AzTehsil.com

Xəbərlər / İnnovasiyalar / Direktor / Müəllim / Digər Elan / Cəmiyyət / Bölgə
04 noyabr 2025
947

"Məktəbin idarəçilik səriştəliliyi zəifləyir"- ƏTRAFLI



"Elə bir mərhələdəyik ki, təhsildə idarəetmə sistemini yenidən düşünmək lazımdır" - Əməkdar müəllim.

"Azərbaycanda 600-ə yaxın məktəbdə direktor vəzifəsinin boş qalması ilə bağlı statistika təəssüf doğurur. Əgər yüzlərlə məktəb uzun müddət rəhbərsiz qalırsa, bu, artıq ayrı-ayrı kadr çatışmazlığı deyil, sistemli planlama və məsuliyyət problemi deməkdir. Direktor təyinatı bu qədər çətinləşibsə, deməli, idarəetmədə etimad mexanizmləri, namizəd hazırlığı və şəffaf seçim prosesləri istənilən səviyyədə işləmir. Məktəblər rəhbərsiz qalanda isə tədris keyfiyyəti, müəllim motivasiyası və məktəbin idarəçilik səriştəliliyi zəifləyir".


AzTehsil.com xəbər verir ki, bu barədə açıqlamasında Əməkdar müəllim, təhsil eksperti Sona Əliyeva Azərbaycanda 600-ə yaxın məktəbdə direktor vəzifəsinin boş qalması və xaricdə təhsil alıb Vətənə qayıdan gənclərimizin işsizlik problemi ilə bağlı danışarkən bildirdi.


"Digər tərəfdən, hər il yüzlərlə gənc xaricdə təhsil alıb Vətənə qayıdır, amma iş tapa bilmir. Bu da o deməkdir ki, biz beynəlxalq təhsil sisteminə çıxış yaradırıq, amma onun nəticəsini yerli strukturda dəyərləndirə bilmirik. Gənclər çox zaman diplomlarının tanınması, işə qəbul meyarlarının qeyri-şəffaflığı və təcrübə tələbləri ilə üzləşirlər. Yəni sistem onları xaricdə oxumağa təşviq edir, amma geri dönəndə qarşılarında qapalı mexanizm tapırlar. Əslində, bu iki problem bir-biri ilə sıx bağlıdır. Direktor yerlərinin boş qalması göstərir ki, idarəçilikdə yeni nəsil kadrların sistemə daxil olması üçün real mexanizm yoxdur. Xaricdə təhsil alan gənclər isə həmin sistemə daxil olmaq istəsələr də, onların potensialını qiymətləndirəcək struktur yoxdur.


Mənim fikrimcə, bu vəziyyət təkcə təhsil sahəsində yox, ümumilikdə dövlət kadr siyasətində yenilənmə və çevik planlama zərurətini göstərir. Təhsil sistemində "rəhbər" boşluğu yarananda, bu boşluq yalnız məktəblərdə deyil, gələcək nəsillərin inkişafında da hiss olunur. Biz indi elə bir mərhələdəyik ki, təhsildə idarəetmə sistemini yenidən düşünmək lazımdır. Kadr yetişdirmək kifayət deyil, o kadrı sistemdə saxlamaq, inkişaf etdirmək və ona etimad göstərmək lazımdır. Əks halda həm məktəblər rəhbərsiz qalacaq, həm də xaricdə təhsil alan gənclər bacarıqlarını başqa sahələrə və ya başqa ölkələrə yönəldəcəklər. Əgər biz təhsili inkişaf etdirmək istəyiriksə, sistemin əsas qayəsini - ədalətli seçim, şəffaflıq və insan potensialına etimadı bərpa etməliyik. Çünki təhsil idarəetməsi yalnız qayda və vəzifələrdən ibarət deyil, bu, ölkənin gələcəyini kimə etibar etdiyimiz məsələsidir", - deyə Əməkdar müəllim vurğulayıb.



Həmçinin oxuyun:
"İm­ta­han­sız ali təh­sil mü­əs­si­sə­lə­ri­nə qə­bul müs­bət nə­ti­cə ve­rə bil­məz"-ekspertlərin rəyi

"İm­ta­han­sız ali təh­sil mü­əs­si­sə­lə­ri­nə qə­bul müs­bət nə­ti­cə ve­rə bil­məz"-ekspertlərin rəyi

Ye­ni dərs ili: Mək­təb­li­lə­ri han­sı ye­ni­lik­lər göz­lə­yir?

Ye­ni dərs ili: Mək­təb­li­lə­ri han­sı ye­ni­lik­lər göz­lə­yir?

