AzTehsil.com
RU

Xəbərlər / Ekspert
16 sentyabr 2023
696

Attestasiyadan öncə kütləvi, fasiləsiz öyrətmə olmalıdır.

Attestasiyadan öncə kütləvi, fasiləsiz öyrətmə olmalıdır. Bunun ən yaxşı modeli distant təhsildir. 

Nazirlər Kabineti “İşçilərin attestasiyasının keçirilməsi Qaydalarının təsdiq edilməsi barədə” 23 may 2001-ci il tarixli qərarında dəyişiklik edib.  Bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.  Qərara əsasən, bundan sonra Azərbaycanda işçinin tutduğu vəzifəyə uyğunluğu müəyyən edilərkən onun son 5 ildə peşə hazırlığı səviyyəsinin yüksəldilməsinin, yeni ixtisasa yiyələnməsinin və ixtisasının artırılmasının nəticələri nəzərə alınacaq.

Attestasiya öncəsi keyfiyyətli təlimlər olmalıdır.  Çox yaxşı. İndiki zamanda işçilərin peşəkarlığına verilən tələblər ilbəil artır. Attestasiya həm kadrların  məsuliyyətini, həm də peşəkarlığını  artırmağa imkan yaradır.  Amma attestasiyadan əvvəl əməkdaşların  əlavə təhsil almasına, mükəmməl kurs keçməsinə  şərait yaradılmalıdır. Sovet illərində hər bir mütəxəssis ən azı 5 ildə bir dəfə ixtisasartırma, təkmilləşdirmə kursu keçməli idi. 

Bizim bütün nazirliklərin  ixtisasartırma, təkmilləşdirmə kursları, bəzilərinin isə ixtisasartırma, təkmilləşdirmə institutları var idi. Bəzən daha müasir və mürəkkəb ixtisaslar üzrə belə kurslar başqa respublikalarda da olurdu, özü də 3-6 ay ərzində. Əməkdaşlar bu kurslarda 6 ay ərzində həqiqətən də xeyli yeni məlumatlar əldə edirdilər. İttifaq dağılandan sonra  bir çox yaxşı ənənələrə kimi, kadrların  ixtisasartırma, təkmilləşdirmə sistemi, fasiləsiz təhsili  də dağıldı. Düzdür bəzi komitə və nazirliklər belə kurslar yaratdılar, amma onların səmərəsi az oldu. 

Fasiləsiz təhsilə  nə ehtiyac?   Bu gün dünyada sözün həqiqi mənasında fasiləsiz təhsil həyati bir zərurətə çevrilib. İnformasiyaların artma tempi, müasir inkişafın dinamik olması hər bir mütəxəssisdən daim öz üzərində işləməyi tələb edir. Bunu bəzən müəssisə və şirkətlər də öz əməkdaşları üçün təşkil edirlər,  korporativ təhsil sistemi,  korporativ universitet yaradaq, bəzən də  fərdi qaydada özünütəhsil formatında, qeyri formal təhsil  kimi də tək tək insanlar özləri bunu edirlər.  Belə fasiləsiz peşə təkmilləşməsi, ixtisasartırma kursları bu gün  kütləvi olmalıdır. Çünki, bu gün ixtisasından asılı olmadan hamının, nəinki mürəkkəb peşə, hətta sadə peşə sahiblərinin də  fasiləsiz təhsilinə ehtiyac var. 

Kütləvi təhsilin ən yaxşı modeli distant təhsildir.  Necə deyərlər, dərd verən, dərman da verir. İnformasiyanın sürətlə artması və fasiləsiz təhsilə zərurət yaradan müasir texnoloji inkişaf, eyni zamanda mükəmməl təhsil texnologiyaları da yaradıb. Bu gün İnternet üzərindən distant təhsil almaq imkanları bütün dünyada insanların fasiləsiz təhsilinə çox kömək edir. Dünyanın bütün mütərəqqi ölkələri artıq 20 ildir  müxtəlif ixtisaslar üzrə, müxtəlif səviyyələrdə distant kurslar yaradıblar. Bunların arasında pullu olanlar da, pulsuz olanlar da var.   Əgər kimsə xarici dil bilirsə, bu  kurslardan rahat faydalana bilər. 

