AzTehsil.com

Xəbərlər / Direktor / Müəllim / Digər Elan / Cəmiyyət / Dünya / Manşet / Bölgə
15 iyul 2025
1 209

Koreyalı müəllimlərlə görüş KEÇİRİLİB



Bakı Mühəndislik Universitetinin rektoru Yaqub Piriyev Koreyanın İNHA Universiteti ilə birgə icra olunan ikili diplom proqramı (BMU-İNHA İDP) çərçivəsində tələbələr üçün “Yay məktəbi”ndə tədrisə cəlb edilən koreyalı müəllimlərlə görüşüb.


AzTehsil.com xəbər verir ki, rektor qonaqları salamlayaraq Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə təsdiq olunan “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın əhəmiyyətini, bu proqramın tərkib hissəsi olan BMU-İNHA İDP-nin yüksəkixtisaslı kadrların hazırlanmasına xidmət etdiyini vurğulayıb. Bildirilib ki, ötən il proqramdan 61 tələbə məzun olub, bu il isə proqramı 82 tələbə başa vurub və onlar üçün iyulun 17-də “Məzun günü” keçiriləcək. Yaqub Piriyev proqramın tələbələrə gərəkli bilik və bacarıqlar qazandırdığını deyərək, İNHA Universitetinin rəhbərliyinə və professor-müəllim heyətinə təşəkkürünü bildirib. BMU və İNHA arasında əməkdaşlığın gücləndirilməsinin vacibliyini önə çəkən rektor ötən il bu məqsədlə imzalanan Niyyət Məktubuna toxunub. Sənədin yüksək akademik göstəricilərə malik proqram məzunlarının 10%-nə İNHA Universitetinin magistr proqramlarına qəbul olunduqları təqdirdə tam təqaüd ayrılmasını nəzərdə tutduğunu xatırladan Yaqub Piriyev artıq məzunlardan təqaüd qazananlar olduğunu diqqətə çatdırıb.   


Ənənəvi “Yay məktəbi”nin təhsilalanların savad və təcrübələrinin artırılmasında müsbət rol oynadığını söyləyən rektor tədris prosesinin davamında müəllim və tələbələrə uğurlar arzulayıb. 


Görüşdə çıxış edən İNHA Universitetinin müəllimləri “Yay məktəbi” üçün yaradılan əlverişli şəraitə görə minnətdarlıqlarını bildiriblər. Çıxışlarda qeyd olunub ki, 15 nəfərlik professor-müəllim heyəti artıq müxtəlif fənnlər üzrə tədrisə başlayıb və nəzəri, təcrübi biliklərin artırılmasına xidmət edən bu dərslərə tələbələr tərəfindən böyük maraq göstərilir. Azərbaycanlı tələbələrə bilik öyrətməkdən məmnunluqlarını dilə gətirən İNHA müəllimləri ölkəmiz haqqında xoş təəssüratlarını da bölüşüblər. 


Görüş İNHA Universitetinin professor-müəllim heyətinə hədiyyələrin təqdim olunması və xatirə fotolarının çəkdirilməsi ilə başa çatıb.


 



Həmçinin oxuyun:
Mühəndislik ixtisasları istiqaməti üzrə beynəlxalq ikili diplom proqramına sənəd qəbulu yekunlaşır

Mühəndislik ixtisasları istiqaməti üzrə beynəlxalq ikili diplom proqramına sənəd qəbulu yekunlaşır

Mühəndislik ixtisasları istiqaməti üzrə beynəlxalq ikili diplom proqramına sənəd qəbulu sabah yekunlaşır

Mühəndislik ixtisasları istiqaməti üzrə beynəlxalq ikili diplom proqramına sənəd qəbulu sabah yekunlaşır

Əlavə təhsilin məzmunu, təşkili və əlavə təhsilin hər hansı istiqaməti üzrə təhsil almış şəxslərə müvafiq sənədin verilməsi

