AzTehsil.com

Xəbərlər
20 mart 2020
1 521

“ADA” və “Corc Vaşinqton” arasında əməkdaşlığın yeni inkişaf mərhələsi

“ADA” və “Corc Vaşinqton” arasında əməkdaşlığın yeni inkişaf mərhələsi

Araz Yusubov: "Məzunlar həm "ADA” Universiteti, həm də Corc Vaşinqton Universitetindən magistr dərəcəsi əldə edəcəklər"

Məlum olduğu kimi, martın 12-də  "ADA" Universitetinin ABŞ-ın Corc Vaşinqton Universiteti ilə birgə Kompüter elmləri və Data analitikası üzrə yeni magistr proqramının təqdimatı olub.   Bu proqram çərçivəsində Azərbaycanda ilk dəfə olaraq Kompüter elmləri və Data analitikası üzrə elmi dərəcə veriləcək.  "ADA" Universitetinin İnformasiya Texnologiyaları və Mühəndislik İnstitutunun dekanı Araz Yusubov "Azərbaycan müəllimi"nə müsahibəsində  layihə barədə fikirlərini  bölüşüb.

- "ADA" Universiteti və Corc Vaşinqton Universiteti arasında magistratura səviyyəsində  diplom proqramının mahiyyəti və hədəfləri barədə məlumat verməyinizi xahiş edirik.  Proqram  necə həyata keçiriləcək?

- Əvvəla, dəqiqləşdirim ki, Kompüter elmləri və Data analitikası üzrə yeni magistr proqramının açılması "ADA” Universiteti və ABŞ-ın Corc Vaşinqton Universiteti arasında birgə akademik tərəfdaşlıq haqqında razılaşmanın bir hissəsidir. Proqram "2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” vasitəsilə,  BP və tərəfdaşları tərəfindən maliyyələşdirilir.

Tədris yay semestri də daxil olmaqla, beş semestr ərzində aparılacaq. Bu semestrlərdən üçü Bakıda, iki semestr isə Corc Vaşinqton Universitetində keçiriləcək. Vaşinqtondakı təhsil müddəti ərzində tələbələr Corc Vaşinqton Universitetinin Mühəndislik və Tətbiqi Elmlər Məktəbinin müasir laboratoriya və tədqiqat mərkəzlərindən faydalanmaq imkanı əldə edəcəklər. Tələbələrin hər iki universitetdə təhsil haqqı, Vaşinqtona səfəri və oradakı yaşayış xərcləri Dövlət proqramı, BP və tərəfdaşları tərəfindən ödənilir.

Məzunlar həm "ADA” Universiteti, həm də Corc Vaşinqton Universitetindən magistr dərəcəsi əldə edəcəklər. Proqrama qəbul üçün namizədlərdən müvafiq sahədə bakalavr dərəcəsi və ingilis dili bilikləri tələb olunur. Əlavə məlumat ada.edu.az/csda ünvanında yerləşdirilib.

- Dünyada DATA analitikası nə dərəcədə vacib istiqamət hesab olunur? 

- Hazırda 4-cü sənaye inqilabına hazır olmağın vacibliyi heç kəsdə şübhə doğurmur. Bu inqilabın mərkəzində böyük ölçülü verilənlərin (big data) emalına əsaslanan intellektual sistemlər dayanır. Məşhur bənzətmə odur ki, əgər "böyük verilənlər yeni dövrün neftidir”sə, "data analitikası yeni dövrün daxili yanma mühərrikidir”. Bu yeni dövrdə təşəkkül tapan dataizm fəlsəfəsi data axınlarının mühüm rol oynadığı dünyada böyük verilənlər və data analitikasının əhəmiyyətindən xəbər verir.

- DATA analitikası üzrə mütəxəssis hazırlığı Azərbaycan üçün nə dərəcədə önəmlidir və bu təşəbbüs bizə nə verəcək? 

- Son dövrlər müxtəlif fəaliyyət sektorlarında rəqəmsallaşma strategiyası həyata keçirildiyi bir zamanda iş elanlarını izləyərkən, bu sahəyə tələb yarandığını görə bilərik. Data analitikası istiqamətində mütəxəssislərə artan ehtiyacı ödəməklə yanaşı, yeni tədqiqatyönümlü magistr proqramının başlanmasının, məncə, daha fundamental əhəmiyyəti var. Dövlət başçısı vaxtilə belə bir fikir səsləndirmişdi: "Gələcək neft və qazdan ibarət deyil. Onlar bir gün tükənəcəkdir. Gələcək innovasiya, texnologiya, yaxşı idarəçilik, şəffaflıq və sahibkarlığa dövlət dəstəyindən ibarət olacaqdır”. İnnovasiyanı mümkün edən zəruri sistemli ixtiraçılıq mühiti, inanıram ki, məhz keyfiyyətli magistratura (və doktorantura) proqramları ilə təşəkkül tapır.

- Bu proqramın Azərbaycan üçün bir ilk olduğunu deyə bilərikmi?  Layihə Azərbaycanın ali təhsil sisteminin rəqabət qabiliyyətliliyinin artırılmasına nə kimi töhfələr verəcək?