Təəssüf ki, azərbaycan dilində belə İnternet resurslar yoxdur. Çünki, təhsil nazirliyi 25 ildir distant təhsilin ölməmizdə yaradılması və inkişafı üçün heç nə etmir,  amma bunun qarşısını almaq üçün isə mümkün olan və olmayan hər şeyi çox inadkarlıqla edir. Təkcə bu strateji səhvin ölkəmizdə insan kapitalının formalaşması və inkişafına vurduğu ziyanın həcmi 100 milyonlarladır. 

Maraqlısı budur ki, “Təhsil Qanununda” 15 ildir distant təhsil təhsil forması kimi qeyd edilsə də, distant təhsilə   yaşıl işıq yandırılsa da, reallıqda hələ də qırmızı işıq yanır. Hətta pandemiya və postpandemiya müddətində də, bütün dünya distant təhsilin inkişafı üçün xeyli layihələr icra etsə də, bizim nazirlik bu istiqamətdə  heç nə etmədi. Sadəcə “Teams  MS”  platforması üzərindən vebinar tipli məşğələlər etməklə kifayətləndi. O zamanlarda təhsil naziri öz müsahibələrinin birində deyirdi ki, bizim məqsədimiz ölkədə distant təhsil yaratmaq deyil, məqsədimiz pandemiya dövründə tədrisi qurmaqdır. 

Niyə bizim gənclərimiz distant təhsildən məhrumdurlar?   Sual olunur: bütün dünya 20 ildi bu təhsil texnologiyasından yüksək səmərə ilə istifadə etdiyi halda, niyə bizim gənclərimiz bu imkandan məhrum olmalıdır? Mən bu sualı son 15 ildə 4 təhsil nazirinə ünvanlamışam.  Onlardan üçü  bu suala heç cavab verməyib, biri isə deyib ki, mənə distant təhsil lazım deyil. Nazir ölkənin milli təhlükəsizlik məsələsi olan təhsili özünün özəl sferası hesab edir deyəsən. Sonrakı illər göstərdi ki, distanr təhsil lazımdır, özü də hamıyaş. Biz 2006-cı ildə ölkədə distant təhsilin yaradılması üzrə strategiya hazırlayıb nazirliyə təqdim etmişdik. Heç bir nəticəsi olmadı bunun da. 

Doğurdan da  “Təhsil sistemimiz sanki tərs qurulub” (Emin Əmrullayev).   Bəs milli təhsil sistemimizdə düz qurulmayan konkret olaraq nədir?  

Biz bunu 20 ildir ki, öz məqalələrimizdə yazırıq, həll yollarını da göstəririk. Qalıb təkcə bunları oxumaq, təhlil etmək,  icra etmək.  ETN, indi söz sizndir. 

Təhsildəki əsas problemimiz isə  təhsil siyasətinin düz  qurulmamasıdır. Ölkədə təhsil siyasətini formalaşdırmalı və onu reallaşdırmalı olan  qurum kimi təhsil nazirliyi 25 il ərzində  nə dövrün tələblərinə cavab verə bilən müasir təhsil siyasəti qura bildi, nə də müasir təhsil modellərini  bu ölkədə yarada bilən komandalar  formalaşdıra bildi. 

Attestasiyadan söhbət düşmüşkən, bəlkə attestasiyanı elə ETN-dən başlayaq?

