qəbul edilmiş normativ sənədlərin SİYAHISI

Məktəb direktoru olmaq istəyənlər üçün - Azərbaycan Respublikası Təhsil Qanunu ilə bağlı qəbul edilmiş normativ sənədlərin SİYAHISI

Pedaqoji Lüğət

Pedaqoji Lüğət

Ümumi təhsil pilləsində təhsil haqqında dövlət sənədlərinin  nümunələri və onların verilməsi  QAYDASI

Ümumi təhsil pilləsində təhsil haqqında dövlət sənədlərinin nümunələri və onların verilməsi QAYDASI

Təhsil Nazirliyi: 2020-ci təqvim ili rəqəmlərdə

Təhsil Nazirliyi: 2020-ci təqvim ili rəqəmlərdə

Yeni qrup yaradılacaq

Yeni qrup yaradılacaq

“Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası”  2017

“Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası” 2017

Məktəb direktoru olmaq istəyənlər üçün - Azərbaycan Respublikası Təhsil Qanunu ilə bağlı qəbul edilmiş normativ sənədlərin SİYAHISI

Məktəb direktoru olmaq istəyənlər üçün - Azərbaycan Respublikası Təhsil Qanunu ilə bağlı qəbul edilmiş normativ sənədlərin SİYAHISI

Bakı təhsili: təqvim ilinin təhsil mənzərəsi

Bakı təhsili: təqvim ilinin təhsil mənzərəsi

Təhsil müəssisələrinin akkreditasiyası   Qaydaları

Təhsil müəssisələrinin akkreditasiyası Qaydaları

Müəllimlərin İşə Qəbulu Qaydaları 2018

Müəllimlərin İşə Qəbulu Qaydaları 2018

Lənkəran-Astara Regional Təhsil İdarəsinin 2024-cü il uğurları: 200-dən çox şagird və müəllim təltif olundu

Lənkəran-Astara Regional Təhsil İdarəsinin 2024-cü il uğurları: 200-dən çox şagird və müəllim təltif olundu