AzTehsil.com

Xəbərlər / Direktor / Müəllim / Digər Elan / Cəmiyyət / Doktorantura / Dünya / Bölgə / Yazarlar / İnnovasiyalar
28 iyul 2025
912

İkili diplom proqramları: Azərbaycan ali təhsilinin beynəlmiləlləşmə yol xəritəsi



İkili diplom proqramları: Azərbaycan ali təhsilinin beynəlmiləlləşmə yol xəritəsi...

Müasir dövrdə ali təhsilin beynəlmiləlləşməsi ölkələrin qlobal rəqabətliliyinin başlıca göstəricilərindən birinə çevrilib. Bu istiqamətdə Azərbaycanda da mühüm addımlar atılır. Ölkəmizdə ali təhsil sisteminin beynəlxalq nüfuzunun gücləndirilməsi üçün həyata keçirilən tədbirlər arasında ikili diplom proqramlarının genişləndirilməsi xüsusi önəm daşıyır. Bu proqramlar Azərbaycanın aparıcı universitetləri ilə dünyanın tanınmış ali təhsil müəssisələri arasında strateji tərəfdaşlıqların qurulmasına, birgə tədqiqatlara, tədris proqramlarının beynəlxalq akkreditasiyasına və müəllim-tələbə mobilliyinin artmasına xidmət edir.


AzTehsil.com - Ölkəmizdə tətbiq olunan beynəlxalq ikili diplom proqramlarının əsas məqsədi müasir elmi nailiyyətlər və innovativ təlim metodlarından istifadə edərək yeni nəsil peşəkarlar yetişdirmək, Azərbaycan ali təhsilinin məzmun və keyfiyyətini yeniləmək və transmilli təhsil modelini ölkədə uğurla tətbiq etməkdir. Bu proqramların inkişaf etmiş təhsil sistemlərinə malik ölkələrin nüfuzlu universitetləri ilə genişləndirilməsi ölkəmizin istedadlı və yüksək potensiallı gənclərinin beynəlxalq təcrübə qazanmasına, ali təhsil müəssisələri arasında birgə elmi əməkdaşlığın artırılmasına zəmin yaradır.


İkili diplom proqramlarında iştirak edən tələbələr eyni vaxtda iki müxtəlif təhsil proqramını mənimsəyərək hər iki universitetin diplomuna sahib olur. Bu, onlara həm yerli, həm də beynəlxalq əmək bazarına daha sürətli inteqrasiya imkanı yaradır, peşəkar bacarıqlarını və rəqabət üstünlüklərini artırır. Bu baxımdan ikili diplom proqramları yalnız fərdi karyera uğurlarını təmin etməklə kifayətlənmir, eyni zamanda ölkənin elmi və intellektual potensialını gücləndirən strateji alət kimi çıxış edir.


Azərbaycanda ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması istiqamətində mühüm addımlardan biri də 2025-ci il iyulun 22-də cənab Prezident İlham Əliyevin imzaladığı “Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncam oldu. Bu mühüm sənəd ölkənin ali təhsil sisteminin beynəlxalq standartlara uyğunlaşdırılması, qlobal əmək bazarına inteqrasiya edə bilən yüksəkixtisaslı kadrların hazırlanması və uzunmüddətli dayanıqlı, inklüziv təhsil modelinin formalaşdırılması məqsədi daşıyır.