İlham Əhmədov  (təhsil eksperti)

Загрузка...
Həmçinin oxuyun:
Azərbaycan Respublikasında işçilərin attestasiyasının keçirilməsi Qaydaları

Azərbaycan Respublikasında işçilərin attestasiyasının keçirilməsi Qaydaları

Ümumtəhsil  müəssisələrində  işəgötürənlə  pedaqoji işçilər arasında əmək  müqaviləsinin bağlanmasına dair  T Ö V S İ Y Ə L Ə R

Ümumtəhsil müəssisələrində işəgötürənlə pedaqoji işçilər arasında əmək müqaviləsinin bağlanmasına dair T Ö V S İ Y Ə L Ə R

Əlavə təhsilin məzmunu, təşkili və əlavə təhsilin hər hansı istiqaməti üzrə təhsil almış şəxslərə müvafiq sənədin verilməsi

Əlavə təhsilin məzmunu, təşkili və əlavə təhsilin hər hansı istiqaməti üzrə təhsil almış şəxslərə müvafiq sənədin verilməsi

İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydalarının təsdiq edilməsi barədə NK-nın 186 saylı QƏRARI

İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydalarının təsdiq edilməsi barədə NK-nın 186 saylı QƏRARI

Əmək Məcəlləsindən çıxarış   Əmək normaları, əməyin ödənİlməsi normaları, qaydaları və təminatları

Əmək Məcəlləsindən çıxarış Əmək normaları, əməyin ödənİlməsi normaları, qaydaları və təminatları

Ən çox soruşulan 34 SUALA CAVABLAR....

Ən çox soruşulan 34 SUALA CAVABLAR....

Distant təhsilə doğru ilk addımlar

Distant təhsilə doğru ilk addımlar

İşçilərin attestasiyası, onun keçirilməsi qaydaları və şərtləri (  AR ƏM-dən çıxarış )

İşçilərin attestasiyası, onun keçirilməsi qaydaları və şərtləri ( AR ƏM-dən çıxarış )

İşçilərin attestasiyası, onun keçirilməsi qaydaları və şərtləri

İşçilərin attestasiyası, onun keçirilməsi qaydaları və şərtləri

Məzuniyyətlər haqqında  AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Məzuniyyətlər haqqında AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

İlham Əhmədov: "Hər bir ölkənin gələcəyi o ölkə insanlarının alacağı təhsilə bağlıdır"

İlham Əhmədov: "Hər bir ölkənin gələcəyi o ölkə insanlarının alacağı təhsilə bağlıdır"

Ümumtəhsil məktəbləri üçün müəssisədaxili nümunəvi intizam qaydaları

Ümumtəhsil məktəbləri üçün müəssisədaxili nümunəvi intizam qaydaları

Nümunəvi intizam qaydaları

Nümunəvi intizam qaydaları

Ümumtəhsil məktəbinin direktorunun   əmək funksiyaları, hüquq və vəzifələri

Ümumtəhsil məktəbinin direktorunun əmək funksiyaları, hüquq və vəzifələri

Məktəb direktorunun əmək funksiyaları, hüquq və vəzifələri

Məktəb direktorunun əmək funksiyaları, hüquq və vəzifələri

Təhsil Nazirliyinin ƏSASNAMƏSİ

Təhsil Nazirliyinin ƏSASNAMƏSİ

Kadr hazırlığı ölkəmizin sənaye, iqtisadi inkişafına uyğun aparılacaq

Kadr hazırlığı ölkəmizin sənaye, iqtisadi inkişafına uyğun aparılacaq

Pedaqoji Lüğət

Pedaqoji Lüğət

Məktəb direktoru olmaq istəyənlər üçün - Azərbaycan Respublikası Təhsil Qanunu ilə bağlı qəbul edilmiş normativ sənədlərin SİYAHISI

"Distant təhsili olmayan universitetin beynəlxalq nüfuzu ola bilməz"-Dosent İlham Əhmədov

"Distant təhsili olmayan universitetin beynəlxalq nüfuzu ola bilməz"-Dosent İlham Əhmədov

Əmək müqaviləsinin  bağlamnması  , məzmunu, forması , müddəti

Əmək müqaviləsinin bağlamnması , məzmunu, forması , müddəti

MÜTLƏQ OXUYUN !!! İşçilərin məzuniyyət hüququ və onun təmin edilməsi qaydaları

MÜTLƏQ OXUYUN !!! İşçilərin məzuniyyət hüququ və onun təmin edilməsi qaydaları

Nazirlər Kabineti COVID-19-a görə təhsillə bağlı qərar verdi

Nazirlər Kabineti COVID-19-a görə təhsillə bağlı qərar verdi