AzTehsil.com

Xəbərlər / Direktor / Müəllim / Digər Elan / Bölgə / Şagird
20 sentyabr 2025
1 007

“Suverenlik bizim milli sərvətimizdir” mövzusunda tədbir keçirilib...



AzTehsil.com xəbər verir ki, Quba - Xaçmaz Regional Təhsil İdarəsinin tabeliyində olan Quba rayon Qaraçay qəsəbə tam orta ümumtəhsil məktədə “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Suverenlik bizim milli sərvətimizdir” mövzusunda tədbir keçirilib. 


Tədbir iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.


 Tədbirdə YAP Quba rayon təşkilatının sədri Fidan Hüseynova çıxış edərək bildirib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi dövlətçilik tariximiz üçün xüsusi əhəmiyyətə malikdir. Sədr qeyd edib ki, Azərbaycan xalqı hər il 20 Sentyabr tarixini milli qürur, azadlıq və dövlətçilik rəmzi kimi qeyd edir. Bu günün təsis olunması gənc nəslin tarixi proseslərdən məlumatlı olması və müstəqilliyin hansı çətinliklər hesabına qazanıldığını anlaması baxımından böyük əhəmiyyət kəsb edir.


 Tədbirdə həmçinin Qaraçay qəsəbə tam orta məktəbinin direktoru Fəridə Dostuyeva, ərazi partiya təşkilatının sədri Bariz Allahverdiyev, Axıska türklərinin "Vətən" İctimai Birliyinin şimal bölgəsi üzrə sədri Səlimcan Rizmanov, Birinci Qarabağ müharibəsi qazisi Oktay Qarayev və 44 günlük Vətən müharibəsi veteranı Məhəmməd Əsədullayev çıxış edərək bildiriblər ki, Prezident İlham Əliyevin 19 sentyabr 2024-cü il tarixli Sərəncamı ilə “Dövlət Suverenliyi Günü”nün təsis edilməsi xalqımızın tarixi iradəsinin, müstəqillik uğrunda apardığı mübarizənin və əldə etdiyi zəfərin təcəssümüdür.


Tədbirdə məktəblilər vətənpərvərlik mövzusunda şeirlər söyləyib, milli rəqslər ifa ediblər. Məktəbin müəllimi Nuranə Mütəllimova fortepianoda Azərbaycan mahnısı ilə çıxış edib.


 Tədbirin sonunda Yeni Azərbaycan Partiyasının üzvü, təqaüdçü müəllim Qulam Kərimov təşəkkürnamə ilə təltif olunub.



Həmçinin oxuyun:
Misir MƏRDANOV: Böyük rəhbərin həyat dərsləri

Misir MƏRDANOV: Böyük rəhbərin həyat dərsləri

Uğurlu təhsil islahatlarının banisi

Uğurlu təhsil islahatlarının banisi

"Məcburi köçkün məktəblərinə yerdəyişmə avqustun 26-dan etibarən mümkün olacaq"

"Məcburi köçkün məktəblərinə yerdəyişmə avqustun 26-dan etibarən mümkün olacaq"

Dahi şəxsiyyətin təkrarsız portret cizgiləri

Dahi şəxsiyyətin təkrarsız portret cizgiləri

Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

Prezident Bakıda Hərbi Qənimətlər Parkının açılışında iştirak edib

Prezident Bakıda Hərbi Qənimətlər Parkının açılışında iştirak edib

ADNSU-da YAP ilk təşkilatının hesabat - seçki yığıncağı keçirilib

ADNSU-da YAP ilk təşkilatının hesabat - seçki yığıncağı keçirilib

27 Sentyabr xalqımızı Zəfərə aparan yoldur

27 Sentyabr xalqımızı Zəfərə aparan yoldur

İlham Əliyev Qarabağ Universitetinin açılışında iştirak edib, müəllim və tələbələrlə görüşüb

İlham Əliyev Qarabağ Universitetinin açılışında iştirak edib, müəllim və tələbələrlə görüşüb

ADPU-da hesabat-seçki iclası keçirilib

ADPU-da hesabat-seçki iclası keçirilib

“Konistitusiya və Suverenlik ili”....- ƏTRAFLI

“Konistitusiya və Suverenlik ili”....- ƏTRAFLI

Uşaq və gənclər arasında “Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq!” adlı Beynəlxalq Yaradıcılıq Müsabiqəsinin təltifetmə mərasimi keçirilib

Uşaq və gənclər arasında “Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq!” adlı Beynəlxalq Yaradıcılıq Müsabiqəsinin təltifetmə mərasimi keçirilib

ADPU- da Azərbaycanın dövlət müstəqilliyinin bərpasının iyirmi beşinci ildönümünə həsr edilmiş tədbir keçirilib

ADPU- da Azərbaycanın dövlət müstəqilliyinin bərpasının iyirmi beşinci ildönümünə həsr edilmiş tədbir keçirilib

"Bütün müəllimlərin 70%-nin əməkhaqqında artım olub"-nazir yazır

"Bütün müəllimlərin 70%-nin əməkhaqqında artım olub"-nazir yazır

Bakı təhsili: təqvim ilinin təhsil mənzərəsi

Bakı təhsili: təqvim ilinin təhsil mənzərəsi

“Azərbaycan tarixi” dərsliklərində Cümhuriyyətin tarixi necə təsvir olunub?

“Azərbaycan tarixi” dərsliklərində Cümhuriyyətin tarixi necə təsvir olunub?

Prezident İlham Əliyev Xocalı soyqırımı qurbanlarının xatirəsini anım mərasimində iştirak edib

Prezident İlham Əliyev Xocalı soyqırımı qurbanlarının xatirəsini anım mərasimində iştirak edib

“Ulu öndər Heydər Əliyevin milli ordu quruculuğu siyasəti” mövzusunda dərsin təqdimatı olub

“Ulu öndər Heydər Əliyevin milli ordu quruculuğu siyasəti” mövzusunda dərsin təqdimatı olub

ADPU-nun Heydər Əliyev Mərkəzində Ümummilli Liderin anadan olmasının 94 illiyinə həsr olunmuş elmi-praktik konfrans keçirildi

ADPU-nun Heydər Əliyev Mərkəzində Ümummilli Liderin anadan olmasının 94 illiyinə həsr olunmuş elmi-praktik konfrans keçirildi

Mehriban Əliyeva – birinci xanımın PORTRET cizgiləri

Mehriban Əliyeva – birinci xanımın PORTRET cizgiləri

Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi

Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi

Mərkəzi  Elmi Kİtabxanada tarixi qələbəmizi belə yaşadırıq

Mərkəzi Elmi Kİtabxanada tarixi qələbəmizi belə yaşadırıq

Azərbaycan xalqına bəxş edilən ən böyük miras: Gələcək üçün görülən işlərin simvolu

Azərbaycan xalqına bəxş edilən ən böyük miras: Gələcək üçün görülən işlərin simvolu

AzMİU-da Əziz Əliyevin yubileyi qeyd olunub

AzMİU-da Əziz Əliyevin yubileyi qeyd olunub