AzTehsil.com

Xəbərlər / Qabaqcıl təcrübə / İnnovasiyalar / İKT / Açıq Dərs / Digər Elan / Cəmiyyət / Dünya / Bölgə
22 oktyabr 2025
855

İNHA Universitetinin nümayəndə heyəti BMU-da səfərdədir



İNHA Universitetinin nümayəndə heyəti BMU-da səfərdədir

Koreya (Cənubi) Respublikası İNHA Universitetinin 8 nəfərdən ibarət professor-müəllim heyəti Bakı Mühəndislik Universitetində (BMU) səfərdədir.


AzTehsil.com xəbər verir ki, bu barədə  BMU-dan məlumat verilib.


Səfər BMU-İNHA ikili diplom proqramı (İDP) çərçivəsində tədris prosesinin növbəti monitorinqi və əməkdaşlıq istiqamətlərinin müzakirəsi məqsədi daşıyır.


İNHA heyəti ilə görüşən BMU-nun rektoru Yaqub Piriyev iki universitet arasında əməkdaşlığın artıq təhsil sahəsində beynəlxalq uğurlu model kimi tanındığını qeyd edib. Bildirib ki, İDP tələbələrin dünya səviyyəsində bilik və bacarıqlara yiyələnməsinə geniş imkanlar açır, onların gələcək karyera perspektivlərini artırır. Rektor Prezident İlham Əliyevin Sərəncamı ilə proqramın 2030-cu ilədək uzadılmasının bu tərəfdaşlığa verilən yüksək dəyərin göstəricisi olduğunu vurğulayıb. Eyni zamanda İDP çərçivəsində tədris edilən ixtisaslara yüksəkballı abituriyentlərin qəbul olunmasını proqramın nüfuzunun daha bir nümunəsi adlandırıb. Yaqub Piriyev İDP məzunlarının uğurlarından da danışaraq, onların bir qisminin hazırda İNHA Universitetində magistratura təhsili aldığını bildirib və monitorinqi aparacaq heyətə uğurlar arzulayıb.


Öz növbəsində İNHA Qlobal Strategiya və Təşəbbüslər Ofisinin icraçı direktoru, professor Tae-Joon Jeon BMU ilə əməkdaşlığın uğurlu nəticələrindən məmnunluğunu dilə gətirib. O, iki universitet arasında akademik və elmi əlaqələrin daha da inkişaf etdirilməsinin vacibliyini söyləyib, proqramın beynəlxalq standartlara uyğun şəkildə icrasını yüksək qiymətləndirib. Koreyalı professor tələbə və müəllimlərlə aparılacaq müsahibələrin müsbət rəylərlə müşahidə olunacağına, monitorinqlərin nəticələrinin tədrisin keyfiyyətinin daha da yaxşılaşdırılmasına töhfə verəcəyinə inandığını bildirib.


Görüşdən sonra əməkdaşlığın yeni istiqamətləri və oktyabrın 24-dək davam edəcək monitorinqlə bağlı fikir mübadiləsi aparılıb.




Həmçinin oxuyun:
Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

Bu il üzrə qəbul üçün daxili imtahanlar keçirilib

Bu il üzrə qəbul üçün daxili imtahanlar keçirilib

“Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası”  2017

“Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası” 2017

AZƏRBAYCAN RESPUBLİKASININ ÜMUMTƏHSİL SİSTEMİNDƏ QİYMƏTLƏNDİRMƏ KONSEPSİYASI

AZƏRBAYCAN RESPUBLİKASININ ÜMUMTƏHSİL SİSTEMİNDƏ QİYMƏTLƏNDİRMƏ KONSEPSİYASI

Mühəndislik ixtisasları istiqaməti üzrə beynəlxalq ikili diplom proqramına sənəd qəbulu yekunlaşır

Mühəndislik ixtisasları istiqaməti üzrə beynəlxalq ikili diplom proqramına sənəd qəbulu yekunlaşır

Mühəndislik ixtisasları istiqaməti üzrə beynəlxalq ikili diplom proqramına sənəd qəbulu sabah yekunlaşır

Mühəndislik ixtisasları istiqaməti üzrə beynəlxalq ikili diplom proqramına sənəd qəbulu sabah yekunlaşır

İkili diplom proqramına qəbulun nəticələrini açıqlayıb

İkili diplom proqramına qəbulun nəticələrini açıqlayıb

İkili diplom proqramları: Azərbaycan ali təhsilinin beynəlmiləlləşmə yol xəritəsi

İkili diplom proqramları: Azərbaycan ali təhsilinin beynəlmiləlləşmə yol xəritəsi

Koreyalı müəllimlərlə görüş KEÇİRİLİB

Koreyalı müəllimlərlə görüş KEÇİRİLİB

PEDOQOJİ ŞURANIN  İLLİK FƏALİYYƏT PLANI       ( lahiyə )

PEDOQOJİ ŞURANIN İLLİK FƏALİYYƏT PLANI ( lahiyə )

Uğurlu təhsil islahatlarının banisi

Uğurlu təhsil islahatlarının banisi

Azərbaycan kimi ölkə üçün 51 universitet çoxdur!

Azərbaycan kimi ölkə üçün 51 universitet çoxdur!

Təhsil Nazirliyi: 2020-ci təqvim ili rəqəmlərdə

Təhsil Nazirliyi: 2020-ci təqvim ili rəqəmlərdə

İlk təcrübə və böyük uğur

İlk təcrübə və böyük uğur

Ümumtəhsil məktəbləri üçün İnformatika və Həyat bilgisi fənni üzrə  təhsil proqramı (kurikulumu) (I-IV siniflər)(STANDARTLAR)

Ümumtəhsil məktəbləri üçün İnformatika və Həyat bilgisi fənni üzrə təhsil proqramı (kurikulumu) (I-IV siniflər)(STANDARTLAR)

Təhsilin inkişaf strategiyası: nailiyyətlər və əsas hədəflər - Nazir YAZDI

Təhsilin inkişaf strategiyası: nailiyyətlər və əsas hədəflər - Nazir YAZDI

BMU-da daha 15 yeni ixtisas yaradıldı

BMU-da daha 15 yeni ixtisas yaradıldı

Cənubi Koreya təhsil sisteminin  18 xüsusiyyəti

Cənubi Koreya təhsil sisteminin 18 xüsusiyyəti

BMU və İNHA Universiteti arasında ikili diplom proqramına qəbul başlanır

BMU və İNHA Universiteti arasında ikili diplom proqramına qəbul başlanır

Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası

Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası

ADPU-nun rektoru, professor Cəfər Cəfərov Rektoryanı Şuranın iclasını keçirib

ADPU-nun rektoru, professor Cəfər Cəfərov Rektoryanı Şuranın iclasını keçirib

BMU-da ikili diplom proqramının icrası ilə bağlı hazırlıq işləri müzakirə edilib

BMU-da ikili diplom proqramının icrası ilə bağlı hazırlıq işləri müzakirə edilib

ADPU-nun fəaliyyətinin yenidən qurulması ilə bağlı İNKİŞAF STRATEGİYASI qəbul edilib

ADPU-nun fəaliyyətinin yenidən qurulması ilə bağlı İNKİŞAF STRATEGİYASI qəbul edilib

Ənənəvi və interaktiv təlim metodlarının müqayisəli təhlili

Ənənəvi və interaktiv təlim metodlarının müqayisəli təhlili