AzTehsil.com

Xəbərlər / Ziyalılar / Direktor / Müəllim / Digər Elan / Cəmiyyət / Bakalavr / Dünya / Manşet / Bölgə
15 avqust 2025
725

İkili diplom proqramına qəbulun nəticələrini açıqlayıb



Bakı Mühəndislik Universiteti və Koreya Respublikasının İNHA Universiteti arasında ali təhsilin bakalavriat səviyyəsində həyata keçirilən beynəlxalq ikili diplom proqramına (BMU-İNHA İDP) 2025/2026-cı tədris ili üzrə qəbul imtahanının nəticələri açıqlanıb.


AzTehsil.com xəbər verir ki, bu barədə Universitetdən bildirilib ki, 350-dən çox abituriyentin qeydiyyatdan keçdiyi, 280 nəfərin iştirak etdiyi daxili imtahanın nəticələrinə əsasən, ayrılan plan yerləri 96 faiz dolub. Builki tədris ilində ayrılan 100 yer üzrə müvafiq olaraq, 25 tələbə informasiya texnologiyaları, 25 tələbə kompüter elmləri (süni intellekt mühəndisliyi), 25 tələbə data analitikası (data elmləri), 21 tələbə isə elektrik və elektronika mühəndisliyi ixtisasları üzrə yeni tədris ilindən etibarən BMU-İNHA İDP-də təhsil alacaq.


Qəbul göstəricilərinə əsasən, İDP tələbəsi adını qazanmış 96 nəfərdən 51 faizini 500 baldan çox nəticə göstərmiş abituriyentlər təşkil edib.


Abituriyentlər arasında ən yüksək balı (659.4) informasiya texnologiyaları ixtisasına qəbul olmuş Üzeyir Bayramlı toplayıb. Digər ixtisaslar üzrə isə Ömər Əliyev (kompüter elmləri (süni intellekt mühəndisliyi)-648,9 bal), Rüfət Hüseynli (data analitikası (data elmləri)-630 bal), Xədicə Həsənli (elektrik və elektronika mühəndisliyi - 602,5 bal) yüksək nəticə göstərib.


Bu göstəricilər vurğulamağa əsas verir ki, BMU-İNHA İDP-yə yüksək bal toplamış tələbələrin cəlb olunması uğurla təmin edilib.


Cari ilin avqust ayının 11-də BMU-İNHA İDP-yə qəbul üçün daxili imtahanlar keçirilib. Daxili imtahanlar riyaziyyat, fizika, ingilis dili fənlərini əhatə edib.


İmtahanda uğurlu nəticə əldə edən abituriyentlərin təsdiq olunmuş siyahısı Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə təqdim olunub. Eyni zamanda, onlar Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən rəsmi olaraq avtomatik qeydiyyata alınırlar. Bu səbəbdən, qəbul olunmuş namizədlər rəsmi BMU-İNHA İDP tələbəsi statusunu qazanaraq, DİM-in ixtisas seçimində (kodlaşdırma) iştirakdan azaddırlar.


BMU-İNHA İDP “2019-2023-cü illər üzrə Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması Dövlət Proqramı” çərçivəsində 2020-ci ildən icra olunur. Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması ilə bağlı əlavə tədbirlər haqqında” 2025-ci il 22 iyul tarixli Sərəncamı ilə proqramın icra müddəti 2030-cu ilədək uzadılıb.


3+1 modeli əsasında qurulan beynəlxalq ikili diplom proqramına bu il üçün 4 ixtisas - kompüter elmləri (süni intellekt mühəndisliyi), data analitikası (data elmləri), informasiya texnologiyaları, elektrik və elektronika mühəndisliyi ixtisasları üzrə qəbul aparılır. Təhsil müddətinin sonunda tələbələrə təhsil aldıqları ixtisas üzrə həm BMU, həm də İNHA Universiteti tərəfindən bakalavriat səviyyəsi üzrə diplomlar təqdim edilir.



Həmçinin oxuyun:
I qrup üzrə ixtisasların ən son keçid balları - Abituriyentlərin diqqətinə!

I qrup üzrə ixtisasların ən son keçid balları - Abituriyentlərin diqqətinə!

I ixtisas qrupu üzrə ötənilki keçid balları - Abituriyentlərin nəzərinə!

I ixtisas qrupu üzrə ötənilki keçid balları - Abituriyentlərin nəzərinə!

