AzTehsil.com


Xəbərlər / Psixoloq / Valideyn
28 noyabr 2017
3 015


UŞAQLAR VƏ AZADLIQ - “Bunu et” və “Bunu etmə”



UŞAQLAR VƏ AZADLIQ - “Bunu et” və “Bunu etmə”

Qeyri-məhdud azadlığa coşğun canatma – bəşəriyyətə iztirablar gətirmiş ən böyük bəlalardan biridir. Köhnə vərdişlərdən və ənənələrdən uşaqlaşma mənəviyyatın, əxlaq və mənəvi dəyərlərin itirilməsi ilə müşayiət olunur. Bu cür vəziyyət saysız-hesabsız problemlər yaradaraq, bizlərdən hər birimizə mənfi təsir göstərir.

 

Təəssüflər olsun ki, insanların böyük hissəsi baş verən dəyişikliklərin "avanqardında” durduqlarına görə fəxr edirlər və belələri hər cür məsuliyyətdən, tələb və nüfuzdan tam azad təəssüratı yaradırlar.


Əgər bütün bəşəriyyətin sosial münasibətlərini bütövlükdə ətraflı tədqiq etmək kiminsə ağıla gələrsə, o, həm Şərqdə, həm də Qərbdə mənəviyyatın sürətlə düşdüyünü aşkar etmiş olar. Davranış kodeksi dərhal həzz almağa yönəlmiş bayağı və adətən, eybəcər ədalara bağlı insanların sayı sürətlə artmaqdadır. Nəfsin bu cür saxlaya bilməməzliyi azadlıq anlayışı ilə bağlıdır!


Kimsə qumar oyunlarının, içki düşkünlüyünün, cinsi pozğunluğun, norkotiklərdən istifadənin, valideynlərə qarşı ehtiramsızlığın və digər qüsurların yerdə yaşayan insanlar arasında geniş yayıldığını inkar edə bilərmi? Günaha batmanın meydanı getdikcə genişlənməkdədir və bu da cəmiyyətin daha ciddi, sağlamdüşüncəli insanlarını narahat etməyə bilməz.


Valideynlər nəzərə almalıdırlar ki, cinsi yetişkənlik yaşına çatmış uşaqlar öz şəhvəti meyllərinə sərbəstlik verirlər; bəzi hallarda bu yaş kateqoriyasından olanlar sərbəstlik dərəcəsinə görə başqa yaş qruplarını da üstələyirlər. Qəribə görünsə də, bir çox ölkələrdə gənc insanlar şəhvəti hisslərin təsirinə o qədər məruz qalıblar ki, həyatlarının elə başlanğıcında dünyəvi istəklərin coşan burulğanına atılmaqla öz əlləri ilə qabiliyyət və istedadlarını dağıdır, ruhlarını məhv edirlər. Bu həqiqətən belədir.


Təbii ki, şüurlu tələbkarlıqla heç bir ümumi cəhəti olmayan hədsiz ciddiyyət, diktat, zor, uşağın normal və tamamilə qanuni istirahətdən məhrum edilməsi ağır nəticələrə gətirib çıxarır, lakin öz hərəkətlərinə görə insan üzərinə mənəvi və sosial məsuliyyət qoymayan qeyri-məhdud və mütləq azadlıq (bunu sübut etmək çətin olsa da) da olduqca zərərlidir.

 

Mötədilliyin gözlənilməsi olduqca əhəmiyyətlidir və bu hər iki ifratçılıq pislənməyə layiqdir. Uşaqlar onların şəxsiyyət kimi inkişafına gərəkli olan şeylərdən məhrum edilməməli, onların bütün istəklərinə göz yumulmamalıdır. Onlara öz fiziki və zehni qabiliyyətlərini göstərməkdən ötrü imkan verilməlidir.


Əgər uşaq oyunlarının və şənliyinin qızğın çağında valideynlər kobudluqla və ədəbsizcəsinə fəallığın təbii və normal təzahürünü söndürürlərsə, onlar böyük səhvə yol verirlər. Bu cür ailələrdə köməksiz uşaqlar həmişə özlərini bədbəxt hiss edirlər. Hökümlü valideynlərin yanında onların özünü ifadə etməsi mümkün deyildir, onlar daim daxili gərginlik keçirirlər və bunun nəticəsi kimi məyusluq, yüksək həyəcanlanma və müxtəlif xəstəliklərə qarşı həssaslıq yaranır. Uşaqların azadlığını kəskin məhdudlaşdıran valideynlər onlara qəm və kədər gətirirlər.


Söhbət əksəriyyəti qadağalar və məhdudiyyətlərdən ibarət, uşaqlarla ünsiyyəti məhdudlaşdıran taktiki yanaşmadan gedir. Valideynlər çox vaxt yalnız iki ifadədən istifadə etməklə kifayətlənirlər: "bunu et” və "bunu etmə”.

 

Onlar hətta diqqət və himayəyə ehtiyacı olan uşaqlarından harada olduqlarını, evə hansı səbəbdən gec gəldiklərini, nə üçün bu kitabı aldıqlarını və ya nə üçün bütün günü vaxtlarını boş keçirdiklərini və indi də gecə yarıya kimi dərs oxumaq məcburiyyətində qaldıqlarını soruşmağa belə cəhd etmirlər. Uşaq üzərində nəzarətin qoyulmasında mötədilliyin gözlənilməsinin vacibliyini qiymətləndirmək çətindir.




Загрузка...