Xəbərlər
19 avqust 2021
782

Mühəndislik ixtisasları istiqaməti üzrə beynəlxalq ikili diplom proqramına sənəd qəbulu sabah yekunlaşır

Mühəndislik ixtisasları istiqaməti üzrə beynəlxalq ikili diplom proqramına sənəd qəbulu sabah yekunlaşır

"2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində mühəndislik ixtisasları istiqaməti üzrə beynəlxalq ikili diplom proqramına sənəd qəbulu sabah yekunlaşır.

Bu barədə Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, 2021-2022-ci tədris ili üçün Bakı Mühəndislik Universiteti və Cənubi Koreyanın nüfuzlu ali təhsil müəssisəsi olan İnha Universiteti tərəfindən həyata keçirilən beynəlxalq ikili diplom proqramının (BMU-İnha İDP) bakalavr pilləsinə onlayn qeydiyyat avqustun 20-si saat 23:55-dək davam edəcək. Müraciət üçün sənədlər göstərilən tarixədək onlayn anket formasında təqdim edilməlidir.

İngilis dilində 4 il müddətində həyata keçiriləcək bakalavr proqramına informasiya texnologiyaları, inşaat mühəndisliyi, elektrik mühəndisliyi və elektronika mühəndisliyi ixtisasları üzrə hər biri 25 nəfər olmaqla 100 nəfərin qəbul edilməsi nəzərdə tutulur.

Proqramın 3+1 modelinə əsaslanaraq, 3 il müddətində Bakı Mühəndislik Universiteti, 1 il müddətində isə İnha Universitetində tədrisi nəzərdə tutulur.

Təhsil müddətinin sonunda tələbələrə həm BMU, həm də İnha Universiteti tərəfindən bakalavr diplomları təqdim ediləcək. Proqramın məzunlarının qazanacağı bilik və bacarıqlar qeyd olunan 4 ixtisas üzrə mühəndislik, tədqiqat, beynəlxalq təhsil, təhlil və inkişaf sahələrini əhatə edəcək.

Təhsilalanların təhsil haqqı, qeydiyyat xərci, tədris materialları və elektron informasiya resurslarına çıxış xərcləri, habelə Cənubi Koreyada 1 illik təhsil və 3 həftəlik yay məktəbində iştirak xərcləri Dövlət Proqramı tərəfindən qarşılanır.

Beynəlxalq ikili diplom proqramına qəbul Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən qəbul imtahanlarının (bakalavriat pilləsi üzrə) nəticələri və İnha Universiteti tərəfindən keçirilən daxili müsabiqə əsasında aparılır. Belə ki, proqrama Azərbaycan Respublikasının vətəndaşı olan və 2021-ci ildə DİM imtahanlarında iştirak etmiş və uğurla keçmiş I ixtisas qrupunun abituriyentləri və BMU-İnha İDP-nin hər ixtisas üzrə müəyyən edilmiş müvafiq keçid balını toplamış namizədlər müraciət edə bilərlər. Proqrama müraciət etmiş namizədlər BMU ilə İnha Universitetinin birgə təşkil etdiyi daxili imtahandan uğurla keçməlidir: yazılı (riyaziyyat və fizika) və şifahi (ingilis dili müsahibəsi). Daxili imtahanda iştirak etmək üçün onlayn anket formasını dolduraraq tələb olunan sənədləri təqdim etmək lazımdır.

BMU-İnha İDP-yə qəbul üçün daxili imtahanın nəticələri avqustun 23-də elan olunacaq.
Məqalə Göndər

Загрузка...
Həmçinin oxuyun:
Mühəndislik ixtisasları istiqaməti üzrə beynəlxalq ikili diplom proqramına sənəd qəbulu yekunlaşır

Mühəndislik ixtisasları istiqaməti üzrə beynəlxalq ikili diplom proqramına sənəd qəbulu yekunlaşır

Mühəndislik ixtisasları üzrə ikili diplom proqramına növbəti qəbula start verilir

Mühəndislik ixtisasları üzrə ikili diplom proqramına növbəti qəbula start verilir

Bakı Mühəndislik Universiteti ilə İnha Universiteti arasında anlaşma memorandumu

Bakı Mühəndislik Universiteti ilə İnha Universiteti arasında anlaşma memorandumu

BMU-da ikili diplom proqramının icrası ilə bağlı hazırlıq işləri müzakirə edilib

BMU-da ikili diplom proqramının icrası ilə bağlı hazırlıq işləri müzakirə edilib

Təhsil naziri Koreya Respublikası İnha Universitetinin nümayəndə heyəti ilə görüşüb

Təhsil naziri Koreya Respublikası İnha Universitetinin nümayəndə heyəti ilə görüşüb

Təhsil ixtisası üzrə ikili diplom proqramı

Təhsil ixtisası üzrə ikili diplom proqramı

Təhsil ixtisası üzrə ikili diplom proqramı

Təhsil ixtisası üzrə ikili diplom proqramı

Beynəlxalq ikili diplom proqramına müəllimlər üçün vakansiya

Beynəlxalq ikili diplom proqramına müəllimlər üçün vakansiya

İkili diplom proqramı - “Təhsil” ixtisası üzrə magistraturada oxumaq üçün növbəti sənəd qəbulu

İkili diplom proqramı - “Təhsil” ixtisası üzrə magistraturada oxumaq üçün növbəti sənəd qəbulu

UNEC-in 9-cu ikili diplom proqramı

UNEC-in 9-cu ikili diplom proqramı

İkili diplom proqramı üzrə sənəd qəbulu davam edir

İkili diplom proqramı üzrə sənəd qəbulu davam edir

ADPU və Corc Vaşinqton Universiteti arasında ikili diplom proqramı imzalanıb

ADPU və Corc Vaşinqton Universiteti arasında ikili diplom proqramı imzalanıb

ADA Universiteti və BP arasında müqavilə imzalanıb

ADA Universiteti və BP arasında müqavilə imzalanıb

BMU-nun tələbə qəbulu planına yeni ixtisaslar əlavə edilib

BMU-nun tələbə qəbulu planına yeni ixtisaslar əlavə edilib

Təhsil Nazirliyi: İlkin mərhələdə 5 beynəlxalq ikili diplom proqramı təsis olunaca

Təhsil Nazirliyi: İlkin mərhələdə 5 beynəlxalq ikili diplom proqramı təsis olunaca

BMU-da daha 15 yeni ixtisas yaradıldı

BMU-da daha 15 yeni ixtisas yaradıldı

34 gənc 11 ölkənin 22 ən nüfuzlu universitetində doktorantura təhsili alacaq

34 gənc 11 ölkənin 22 ən nüfuzlu universitetində doktorantura təhsili alacaq

Beynəlxalq ikili diplom proqramları ilə bağlı qaydalar təsdiqlənib

Beynəlxalq ikili diplom proqramları ilə bağlı qaydalar təsdiqlənib

2020-2021-ci tədris ili rəqəmlərdə

2020-2021-ci tədris ili rəqəmlərdə

Bakı Mühəndislik Universitetində Himayəçilər Şurasının növbəti iclası

Bakı Mühəndislik Universitetində Himayəçilər Şurasının növbəti iclası

Təhsil Nazirliyində mətbuat konfransı

Təhsil Nazirliyində mətbuat konfransı

Emin Əmrullayev: Tibb təhsili alanlara ikili diplom şansı yaradılır

Emin Əmrullayev: Tibb təhsili alanlara ikili diplom şansı yaradılır

ADPU və Corc Vaşinqton Universiteti arasında ikili diplom proqramı üzrə oxumaq istəyənlərin nəzərinə