- Adətən, "bir ilk” yarışından uzaq olmağa çalışıram. Ümidimiz odur ki, Data analitikası üzrə bu proqramın başlanması həm də "data analitikası” söz birləşməsinin leksikonumuza aktiv daxil olmasına gətirib çıxaracaq. Azərbaycanda BP və tərəfdaşlarının dəstəyi ilə "ADA" Universitetində qurulmuş Data Analitikası üzrə Tədqiqat Mərkəzi (CeDAR) magistratura proqramının açılması sayəsində yeni bir inkişaf mərhələsinə qədəm qoyacaq.
 
- Corc Vaşinqton Universiteti ilə həyata keçirilən bu yeni təşəbbüs ADA-ya hansı dividendlər qazandıracaq?

- Daha əhatəli razılaşma çərçivəsində universitetlərimizin Bakıda və Vaşinqtonda tədris olunan birgə proqramlar həyata keçirməsi, pedaqoji heyətin inkişafı üzrə əməkdaşlıq etməsi və birgə tədqiqat layihələri aparması nəzərdə tutulur.

Oruc MUSTAFAYEV
 
“ADA” və “Corc Vaşinqton” arasında əməkdaşlığın yeni inkişaf mərhələsi

Загрузка...
Həmçinin oxuyun:
ADA Universiteti və BP arasında müqavilə imzalanıb

ADA Universiteti və BP arasında müqavilə imzalanıb

ADPU və Corc Vaşinqton Universiteti arasında ikili diplom proqramı imzalanıb

ADPU və Corc Vaşinqton Universiteti arasında ikili diplom proqramı imzalanıb

ADPU və Corc Vaşinqton Universiteti arasında ikili diplom proqramı üzrə oxumaq istəyənlərin nəzərinə

Yeni Peşə Təhsil Mərkəzi və “Sumqayıt Texnologiya Data Mərkəzi”MMC arasında əməkdaşlıq memorandumu imzalanıb

Yeni Peşə Təhsil Mərkəzi və “Sumqayıt Texnologiya Data Mərkəzi”MMC arasında əməkdaşlıq memorandumu imzalanıb

Təhsildə daha bir uğur

Təhsildə daha bir uğur

“ADA” Universiteti professor-müəllim heyətindəki vakant yerlərə qəbul elan edir

“ADA” Universiteti professor-müəllim heyətindəki vakant yerlərə qəbul elan edir

ADA Universiteti təhsil haqqını qaldırdı – 17 min manat

ADA Universiteti təhsil haqqını qaldırdı – 17 min manat

4 ilə iki diplom almaq imkanı...

4 ilə iki diplom almaq imkanı...

ADA-da magistraturaya sənəd qəbuluna başlayıb

ADA-da magistraturaya sənəd qəbuluna başlayıb

UFAZ-da magistratura proqramının təqdimatı olub

UFAZ-da magistratura proqramının təqdimatı olub

"Aqrar İxtisaslaşmış Jurnalistlər" layihəsinə start verilib.

"Aqrar İxtisaslaşmış Jurnalistlər" layihəsinə start verilib.

ADA Məktəbinin təqdimatı olub

ADA Məktəbinin təqdimatı olub

Bakı Mühəndislik Universiteti ilə İnha Universiteti arasında anlaşma memorandumu

Bakı Mühəndislik Universiteti ilə İnha Universiteti arasında anlaşma memorandumu

“Təhsil islahatları və onun özəl sektor üçün əhəmiyyəti”

“Təhsil islahatları və onun özəl sektor üçün əhəmiyyəti”

“Gənclər sektorunun idarə edilməsi və gənclər siyasəti üzrə 1-ci Magistr proqramı”nın təqdimat mərasimi

“Gənclər sektorunun idarə edilməsi və gənclər siyasəti üzrə 1-ci Magistr proqramı”nın təqdimat mərasimi

Azərbaycanda ən reytinqli univeritetlərdən birinin rektorunun diplomu saxta imiş...

Azərbaycanda ən reytinqli univeritetlərdən birinin rektorunun diplomu saxta imiş...

Bu universitetlərdə oxuyanların təhsil xərcləri maliyyələşdirilə bilər - Gənclər Fondundan şad xəbər

Bu universitetlərdə oxuyanların təhsil xərcləri maliyyələşdirilə bilər - Gənclər Fondundan şad xəbər

ADA Universiteti  və BAMF “Qarabağ” layihəsi həyata keçirəcək

ADA Universiteti və BAMF “Qarabağ” layihəsi həyata keçirəcək

BANM Hyuston Universiteti ilə əməkdaşlığı genişləndirir

BANM Hyuston Universiteti ilə əməkdaşlığı genişləndirir

4-cü Beynəlxalq Təhsil Konfransı yekunlaşıb

4-cü Beynəlxalq Təhsil Konfransı yekunlaşıb

Berlin Humboldt Universiteti və “Hertie” İdarəçilik Məktəbinin birgə təqaüd proqramı

Berlin Humboldt Universiteti və “Hertie” İdarəçilik Məktəbinin birgə təqaüd proqramı

Azərbaycanda bu universitetin adı korrupsiya qalmaqalından yan keçmir - ANALİZ

Azərbaycanda bu universitetin adı korrupsiya qalmaqalından yan keçmir - ANALİZ

ADA Universitetində Karyera Yarmarkası keçirilib

ADA Universitetində Karyera Yarmarkası keçirilib