Hazırda 2019-2023-cü illəri əhatə edən və Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 16 noyabr tarixli Sərəncamı ilə təsdiq olunmuş Dövlət Proqramı çərçivəsində 6 ikili diplom proqramı uğurla həyata keçirilir ki, bunlardan 2-si bakalavriat, 4-ü isə magistratura təhsil səviyyəsinə aiddir. ABŞ-nin Corc Vaşinqton Universiteti (CVU) ilə Azərbaycan Dövlət Pedaqoji Universitetinin “Təhsil və insan kapitalının inkişafı” ixtisası üzrə magistratura səviyyəsində beynəlxalq ikili diplom proqramı mövcuddur. Eyni zamanda CVU ilə ADA Universiteti arasında “Kompüter elmləri və verilənlərin təhlili” və “Elektrik və elektroenergetika mühəndisliyi” ixtisasları üzrə magistratura səviyyəsində ikili diplom proqramları həyata keçirilir. Cənubi Koreyanın INHA Universiteti ilə Bakı Mühəndislik Universiteti “İnşaat mühəndisliyi”, “Elektrik mühəndisliyi”, “Elektronika mühəndisliyi” və “İnformasiya texnologiyaları” ixtisasları üzrə bakalavriat səviyyəsində beynəlxalq ikili diplom proqramlarını təklif edir. Türkiyənin Ege Universiteti ilə Azərbaycan Dövlət Aqrar Universiteti “Aqronomluq”, “Aqromühəndislik”, “Bitki mühafizəsi” və “İqtisadiyyat” ixtisasları üzrə bakalavriat səviyyəsində ikili diplom proqramlarına malikdir. İsrailin Yerusəlim İbrani Universiteti (HUJI) ilə Bakı Dövlət Universitetinin “Biotexnologiya” ixtisası üzrə magistratura səviyyəsində, həmçinin İngiltərənin Vorvik Universiteti ilə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin “Bərpa olunan enerji mənbələri” ixtisası üzrə magistratura səviyyəsində ikili diplom proqramları fəaliyyət göstərirMüvafiq sərəncama əsasən, bu proqramların sayının 8-ə çatdırılması və onların 2030-cu ilədək davamlı şəkildə icrası nəzərdə tutulur. Nəticədə, daha çox azərbaycanlı gənc dünyanın qabaqcıl ali təhsil müəssisələrindən beynəlxalq diplom əldə etmək imkanı qazanacaq. Bu isə həm fərdi karyera imkanlarını genişləndirəcək, həm də ölkənin elmi və intellektual potensialının yüksəldilməsini şərtləndirəcək.


Proqramların davamlı və stabil maliyyələşdirilməsi üçün Dövlət Neft Fondundan vəsait ayrılması nəzərdə tutulub. Bu isə ali təhsilə yönəlmiş strateji investisiya olmaqla, həm insan kapitalının inkişafına, həm də bilik iqtisadiyyatının formalaşmasına mühüm töhfə verəcək.


Sərəncama əsasən Nazirlər Kabineti dörd ay müddətində beynəlxalq ikili diplom proqramlarının həyata keçiriləcəyi xarici tərəfdaş ali təhsil müəssisələrinin, ixtisaslar üzrə təhsil proqramlarının və təhsil səviyyələrinin seçimi qaydasını, proqramların maliyyələşdirilməsi mexanizmini və icrasına dair tədbirlər planını təsdiq edib dövlət başçısına məlumat verməli, həmçinin bu sərəncamdan irəli gələn digər məsələləri həll etməlidir.


Elm və Təhsil Nazirliyi beynəlxalq ikili diplom proqramlarının həyata keçiriləcəyi xarici tərəfdaş ali təhsil müəssisələrinin, ixtisaslar üzrə təhsil proqramlarının və təhsil səviyyələrinin seçimini sərəncamda göstərilən qaydaya uyğun şəkildə həyata keçirməli, hər tədris ili üçün proqramların maliyyələşdirilməsi üçün tələb olunan vəsaiti Dövlət Neft Fondu ilə razılaşdırmaqla müəyyən etməli və sərəncamdan irəli gələn digər məsələlərin həlli üçün zəruri tədbirlər görməlidir.


Bütün bu tədbirlərin nəticəsində Azərbaycan ali təhsil sistemi daha çevik, innovativ və dünya əmək bazarının çağırışlarına uyğun fəaliyyət göstərən müasir bir quruma çevriləcək. İkili diplom proqramları yalnız beynəlxalq səviyyədə tanınan mütəxəssislərin hazırlanmasına xidmət etmir, eyni zamanda universitetlər arasında əməkdaşlığın güclənməsinə, elmi-tədqiqat sahəsində ortaq layihələrin genişlənməsinə və ali təhsil müəssisələrimizin beynəlxalq reytinqlərdə mövqeyinin möhkəmlənməsinə əhəmiyyətli töhfə verir. Bu proseslər Azərbaycan təhsil sisteminin qlobal elmi və akademik məkana inteqrasiyasını daha da sürətləndirəcək.