Na­dir İs­ra­fi­lov: "Dərslik yaz­maq sa­hə­sin­də­ki təc­rü­bə­siz­lik nə­ti­cə­sin­də bu prob­lem ya­ra­nıb"

Na­dir İs­ra­fi­lov: "Dərslik yaz­maq sa­hə­sin­də­ki təc­rü­bə­siz­lik nə­ti­cə­sin­də bu prob­lem ya­ra­nıb"

Metodbirləşmələr

Metodbirləşmələr

Nazir: Bə­zi ailə­lər­də distant təd­ri­sə qo­şu­la bil­mə­yən­lər var

Nazir: Bə­zi ailə­lər­də distant təd­ri­sə qo­şu­la bil­mə­yən­lər var

Mehriban Əliyeva – birinci xanımın PORTRET cizgiləri

Mehriban Əliyeva – birinci xanımın PORTRET cizgiləri

Təhsil eksperti: “Bir nəfər bir neçə vəzifə tutur, digərləri işsizlik problemi ilə baş-başa qalır”

Təhsil eksperti: “Bir nəfər bir neçə vəzifə tutur, digərləri işsizlik problemi ilə baş-başa qalır”

Birinci vitse-prezident Mehriban Əliyevanın doğum günüdür

Birinci vitse-prezident Mehriban Əliyevanın doğum günüdür

Ali məktəblərdəki formal təhsil kursların  “cibini doldurur” – “İşsizlik ixtisası”nı öyrədən universitetlər

Ali məktəblərdəki formal təhsil kursların “cibini doldurur” – “İşsizlik ixtisası”nı öyrədən universitetlər

İlham Əliyev yeni təhsil nazirini qəbul etdi

İlham Əliyev yeni təhsil nazirini qəbul etdi

Bakı təhsili: təqvim ilinin təhsil mənzərəsi

Bakı təhsili: təqvim ilinin təhsil mənzərəsi

Təhsil eksperti Nadir İsrafilov " Təhsil və İdarəedici " kitabı ilə bağlı münasibət bildirdi

Təhsil eksperti Nadir İsrafilov " Təhsil və İdarəedici " kitabı ilə bağlı münasibət bildirdi

Mehriban Əliyeva yeni məktəb binasının açılışında - FOTOLAR

Mehriban Əliyeva yeni məktəb binasının açılışında - FOTOLAR

Təhsil islahatı metodik kabinetlərin işinin təkmilləşdirilməsini tələb edir   I I hissə Metodbirləşmələr

Təhsil islahatı metodik kabinetlərin işinin təkmilləşdirilməsini tələb edir I I hissə Metodbirləşmələr

Uğurlu təhsil islahatlarının banisi

Uğurlu təhsil islahatlarının banisi

EKSPERT-Dövlət Proqramının əsas məqsədi xaricdə təhsil alanların ölkəmizə xeyir verməsi idi.

EKSPERT-Dövlət Proqramının əsas məqsədi xaricdə təhsil alanların ölkəmizə xeyir verməsi idi.

Təhsilsizlik səbəbindən davamlı torpaqlar itiririk

Təhsilsizlik səbəbindən davamlı torpaqlar itiririk

Görülən tədbirlərin nəticəsi həm kəmiyyətdə, həm də keyfiyyətdə özünü göstərib

Görülən tədbirlərin nəticəsi həm kəmiyyətdə, həm də keyfiyyətdə özünü göstərib

Paytaxt təhsili 2021-ci təqvim ilində

Paytaxt təhsili 2021-ci təqvim ilində

Mehriban Əliyeva necə tələbə olub? – Müəllimləri danışır + Sənədlər

Mehriban Əliyeva necə tələbə olub? – Müəllimləri danışır + Sənədlər

Valideynləri təhsil prosesinə cəlb etmək üçün intensiv işlər görülür

Valideynləri təhsil prosesinə cəlb etmək üçün intensiv işlər görülür

Leyla Əliyeva:-"sağlamlıq imkanları məhdud olan məktbəlilər həmişə diqqət və qayğıda saxlanılmalıdır"

Leyla Əliyeva:-"sağlamlıq imkanları məhdud olan məktbəlilər həmişə diqqət və qayğıda saxlanılmalıdır"

"Ma­gis­tra­tu­ra üz­rə qə­bul yer­lə­ri­nin bə­zi ix­ti­sas­lar üz­rə boş qal­ma­sı tə­bii hal­dır"-ekspert rəyi

"Ma­gis­tra­tu­ra üz­rə qə­bul yer­lə­ri­nin bə­zi ix­ti­sas­lar üz­rə boş qal­ma­sı tə­bii hal­dır"-ekspert rəyi

Bu gün Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın doğum günüdür

Bu gün Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın doğum günüdür