AzTehsil.com


Psixoloq
05 iyul 2016
3 804


Dindar valideynlər uşaqlarına xəsislik aşılayır ?



 

Dindar valideynlər uşaqlarına xəsislik aşılayır ?

 

Beynəlxalq psixoloq komandasının apardığı tədqiqat çərçivəsində məlum olub ki, dindar ailələrdə tərbiyə edilən uşaqlar, sekulyar və ateist ailələrində böyüyən həmyaşıdlarından fərqli olaraq, bölüşməyi bir o qədər də sevmirlər. Bundan başqa inanclıların, insanların şiddətli cəzalara məruz qalmasına daha çox haqq qazandırdığı və başqalarının əməllərinə daha dözümsüz yanaşdığı qeyd edilir.
ScienceDaily elm portalına istinadən bildirilir ki, ateist və ya dindən uzaq ailələrdən olan uşaqlar daha əliaçıq və həssas fərdlər olaraq yetişir. Başda Çikaqo Universitetindən olan professor Cin Deseti olmaqla, psixoloq komandası ümimilikdə altı ölkədən olan uşaqların davranışını öyrənərək, dindar valideynlərin böyütdüyü uşaqların bölüşməyə daha az meylli olduğu qənaətinə gəlib. Bununla yanaşı onlar, təqsirli əmələ görə daha şiddətli cəzalar verilməsinə də haqq qazandırırlar.
"Gəldiyimiz nəticələr, xeyli populyar olan, dindar ailələrdən olan uşaqların digərləri ilə müqayisədə daha xeyirxah olduğu fərziyyəsinə ziddir. Apardığımız tədqiqat göstərir ki, əslində sekulyar ailələrin uşaqları daha əliaçıqdır", - Deseti qeyd edir.
Tədqiqatda Kanada, Çin, Cənubi Afrika, Türkiyə, İordaniya və ABŞ-dan olan 5-12 yaş arası 1170 uşaq iştirak edib. Onların dindarlıq səviyyəsini müəyyən etmək üçün valideynlərdən anketi doldurmaları təklif edilib. Alimlər həmçinin valideynlərin bilik səviyyəsini və onların öz uşaqlarını nə dərəcədə xeyirxah və həssas hesab etdikləri kimi məsələləri də aydınlaşdırıblar. Anketləşdirmə nəticələrinə əsasən valideynləri üç böyük qrupa bölüblər: xristianlar, müsəlmanlar və ateistlər.
Uşaqlar "Diktator" adlı oyunda iştirak ediblər. Hər uşağa 10 etiket verilərək, bunları özü və gözəgörünməz partnyoru arasında bölüşdürməsi tələb olunub. Həmçinin onlara dava kimi müxtəlif hadisələr təsvir olunan şəkillər göstərilib. Davada iştirak edənlərin cəzaya layiq olub yoxsa olmadıqları soruşulub. Beləliklə nəticələr, yaş artdıqca uşaqların daha xeyirxah olduğunu və dostu ilə bölüşmə meylinin çoxaldığını göstərib. Maraqlıdır ki, dindar ailələrin uşaqlarının ateist ailələrin uşaqlarından daha xəsis olduqları məlum olub.
"Daha əvvəlki araşdırmalar dini inanclı insanların inancsızlarla müqayisədə daha az xeyirxah işlərlə məşğul olduğunu göstərirdi. İndə isə aydınlaşdırdıq ki, üstəlik onların uşaqları da ateistlərin övladlarından daha az xeyirxahdır", - Deseti deyir.