Vaqif FƏTULLAYEV,

Azərbaycan Respublikasının Təhsil İnstitutunun doktorantı



Həmçinin oxuyun:
Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası

Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası

Təhsilin inkişaf strategiyası: nailiyyətlər və əsas hədəflər - Nazir YAZDI

Təhsilin inkişaf strategiyası: nailiyyətlər və əsas hədəflər - Nazir YAZDI

Əlavə təhsilin məzmunu, təşkili və əlavə təhsilin hər hansı istiqaməti üzrə təhsil almış şəxslərə müvafiq sənədin verilməsi

Əlavə təhsilin məzmunu, təşkili və əlavə təhsilin hər hansı istiqaməti üzrə təhsil almış şəxslərə müvafiq sənədin verilməsi

Ənənəvi və interaktiv təlim metodlarının müqayisəli təhlili

Ənənəvi və interaktiv təlim metodlarının müqayisəli təhlili

Uğurlu təhsil islahatlarının banisi

Uğurlu təhsil islahatlarının banisi

AZƏRBAYCAN RESPUBLİKASININ ÜMUMTƏHSİL SİSTEMİNDƏ QİYMƏTLƏNDİRMƏ KONSEPSİYASI

AZƏRBAYCAN RESPUBLİKASININ ÜMUMTƏHSİL SİSTEMİNDƏ QİYMƏTLƏNDİRMƏ KONSEPSİYASI

"İstənilən universitet innovativ inkişaf yolunu seçə bilməz,  bunun üçün universitetin müvafiq kadr potensialı olmalıdır" -Dosent İlham Əhmədov

"İstənilən universitet innovativ inkişaf yolunu seçə bilməz, bunun üçün universitetin müvafiq kadr potensialı olmalıdır" -Dosent İlham Əhmədov

ÜMUMİ TƏHSİL MÜƏSSİSƏLƏRİNİN MÜƏLLİMLƏRİ ÜÇÜN İXTİSASARTIRMA TƏHSİLİNİN KURİKULUM ÇƏRÇİVƏSİ

ÜMUMİ TƏHSİL MÜƏSSİSƏLƏRİNİN MÜƏLLİMLƏRİ ÜÇÜN İXTİSASARTIRMA TƏHSİLİNİN KURİKULUM ÇƏRÇİVƏSİ

Pedaqoji Lüğət

Pedaqoji Lüğət

"Bütün müəllimlərin 70%-nin əməkhaqqında artım olub"-nazir yazır

"Bütün müəllimlərin 70%-nin əməkhaqqında artım olub"-nazir yazır

"Təhsildə yeni keyfiyyət mərhələsi başlayır"  Azərbaycan Respublikasının Təhsil Naziri Mikayıl Cabbarovun “Azərbaycan” qəzetinə müsahibəsi

"Təhsildə yeni keyfiyyət mərhələsi başlayır" Azərbaycan Respublikasının Təhsil Naziri Mikayıl Cabbarovun “Azərbaycan” qəzetinə müsahibəsi

“Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası”  2017

“Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası” 2017

Distant təhsilə doğru ilk addımlar

Distant təhsilə doğru ilk addımlar

Təhsilin inkişafını əsaslandıran Strategiya

Təhsilin inkişafını əsaslandıran Strategiya

İlham Əhmədov: "Hər bir ölkənin gələcəyi o ölkə insanlarının alacağı təhsilə bağlıdır"

İlham Əhmədov: "Hər bir ölkənin gələcəyi o ölkə insanlarının alacağı təhsilə bağlıdır"

Görülən tədbirlərin nəticəsi həm kəmiyyətdə, həm də keyfiyyətdə özünü göstərib

Görülən tədbirlərin nəticəsi həm kəmiyyətdə, həm də keyfiyyətdə özünü göstərib

Pedaqoji tədqiqatlara yeni yanaşmalar

Pedaqoji tədqiqatlara yeni yanaşmalar

Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

Təhsil mürəkkəb dinamik sistemdir

Təhsil mürəkkəb dinamik sistemdir

Ümumtəhsil məktəbinin direktorunun   əmək funksiyaları, hüquq və vəzifələri

Ümumtəhsil məktəbinin direktorunun əmək funksiyaları, hüquq və vəzifələri

Məktəb direktorunun əmək funksiyaları, hüquq və vəzifələri

Məktəb direktorunun əmək funksiyaları, hüquq və vəzifələri

QƏRAR   № 103  "Ümumi təhsil pilləsinin dövlət standartı və proqramları (kurikulumları)"nın təsdiq edilməsi haqqında

QƏRAR № 103 "Ümumi təhsil pilləsinin dövlət standartı və proqramları (kurikulumları)"nın təsdiq edilməsi haqqında

Təhsil proqramlarının rolu və əhəmiyyəti: “Proqramların icrası hansı səviyyədədir?”- Ekspertlər danışdı

Təhsil proqramlarının rolu və əhəmiyyəti: “Proqramların icrası hansı səviyyədədir?”- Ekspertlər danışdı

Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında   AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU