Xəbərlər, Abituriyent
24 avqust 2020

BMU-da daha 15 yeni ixtisas yaradıldı

BMU-da daha 15 yeni ixtisas yaradıldı

 

Son iki ildə Bakı Mühəndislik Universitetində (BMU) hazırki əmək bazarında daha çox tələb olunan 15 yeni  ixtisas yaradılıb. Onların bir qismi 2020/2021-ci tədris ilinə təsadüf edir. 

Bu ixtisaslar sırasına 

İnformasiya təhlükəsizliyi,
Radiotexnika və telekommunikasiya mühəndisliyi,
Nəqliyyatda servis (nəqliyyat növləri üzrə) ,
Memarlıq,
Şəhərsalma,
Dizayn,
İqtisadiyyat,
Logistika və nəqliyyat texnologiyaları mühəndisliyi,
Ekologiya mühəndisliyi,
Elektrik və elektronika mühəndisliyi,
Energetika mühəndisliyi,
Maşın mühəndisliyi,
Nəqliyyat tikintisi mühəndisliyi,
Proseslərin avtomatlaşdırılması mühəndisliyi,
Sənaye mühəndisliyi
daxildir.

Ümumilikdə, cari ildə BMU-nun bakalavr pilləsində 29 ixtisas üzrə 1210 plan yeri ayrılıb. Onlardan 640 yer Azərbaycan bölməsi, 15 yer rus bölməsi, 555 yer isə ingilis bölməsi üçün nəzərdə tutulub. BMU-nun magistratura səviyyəsi üzrə qəbul planı isə 95 faizdən artıq dolub.

Vurğulamaq yerinə düşər ki, BMU ali təhsilin bütün səviyyələrində mühəndislik, iqtisadiyyat və idarəetmə, memarlıq və inşaat, pedaqoji sahələr üzrə kadrların hazırlığını həyata keçirən, fundamental və tətbiqi elmi tədqiqatlar aparan qabaqcıl ali təhsil müəssisəsidir. Universitetdə tədris prosesini təmin etmək üçün müasir auditoriyalar, ən son avadanlıqlarla təchiz olunmuş laboratoriyalar, tədris və elmi ədəbiyyat fondu olan kitabxana, internet şəbəkəsinə qoşulmuş kompüterlərlə təchiz edilmiş otaqlardan istifadə imkanı mövcuddur. Mütəmadi olaraq laboratoriyaların və ayrı-ayrı auditoriyaların ən müasir avadanlıqlarla təchiz edilməsi istiqamətində görülən işlər davam etdirilir. BMU-da təhsilin ingilis dilində və yüksək keyfiyyətdə tədris olunması gələcək mütəxəssislərin dünya miqyasında tanınmağına böyük əsas yaradır. BMU yarandığı dövrdən etibarən elektron universitet kimi fəaliyyət göstərib. Belə ki, elektron tədris, onlayn tədris platforması, elektron universitet idarəetmə sistemi və digər elektron xidmətlər BMU-da geniş istifadə edilməkdədir və həmin xidmətlərin daimi təkmilləşdirilməsi işləri aparılır. 

Qeyd etmək vacibdir ki, BMU məzunları dünyanın tanınmış universitetlərində (Praqa İqtisad Universiteti, Vistula Universiteti, Letbric Universiteti,Tartu Universiteti və s) təhsil alırlar. Onlar təhsillərini davam etdirməklə yanaşı, ABŞ-ın nüfuzlu  "SIRVA Relocation & Moving”,  dünyada tibbi avadanlıqlar, həmçinin əczaçılıq sənayesi üzrə tanınmış "Johnson & Johnson” kimi nüfuzlu şirkətlərdə çalışırlar.

