“Şagird–Məzun” dövlət elektron məzun sistemi ilə bağlı təlim keçirilib
“Şagird–Məzun” dövlət elektron məzun sistemi ilə bağlı təlim keçirilib.
AzTehsil.com xəbər verir ki , Dövlət İmtahan Mərkəzinin Gəncə Regional Bölməsində Gəncə–Daşkəsən Regional Təhsil İdarəsinin və DİM-in əməkdaşlarının iştirakı ilə “Şagird–Məzun” dövlət elektron informasiya sistemi üzrə məsul şəxslər üçün təlim keçirilib.
Təlimdə yerli təhsil sektorlarının və bəzi ümumi təhsil müəssisələrinin məsul əməkdaşları iştirak ediblər. Tədbirin məqsədi sistem üzərindən məlumatların düzgün daxil edilməsi, idarə olunması və texniki məsələlərlə bağlı iştirakçılara ətraflı məlumat verməkdir.
Təlim zamanı həm nəzəri, həm də praktiki hissələr üzrə iştirakçılara təlimatlar təqdim olunub, suallar cavablandırılıb və sistemin funksionallığı izah edilib.
Qeyd edək ki, təlimlər davam etdirilir.