Ali məktəblərdə ödənişli ixtisaslar üçün - Təhsil haqları müəyyənləşdi - QİYMƏTLƏR

Ali məktəblərdə ödənişli ixtisaslar üçün - Təhsil haqları müəyyənləşdi - QİYMƏTLƏR

Bu il üzrə qəbul üçün daxili imtahanlar keçirilib

Bu il üzrə qəbul üçün daxili imtahanlar keçirilib

Mühəndislik ixtisasları istiqaməti üzrə beynəlxalq ikili diplom proqramına sənəd qəbulu yekunlaşır

Mühəndislik ixtisasları istiqaməti üzrə beynəlxalq ikili diplom proqramına sənəd qəbulu yekunlaşır

Mühəndislik ixtisasları istiqaməti üzrə beynəlxalq ikili diplom proqramına sənəd qəbulu sabah yekunlaşır

Mühəndislik ixtisasları istiqaməti üzrə beynəlxalq ikili diplom proqramına sənəd qəbulu sabah yekunlaşır

BMU-da daha 15 yeni ixtisas yaradıldı

BMU-da daha 15 yeni ixtisas yaradıldı

Təhsilin inkişaf strategiyası: nailiyyətlər və əsas hədəflər - Nazir YAZDI

Təhsilin inkişaf strategiyası: nailiyyətlər və əsas hədəflər - Nazir YAZDI

BMU-ya qəbulda mühüm dəyişikliklər edilib

BMU-ya qəbulda mühüm dəyişikliklər edilib

Təhsil Nazirliyi: 2020-ci təqvim ili rəqəmlərdə

Təhsil Nazirliyi: 2020-ci təqvim ili rəqəmlərdə

BMU və İNHA Universiteti arasında ikili diplom proqramına qəbul başlanır

BMU və İNHA Universiteti arasında ikili diplom proqramına qəbul başlanır

“ADA” və “Corc Vaşinqton” arasında əməkdaşlığın yeni inkişaf mərhələsi

“ADA” və “Corc Vaşinqton” arasında əməkdaşlığın yeni inkişaf mərhələsi

Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası

Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası

"Təhsildə yeni keyfiyyət mərhələsi başlayır"  Azərbaycan Respublikasının Təhsil Naziri Mikayıl Cabbarovun “Azərbaycan” qəzetinə müsahibəsi

"Təhsildə yeni keyfiyyət mərhələsi başlayır" Azərbaycan Respublikasının Təhsil Naziri Mikayıl Cabbarovun “Azərbaycan” qəzetinə müsahibəsi

Ali məktəblərə qəbul üçün müsabiqə şərtləri açıqlanıb

Ali məktəblərə qəbul üçün müsabiqə şərtləri açıqlanıb

Ümumtəhsil məktəbləri üçün İnformatika və Həyat bilgisi fənni üzrə  təhsil proqramı (kurikulumu) (I-IV siniflər)(STANDARTLAR)

Ümumtəhsil məktəbləri üçün İnformatika və Həyat bilgisi fənni üzrə təhsil proqramı (kurikulumu) (I-IV siniflər)(STANDARTLAR)

2022-ci təqvim ili rəqəmlərdə

2022-ci təqvim ili rəqəmlərdə

Bakı təhsili: təqvim ilinin təhsil mənzərəsi

Bakı təhsili: təqvim ilinin təhsil mənzərəsi

2020-2021-ci tədris ili rəqəmlərdə

2020-2021-ci tədris ili rəqəmlərdə

Azərbaycan Respublikasının Nazirlər Kabineti 2019-cu ildə ali məktəblərə qəbul aparılacaq ixtisasların adlarını elan edib.

Azərbaycan Respublikasının Nazirlər Kabineti 2019-cu ildə ali məktəblərə qəbul aparılacaq ixtisasların adlarını elan edib.

280 baldan aşağı nəticə göstərənlər ali məktəblərə qəbul edilməsin - TƏKLİF

280 baldan aşağı nəticə göstərənlər ali məktəblərə qəbul edilməsin - TƏKLİF

BMU-da ikili diplom proqramının icrası ilə bağlı hazırlıq işləri müzakirə edilib

BMU-da ikili diplom proqramının icrası ilə bağlı hazırlıq işləri müzakirə edilib

İkili diplom proqramları: Azərbaycan ali təhsilinin beynəlmiləlləşmə yol xəritəsi

İkili diplom proqramları: Azərbaycan ali təhsilinin beynəlmiləlləşmə yol xəritəsi

Görülən tədbirlərin nəticəsi həm kəmiyyətdə, həm də keyfiyyətdə özünü göstərib

Görülən tədbirlərin nəticəsi həm kəmiyyətdə, həm də keyfiyyətdə özünü göstərib