Universitet bu il daha bir yeniliyə imza atıb. BMU ilə Cənubi Koreyanın İnha Universiteti arasında əldə edilən razılığa uyğun olaraq cari tədris ilindən ilk dəfə İnşaat mühəndisliyi, İnformasiya texnologiyaları, Elektrik mühəndisliyi və Elektronika mühəndisliyi ixtisasları üzrə ikili diplom proqramının həyata keçirilməsinə başlanılır. Proqramda Dövlət İmtahan Mərkəzinin (DİM) təşkil etdiyi imtahanda 400 və daha çox bal toplayan abituriyentlər iştirak edə biləcəklər. BMU ilə İnha Universitetinin birgə təşkil etdiyi müsabiqədən (ingilis dili, riyaziyyat və fizika) uğurla keçən abituriyentlər qeyd olunan 4 ixtisasdan birində öz seçimlərinə görə dövlət hesabına təhsil ala biləcəklər. İkili diplom proqramına əsasən tələbələr 3 akademik ili BMU-da, 1 akademik ili isə Cənubi Koreyanın İnha Universitetində təhsil alacaqlar. Diplom işini ingilis dilində hazırlayıb müdafiə etdikdən sonra tələbələr iki diplom əldə edəcəklər. Cari proqram tam olaraq dövlət vəsaiti hesabına təmin olunur. Bundan əlavə bakalavr pilləsini bitirən tələbələr magistratura və doktorantura təhsillərini Cənubi Koreyada təqaüdlə davam etdirmək imkanına malik olacaqlar.

Bundan başqa, bir müddət öncə BMU-nun nəzdində Kral Seconq İnstitutunun Xırdalan filialının təsis edilməsi layihəsi Cənubi Koreya hökumətinin Kral Seconq Fondu tərəfindən qəbul olunub. Layihənin məqsədinə uyğun olaraq cari ilin sentyabr ayından etibarən BMU-da Koreya dili kursları da təşkil olunacaq.

BMU-da təhsil alan tələbələrin əmək bazarında özlərinə iş tapmaları, həmçinin əmək bazarında istehsalatla kadr ixtisası arasındakı əlaqələrin inkişafı üçün də daimi iş aparılır. Universitet tələbələrinin təcrübə yerlərinin müəyyənləşdirilməsi, məzunlarının işlə təmin edilməsi məqsədi ilə özəl və dövlət qurumları ilə əməkdaşlığın qurulmasını, həmçinin tələbələrin  ixtisasları üzrə dövlət və özəl müəssisələrdə təcrübə keçmələrini və işlə təmin olunmasını təmin edən Müəssisələrlə əlaqələr və karyera departamenti fəaliyyət göstərir. Müəssisələrin tələbləri istiqamətində məzunların ixtisaslarına uyğun işlə təmin edilməsinə köməklik göstərən departament, eyni zamanda, müəssisələrin müvafiq tələbə və məzunlara istiqamətli vakant vəzifələr üzrə kadr seçimi imtahanlarını da təşkil edir.

BMU-da tələbələrin yaşayışı üçün hərtərəfli şərait yaradılıb. Universitetin ən müasir tələblərə cavab verən, oğlanlar və qızlar üçün nəzərdə tutulan 300 nəfərlik iki böyük yataqxanası fəaliyyət göstərir. Yataqxanalarda zəngin kitabxana, iaşə və məişət xidməti fəaliyyət göstərir. Hər iki binada bufet və gündə 3 dəfə zəngin çeşidli qidalarla tələbələrə xidmət edən yeməkxanalar mövcuddur. Yataqxanaların təhlükəsizlik məsələləri də yüksək səviyyədə təşkil olunub. 

Bununla yanaşı, tələbələrin asudə vaxtlarının səmərəli keçirilməsi məqsədilə universitetin klubları çox əhəmiyyətli rol oynayır. Klublar tələbələrin sosial və elmi həyatının zənginləşməsinə, dərslərdən əlavə bilik və bacarıqlarının dərinləşməsinə, həmçinin tələbəlik həyatının xoş və əyləncəli keçməsinə öz müsbət təsirini göstərir.

BMU tələbə klublarının sayına və tələbə fəaliyyətlərinin müxtəlifliyinə görə ölkəmizin universitetləri arasında ən aparıcı yeri tutur. Universitetdə hazırda 49 tələbə klubu fəaliyyət göstərir. İntellektual oyunları, şahmatı, kitab oxumağı, maraqlı oyunlar oynamağı, debat keçirməyi sevən, karyera bacarıqlarını artırmağa çalışan, xeyriyyə işi və digər fəaliyyətlərlə məşğul olmaq istəyən tələbələr üçün çoxsaylı tələbə klublarının olması onların tələbəlik həyatını daha maraqlı, effektiv və yaddaqalan edir.




