AzTehsil.com


Xəbərlər / Psixoloq / Valideyn
27 noyabr 2017
3 255


Uşaqları aldatmayın - VALİDEYNLƏRƏ MƏSLƏHƏT



Uşaqları aldatmayın - VALİDEYNLƏRƏ MƏSLƏHƏT

Çox vaxt analar "uşaqlardan bezdim”, "bu uşaqlar həyatımın ən yaxşı illərini məhv etdilər”, "onlar mənə hətta nəfəs almağa belə imkan vermirlər” və s. deyə sözə baxmayan şıltaq uşaqlarından gileylənirlər.


Uşaqların "zülmündən” canını qurtarmaq və bir qədər nəfəs almaqdan ötrü valideynlər cürbəcür kələk və fəndlərə əl atırlar. Halbuki bunlar pedaqoji nəzəriyyələrə ziddir. Alternativ yollardan və düzgün metodlardan xəbərsiz olmaları səbəbindən onlar bu qaydalardan bərk-bərk "yapışırlar”. Valideynlər yalanda gizlənmiş təhlükəni dərk etməli və uşaqlarda doğruluq, düzlük, səmimiyyət kimi keyfiyyətlərin tərbiyə edilməsi imkanlarına diqqətlə yanaşmalıdırlar.


Ana kinoya getmək istəyir, lakin uşağa deyir ki, özünü pis hiss etdiyi üçün həkimə getməyə hazırlaşır. Balaca oğul anasının parıldayan gözlərini və canfəşanlığını görüb sözlərinin düzgünlüyünə şübhə edir. O, səbrsizliklə onun qayıtmasını gözləyir və ananın gec qayıtdığını və dərmansız gəldiyini görür. Bütün bunlar onun şübhələrini bir daha təsdiq edir. Lakin o şübhələrini biruzə vermədən qayğıkeşliklə soruşur:

 

"Ana, həkimə getdinmi?”Əvvəlki yalanını ört-basdır etməkdən ötrü ana növbəti yalana əl atır və oğluna yolda tanışına rast gəldiyini və ondan məsləhət aldığını və başı söhbətə qarışdığı üçün həkimə gedə bilmədiyini və evə qayıtmağa məcbur olduğunu söyləyir. Təsadüfən kino bileti ananın cibindən yerə düşür və yalan açılır.


Bu cür hadisələr, şübhəsiz ki, uşağın mənəviyyatına, onun psixi sağlamlığına mənfi təsir göstərir və psixikanı korlayan bu təsirin dərəcəsini qiymətləndirmək olduqca çətindir. Böyüklərin uşaqları aldatması dağıdıcı təsirə malikdir və o başqa yanlış əməllərlə müqayisədə daha çox viranedicidir.


Valideynlər uşaqlarını elə tərbiyə etməlidirlər ki, yalana ehtiyac qalmasın. Onlar uşaqlarına həqiqəti danışmalı və gözlənilməz suallar qarşısında özlərini qəliz vəziyyətlərə salmamalıdırlar. Uşaqlar böyüklərin etibarsızlığını ürək ağrısı ilə qarşılıyırlar. Ona görə də ailənin həyatında yalana, riya və hiyləyə yer olmamalıdır.




Загрузка...