AzTehsil.com

Xəbərlər / İKT / Direktor / Müəllim / Digər Elan / Cəmiyyət / Ekspert / Məktəbə qədər və məktəbdən kənar / Manşet / Bölgə
22 iyun 2025
1 395

Magistr dərəcəsi olmayan şəxs bağçada işləyə bilməz



...magistr dərəcəsi olmayan şəxs bağçada işləyə bilməz

"Hər evində uşaq böyüdən bağça müəllimi olmamalıdır".


AzTehsil.com xəbər verir ki, bu fikirləri AzEdu.az-ın “TəhsilSİZ” verilişində  məktəbəqədər təhsil üzrə mütəxəssis Xalidə Musayeva səsləndirib:


"Hazırda ölkədə 11.500 tərbiyəçi-müəllimdən 5.800 nəfəri qeyri-ixtisasçıdır. Hətta bu müəllimlərin 700-nün ümumiyyətlə diplomu yoxdur. Bu, olduqca acınacaqlı statistikadır. Əgər bir şəxs məktəbəqədər təhsil üzrə ixtisaslaşmayıbsa, uşaq psixologiyasını, fiziologiyasını, yaş xüsusiyyətlərini necə dərk edə bilər? Bəziləri deyir ki, “evimdə uşaq böyütmüşəm, bağçada da uşağa baxaram”. Amma bu, belə olmur. Məsələn, mən Azərbaycan dilində yaxşı danışıram deyə, müəllim ola bilərəmmi?


Bu sahədə hər kəsin öz ixtisası olmalıdır. Məsələn, Finlandiya təcrübəsində magistr dərəcəsi olmayan şəxs bağçada işləyə bilməz. Çünki məktəbəqədər dövr uşağın həyatda qazanacağı bacarıqların 70%-nin formalaşdığı dövrdür. Bu mərhələni ciddi şəkildə təşkil etməliyik. Yalnız evdə uşaq böyütmüş olmaqla tərbiyəçi-müəllim işləmək olmaz".


ADPU-nun məktəbəqədər təhsil ixtisasında dərs deyən müəllim fikirlərini pedoqoji təcrübəsinə əsaslanaraq davam etdirib: "Bizim tələbələrimiz dörd ildən sonra çox zaman ya magistraturaya yönəlir, ya da ixtisas dəyişərək bu sahədən uzaqlaşır. Çünki bu peşənin məsuliyyətini dərk edəndə onun ağırlığını hiss edirlər.


Bizdə dərslər uşağın anatomiyası, pediatriyası, gigiyenası, fiziologiyası, təhsili və tərbiyəsi kimi sahələri əhatə edir. Bu fənlər digər ixtisaslarda ümumiyyətlə tədris olunmur.


Bəzən qeyri-ixtisaslı müəllimlər düşünürlər ki, bağçada iki uşağa A-dan Z-yə qədər hərfləri təkrarlamaqla bu iş bitir. Halbuki bağçada biz uşağı həyata hazırlayırıq. Həyata hazırlamaq isə dərs keçməkdən qat-qat çətin və məsuliyyətlidir. Vətənpərvərlik kimi anlayışlar, emosional bağlar məhz bu yaş dövründə formalaşır. Əgər bu mərhələdə uşaq vətənin nə olduğunu anlamırsa, sonradan bunu ona başa salmaq çətin olacaq".


 



Həmçinin oxuyun:
“Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası”  2017

“Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası” 2017

Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

Keyfiyyətsiz dərsliklər üçün cavabdehlik yoxdur- Təhsilalanları qane edirmi?

Keyfiyyətsiz dərsliklər üçün cavabdehlik yoxdur- Təhsilalanları qane edirmi?

Çox maraqlı və zəngin təhsil yolu.

Çox maraqlı və zəngin təhsil yolu.

Yaş və pedaqoji psixologiya haqqında bilmədiklərimiz OXUYUN !

Yaş və pedaqoji psixologiya haqqında bilmədiklərimiz OXUYUN !

Görülən tədbirlərin nəticəsi həm kəmiyyətdə, həm də keyfiyyətdə özünü göstərib

Görülən tədbirlərin nəticəsi həm kəmiyyətdə, həm də keyfiyyətdə özünü göstərib

Direktor olmaq istəyənlər -  Qaninvericilikdən testlər  cavablarla

Direktor olmaq istəyənlər - Qaninvericilikdən testlər cavablarla

Şagirdləri imtahanlarla yükləməkdən imtina etmək lazımdır

Şagirdləri imtahanlarla yükləməkdən imtina etmək lazımdır

Pedaqoji Lüğət

Pedaqoji Lüğət

“Yenidən dünyaya gəlsəm yenə müəllim olaram” -Xalidə İsmayılova

“Yenidən dünyaya gəlsəm yenə müəllim olaram” -Xalidə İsmayılova

Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası

Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası

I qrup üzrə ixtisasların ən son keçid balları - Abituriyentlərin diqqətinə!

I qrup üzrə ixtisasların ən son keçid balları - Abituriyentlərin diqqətinə!

I ixtisas qrupu üzrə ötənilki keçid balları - Abituriyentlərin nəzərinə!

I ixtisas qrupu üzrə ötənilki keçid balları - Abituriyentlərin nəzərinə!

Metodbirləşmələr

Metodbirləşmələr

Mehriban Əliyeva – birinci xanımın PORTRET cizgiləri

Mehriban Əliyeva – birinci xanımın PORTRET cizgiləri

Məktəblilərin yaş xüsusiyyətləri- Akselerasiya nədir?

Məktəblilərin yaş xüsusiyyətləri- Akselerasiya nədir?

Məktəb direktoru - rəhbər, pedaqoq, tərbiyəçi - Arif Muradov

Məktəb direktoru - rəhbər, pedaqoq, tərbiyəçi - Arif Muradov

Valideynlərin Və Uşaqların Hüquq Və Vəzifələri

Valideynlərin Və Uşaqların Hüquq Və Vəzifələri

Müəllimlərin “Nobel”inə namizəd olan yeganə azərbaycanlı: “MDB məkanı və ölkəmizi təmsil edən yeganə müəllim idim”

Müəllimlərin “Nobel”inə namizəd olan yeganə azərbaycanlı: “MDB məkanı və ölkəmizi təmsil edən yeganə müəllim idim”

“50%-dən çox tərbiyəçi ixtisassızdır”

“50%-dən çox tərbiyəçi ixtisassızdır”

QƏRAR   № 103  "Ümumi təhsil pilləsinin dövlət standartı və proqramları (kurikulumları)"nın təsdiq edilməsi haqqında

QƏRAR № 103 "Ümumi təhsil pilləsinin dövlət standartı və proqramları (kurikulumları)"nın təsdiq edilməsi haqqında

Müəllim psixologiyası -  fəaliyyətdə stimullaşdırmanın rolu

Müəllim psixologiyası - fəaliyyətdə stimullaşdırmanın rolu

BDU-nun professoru: “Quran Məhəmməd peyğəmbərin öz zəkasının məhsuludur”

BDU-nun professoru: “Quran Məhəmməd peyğəmbərin öz zəkasının məhsuludur”

Uşaq hüquqları haqqında Azərbaycan Respublikasının Qanunu

Uşaq hüquqları haqqında Azərbaycan Respublikasının Qanunu