Загрузка...
loading...

Həmçinin oxuyun:
BMU-da ikili diplom proqramının icrası ilə bağlı hazırlıq işləri müzakirə edilib

BMU-da ikili diplom proqramının icrası ilə bağlı hazırlıq işləri müzakirə edilib

I ixtisas qrupunda təhsil almaq istəyənlərə UNEC-dən fürsət: Yeni kampusda 9 yeni ixtisas üzrə bakalavr təhsili

I ixtisas qrupunda təhsil almaq istəyənlərə UNEC-dən fürsət: Yeni kampusda 9 yeni ixtisas üzrə bakalavr təhsili

BMU-da onlayn “Məzun günü” keçirilib

BMU-da onlayn “Məzun günü” keçirilib

BMU-nun magistratura pilləsinə sənəd qəbulu onlayn aparılacaq

BMU-nun magistratura pilləsinə sənəd qəbulu onlayn aparılacaq

2 magistr fərqlənmə, 17 magistr adi diploma layiq görülüb

2 magistr fərqlənmə, 17 magistr adi diploma layiq görülüb

BMU-da buraxılış işlərinin növbəti müdafiəsi

BMU-da buraxılış işlərinin növbəti müdafiəsi

BMU-da magistratura təhsili almağın üstünlükləri

BMU-da magistratura təhsili almağın üstünlükləri

BMU-nun rektoru onlayn keçirilən imtahanları izləyib

BMU-nun rektoru onlayn keçirilən imtahanları izləyib

Bu ildən BMU-da daha bir yeni ixtisas üzrə kadrlar hazırlanacaq - Müsahibə

Bu ildən BMU-da daha bir yeni ixtisas üzrə kadrlar hazırlanacaq - Müsahibə

BMU-nun tələbə qəbulu planına yeni ixtisaslar əlavə edilib

BMU-nun tələbə qəbulu planına yeni ixtisaslar əlavə edilib

BMU-nun tələbələri yataqxana üçün kirayə ödənişlərindən azad olunub

BMU-nun tələbələri yataqxana üçün kirayə ödənişlərindən azad olunub

BMU-nun komandaları “CanSat Azərbaycan 2020”-nin növbəti mərhələsində

BMU-nun komandaları “CanSat Azərbaycan 2020”-nin növbəti mərhələsində

BMU müəllimi dünya tarixində ilkə imza atıb

BMU müəllimi dünya tarixində ilkə imza atıb

BMU-da tədrisin məsafədən təşkili üzrə göstəricilər

BMU-da tədrisin məsafədən təşkili üzrə göstəricilər

BMU-da distant təlimlər davam edir

BMU-da distant təlimlər davam edir

BMU-nun tələbəsi esse yazı müsabiqəsinin qalibləri sırasında

BMU-nun tələbəsi esse yazı müsabiqəsinin qalibləri sırasında

BMU-da distant təlimlər

BMU-da distant təlimlər

BMU-da təlim-tədris prosesi məsafədən təşkil olunacaq

BMU-da təlim-tədris prosesi məsafədən təşkil olunacaq

Bakı Mühəndislik Universitetində Himayəçilər Şurasının növbəti iclası

Bakı Mühəndislik Universitetində Himayəçilər Şurasının növbəti iclası

Bakı Mühəndislik Universiteti ilə İnha Universiteti arasında anlaşma memorandumu

Bakı Mühəndislik Universiteti ilə İnha Universiteti arasında anlaşma memorandumu

Son illər ali məktəblərə qəbul olanların sayında artım var

Son illər ali məktəblərə qəbul olanların sayında artım var

Qərb Universiteti mühəndislər hazırlayacaq

Qərb Universiteti mühəndislər hazırlayacaq

Bakı Mühəndislik Universitetinə pedaqoji sahə üzrə qəbul dayandırılıb

Bakı Mühəndislik Universitetinə pedaqoji sahə üzrə qəbul dayandırılıb

Abituriyentlər üçün növbəti tədris ilindən etibarən yeni ixtisasları seçmək imkanı yaranıb

Abituriyentlər üçün növbəti tədris ilindən etibarən yeni ixtisasları seçmək imkanı yaranıb