Əlavə təhsilin məzmunu, təşkili və əlavə təhsilin hər hansı istiqaməti üzrə təhsil almış şəxslərə müvafiq sənədin verilməsi

Uğurlu təhsil islahatlarının banisi

Uğurlu təhsil islahatlarının banisi

Təhsil Nazirliyi: 2020-ci təqvim ili rəqəmlərdə

Təhsil Nazirliyi: 2020-ci təqvim ili rəqəmlərdə

Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası

Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası

Paytaxt təhsili 2021-ci təqvim ilində

Paytaxt təhsili 2021-ci təqvim ilində

BMU-da ikili diplom proqramının icrası ilə bağlı hazırlıq işləri müzakirə edilib

BMU-da ikili diplom proqramının icrası ilə bağlı hazırlıq işləri müzakirə edilib

Bakı təhsili: təqvim ilinin təhsil mənzərəsi

Bakı təhsili: təqvim ilinin təhsil mənzərəsi

BMU-da daha 15 yeni ixtisas yaradıldı

BMU-da daha 15 yeni ixtisas yaradıldı

Təhsilin inkişaf strategiyası: nailiyyətlər və əsas hədəflər - Nazir YAZDI

Təhsilin inkişaf strategiyası: nailiyyətlər və əsas hədəflər - Nazir YAZDI

Məktəblər nə zaman bağlanacaq – Nazirin yeniliyi şagirdlərə nə verəcək?

Məktəblər nə zaman bağlanacaq – Nazirin yeniliyi şagirdlərə nə verəcək?

Sinif rəhbərinin illik tədbirlər planı

Sinif rəhbərinin illik tədbirlər planı

Görülən tədbirlərin nəticəsi həm kəmiyyətdə, həm də keyfiyyətdə özünü göstərib

Görülən tədbirlərin nəticəsi həm kəmiyyətdə, həm də keyfiyyətdə özünü göstərib

Bakı Mühəndislik Universiteti ilə İnha Universiteti arasında anlaşma memorandumu

Bakı Mühəndislik Universiteti ilə İnha Universiteti arasında anlaşma memorandumu

İlham Əliyev Qarabağ Universitetinin açılışında iştirak edib, müəllim və tələbələrlə görüşüb

İlham Əliyev Qarabağ Universitetinin açılışında iştirak edib, müəllim və tələbələrlə görüşüb

BMU-da onlayn “Məzun günü” keçirilib

BMU-da onlayn “Məzun günü” keçirilib

Beynəlxalq ikili diplom proqramları ilə bağlı qaydalar təsdiqlənib

Beynəlxalq ikili diplom proqramları ilə bağlı qaydalar təsdiqlənib

"Təhsildə yeni keyfiyyət mərhələsi başlayır"  Azərbaycan Respublikasının Təhsil Naziri Mikayıl Cabbarovun “Azərbaycan” qəzetinə müsahibəsi

"Təhsildə yeni keyfiyyət mərhələsi başlayır" Azərbaycan Respublikasının Təhsil Naziri Mikayıl Cabbarovun “Azərbaycan” qəzetinə müsahibəsi

Ümumtəhsil məktəbləri üçün İnformatika və Həyat bilgisi fənni üzrə  təhsil proqramı (kurikulumu) (I-IV siniflər)(STANDARTLAR)

Ümumtəhsil məktəbləri üçün İnformatika və Həyat bilgisi fənni üzrə təhsil proqramı (kurikulumu) (I-IV siniflər)(STANDARTLAR)

İlk təcrübə və böyük uğur

İlk təcrübə və böyük uğur

34 gənc 11 ölkənin 22 ən nüfuzlu universitetində doktorantura təhsili alacaq

34 gənc 11 ölkənin 22 ən nüfuzlu universitetində doktorantura təhsili alacaq

Pedaqoji Lüğət

Pedaqoji Lüğət