“Konistitusiya və Suverenlik ili”....- ƏTRAFLI
AzTehsil.com xəbər verir ki, 2 sentyabr 2025-ci il tarixdə Yeni Azərbaycan Partiyası (YAP) Quba rayon təşkilatının Cağacıq kənd ərazi partiya təşkilatında “Konistitusiya və Suverenlik ili” çərçivəsində “3 sentyabr 1991 – ci il - Naxçıvan Muxtar Respublikasında milli qurtuluşun və milli dövlətçiliyin təməli qoyulduğu gün” mövzusunda tədbir keçirildi.
Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Tədbirdə Yeni Azərbaycan Partiyası (YAP) Quba rayon təşkilatının sədri Fidan Hüseynova çıxış edərək bildirdi ki, Ümummilli Lider Heydər Əliyevin 1991-ci il sentyabrın 3-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri vəzifəsinə seçilməsi Azərbaycan xalqının taleyində böyük siyasi əhəmiyyətə malik tarixi hadisə idi. Bu hadisə təkcə Naxçıvan üçün deyil, bütövlükdə Azərbaycan üçün strateji dönüş nöqtəsi oldu. Çünki o illərdə dövlətçiliyin təməli sarsılmış, hakimiyyət böhranı dərinləşmiş, torpaqlarımız düşmən işğalı ilə üz-üzə qalmışdı. Belə bir anda Heydər Əliyevin siyasi səhnəyə qayıdışı xalqın ruhunu dirçəltdi, dövlətçiliyi məhv olmaqdan xilas etdi. Bildirildi ki, ölkəmizin ictimai-siyasi həyatı, gələcəyi üçün daha mühüm bir hadisə yenə də Naxçıvanda baş verib. 1992-ci il noyabrın 21-də Müstəqil Azərbaycanın ən qüdrətli partiyası olan Yeni Azərbaycan Partiyası yaradıldı. Azərbaycanın gələcəyinin təhlükə qarşısında qaldığı, dövlətimizin taleyinin həll olunduğu bir dövrdə yaranan Yeni Azərbaycan Partiyası milli dövlətçiliyimizin inkişafı üçün son dərəcə əhəmiyyətli olan yeni tarixi mərhələnin əsasını qoydu. Güclü sosial bazası, gerçəkliyə əsaslanan proqramı, ən önəmlisi isə Ulu Öndər Heydər Əliyev kimi lideri olan Yeni Azərbaycan Partiyasının siyasi səhnəyə çıxması, iyirminci əsr Azərbaycan tarixinin mühüm hadisəsi idi. Sədr qeyd etdi ki, Ulu Öndər Heydər Əliyevin Naxçıvandan başlanan qüdrətli Azərbaycan missiyası hazırda Prezident İlham Əliyev tərəfindən layiqincə davam etdirilir. Möhtərəm İlham Əliyevin müdrik rəhbərliyi ilə ölkəmiz gündən-günə inkişaf edir, beynəlxalq aləmdə mövqeləri daha da güclənir. Möhtərəm Prezident Ulu Öndər Heydər Əliyevin siyasi kursunu müasir dövrün tələbləri əsasında düşünülmüş şəkildə qətiyyətlə həyata keçirməsi nəticəsində artıq Azərbaycan regionda söz sahibinə, dünyada sayılıb-seçilən dövlətə çevrilib.
Quba RİHB-nın Talabıqışlaq İƏD üzrə nümayəndəsi- ərazi partiya təşkilatının sədri Şahin Heybətov, 44 günlük Vətən müharibəsi şəhidləri İlkin Əhədovun atası Qələmşah Əhədov, Tural Zeynalovun atası Ruslan Zeynalov, Vətən müharibəsi qazısı İsmayıl Quliyev, kənd ağsaqqalı Eldar Tağıyev, Cağacıq kənd ərazi partiya təşkilatının sədri Lütfiyar Yasinov çıxış edərək bildirdilər ki, Ulu Öndər Heydər Əliyevin istər Naxçıvan Muxtar Respublikası Ali Məclisin Sədri olduğu, istərsə də Azərbaycan Respublikasının rəhbəri kimi fəaliyyət göstərdiyi illər ölkəmizdə müstəqil dövlətçiliyin möhkəmləndirilməsi və inkişaf etdirilməsi dövrü kimi yadda qalıb.