Загрузка...
Həmçinin oxuyun:
Müəllim və psixoloqların  şagirdlərin həyata baxışlarının formalaşmasında rolu

Müəllim və psixoloqların şagirdlərin həyata baxışlarının formalaşmasında rolu

1 iyun Uşaqların Beynəlxalq Müdafiyəsi günü - Bayramınız mübarək əziz uşaqlar

1 iyun Uşaqların Beynəlxalq Müdafiyəsi günü - Bayramınız mübarək əziz uşaqlar

Valideyn-övlad münasibətlərinin  pedaqoji əsasları - Piralı Əliyev

Valideyn-övlad münasibətlərinin pedaqoji əsasları - Piralı Əliyev

Sinif rəhbərinin valideyinlərlə apardığı işin məzmun və formaları

Sinif rəhbərinin valideyinlərlə apardığı işin məzmun və formaları

Qardaş və qardaş-bacı münasibətlərində nəyə diqqət yetirmək lazımdır?

Qardaş və qardaş-bacı münasibətlərində nəyə diqqət yetirmək lazımdır?

İNSANIN DƏYƏRİNİN ONUN XEYİRXAH ƏMƏLLƏRİ İLƏ ÖLÇÜLMƏSİ BARƏDƏ- hekayə

İNSANIN DƏYƏRİNİN ONUN XEYİRXAH ƏMƏLLƏRİ İLƏ ÖLÇÜLMƏSİ BARƏDƏ- hekayə

Uşaqların kiçik yaşlarında nadinc olması zəkasının əlamətidir ?

Uşaqların kiçik yaşlarında nadinc olması zəkasının əlamətidir ?

Uşaq huquqları və vəzifələri

Uşaq huquqları və vəzifələri

Xüsusi istedada malik uşaqların vaxtından əvvəl I sinfə qəbulu Qaydaları

Xüsusi istedada malik uşaqların vaxtından əvvəl I sinfə qəbulu Qaydaları

Ailə tərbiyəsinin pedaqoji prinsipləri

Ailə tərbiyəsinin pedaqoji prinsipləri

Valideynlərin Və Uşaqların Hüquq Və Vəzifələri

Valideynlərin Və Uşaqların Hüquq Və Vəzifələri

Valideyn  komitəsinin  hüquqları  və  vəzifələri

Valideyn komitəsinin hüquqları və vəzifələri

Kiçik məktəblilərin psixoloji xüsusiyyətləri

Kiçik məktəblilərin psixoloji xüsusiyyətləri

Valideyinlərlə əlaqələrin qurulması  və  möhkəmlənməsinə rəhbərlik

Valideyinlərlə əlaqələrin qurulması və möhkəmlənməsinə rəhbərlik

Ailə tərbiyəsində əsas vəzifələr  -

Ailə tərbiyəsində əsas vəzifələr -

Psixoloq kimdir? Vəzifəsi nədir?

Psixoloq kimdir? Vəzifəsi nədir?

Məktəb Psixoloqunun əmək funksiyası

Məktəb Psixoloqunun əmək funksiyası

Sağlamlıq imkanları məhdud uşaqlar üçün 5 nömrəli Respublika xüsusi internat məktəbi

Sağlamlıq imkanları məhdud uşaqlar üçün 5 nömrəli Respublika xüsusi internat məktəbi

Bu il V qrupda minimum keçid balı neçədir? - TQDK-dan CAVAB

Bu il V qrupda minimum keçid balı neçədir? - TQDK-dan CAVAB

Temperament tipiniz bilirsinizmi ? TEST

Temperament tipiniz bilirsinizmi ? TEST

Nazirlikdən açıqlama - "Buraxılış imtahanlarının nəticələri ötən il ilə müqayisədə yaxşılaşıb "

Nazirlikdən açıqlama - "Buraxılış imtahanlarının nəticələri ötən il ilə müqayisədə yaxşılaşıb "

"Məktəb xəstəlikləri" 50-80% artıb.....

"Məktəb xəstəlikləri" 50-80% artıb.....

Bütün uşaqlar əlaçı olmalıdır? - XEYR– Araşdırma

Bütün uşaqlar əlaçı olmalıdır? - XEYR– Araşdırma

Uşaq psixologiyası ...Bildiklərimiz və Bilmədiklərimiz

Uşaq psixologiyası ...Bildiklərimiz və Bilmədiklərimiz